Danagirməz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Abaran rayonunda kənd.[2]
kənd | |
Danagirməz | |
---|---|
40°37′18″ şm. e. 44°17′57″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Abaran mahalı |
Rayon | Abaran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.025 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0307 |
Rayon mərkəzindən 7 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kəndin digər adı Damagirməz, Danadamagirməz olmuşdur[3]. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim dana heyvan adı ilə felin qeyriqəti gələcək zamanında işlənən girməz sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdiriləcək Ovit, 21.X.1967-cı il fərmanı ilə yenidən adı dəyişdirilib Niqavan qoyulmuşdur.
1588-ci ilə aid mənbədə Qarabağın Bərdə sancağında Danagirli elinin yaşadığı göstərilir[5].
Kəndə ermənilər Türkiyədən köçürülmüşdür[6]. Kənddə ermənilərlə yanaşı 1905-ci ildə 387 nəfər, 1914 - cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır[7].
Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.