İran türkləri ifadəsi çox zaman İran azərbaycanlıları ifadəsi ilə eyniləşdirilir. Bu İran azərbaycanlılarının İran türklərinin ən böyük qrupu olması ilə əlaqəlidir, lakin İranda ondan başqa da türk etnik qrupları yaşamaqdadır. Lakin getdikcə ölkənin ir çox türk etnik qruplarının İran azərbaycanlılarının arasında əridiyi müşahidə olunur.[1]
İran türklərinin etnik qruplarınnı siyahısına daxildir:[2][3][4][5]
İran türkləri | Dil | Din və sub-etnik qruplar |
---|---|---|
İran azərbaycanlıları | Azərbaycan dili və onun dialektləri | İslam (Şiə) |
Xorasan türkləri | Xorasan-türk dili | İslam (Şiə) |
İran türkmənləri | Türkmən dili | İslam (Sünni) |
Xələclər | Xələc dili | Müsəlman (Şiə) |
Qaşqaylar | Qaşqay dili | Müsəlman (Şiə)
|