Kamran Bağırov

Kamran Məmməd oğlu Bağırov (24 yanvar 1933, Şuşa, DQMV25 oktyabr 2000, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1982–1988).

Kamran Bağırov
bayraq
Azərbaycan Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri
bayraq2
9 aprel 1990 – 24 dekabr 1992
ƏvvəlkiFuad Musayev
SonrakıƏhmədağa Rəhimov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
3 dekabr 1982 – 21 may 1988
ƏvvəlkiHeydər Əliyev
SonrakıƏbdürrəhman Vəzirov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
20 iyul 1978 – 3 dekabr 1982
Birinci katibHeydər Əliyev
bayraq
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi
bayraq2
1974 – 1978
ƏvvəlkiSabit Abbasəliyev
SonrakıHəsən Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1933(1933-01-24)
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 2000(2000-10-25) (67 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Tatyana Alekseyevna Bağırova [1]

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib.[2]

1982–1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Onun ölkəyə rəhbərliyi dövründə Qarabağ münaqişəsi alonlanmağa başlasa da, K.Bağırov bu münaqişənin yaranmasının və böyüməsinin qarşısını ala bilmədiyini özü də etiraf edib. Bağırov vəzifədən getməsi ilə bağlı müraciətində bunları yazıb:

“Dağlıq Qarabağda və Sumqayıtda baş vermiş məlum hadisələrlə əlaqadar etiraf edirəm ki, mən respublikanın partiya təşkilatına rəhbərlik etməyə mənəvi cəhətdən haqqım çatmır. Baş vermiş hadisələrdə öz məsuliyyətimi yaxşı başa düşürəm”

Vəzifədən çıxarıldıqdan sonra ona Moskvada 3 otaqlı mənzil və ittifaq əhəmiyyətli təqaüdçü statusu verildi.[3] 1990-cı ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilir və o, bir müddət bu vəzifədə işləyir.

Kamran Bağırov 25 oktyabr 2000-ci ildə 67 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Faiq Bağırzadə onun böyük qardaşıdır.[4]

  1. "12-ci birinci katib - Kamran Bağırovun Azərbaycandan getmiş xanımı danışmaq istəmir - FOTOLAR". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
  2. Яковлев, Александр. "Багиров (Bağırov) Кямран Мамедович". Альманах «Россия. ХХ век». 2016. 2023-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-01.
  3. agentliyi, NUH Informasiya. "Kamran Bağırov Əbdürrəhman Vəzirova nə deyib? » NUH informasiya agentliyi". nuh.az (ingilis). 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
  4. ""Məni ən yaxın çiyindaşım "satmışdı""-Bir prokurorun xatirələri » Ovqat.com". Ovqat.com. 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.