İsa Yusif Alptəkin (uyğ. ئەيسا يۈسۈپ ئالپتېكىن (عيسى يوسف الپتگین or عيسى يوسف الپتكین; türkcə: İsa Yusuf Alptekin; çin. 艾萨·玉素甫·阿布甫泰肯; pinyin: Àisà Yùsùfŭ Ābùfŭtàikěn[1] 1901 – 17 dekabr 1995, İstanbul) — Uyğur yazıçı, siyasətçi. İsa Yusif Alptəkin Homindan rejimi dövründə müxtəlif vəxifələrdə çalışmışdır. Şərqi Türkistan İslam Respublikası[2] həm də İkinci Şərqi Türkistan Respublikası dövründə türkçülük möqeyindən çıxış edən siyasi fiqur idi.[3][4] Şərqi Türkistan (Sincan) Çin Xalq Respublikasının nəzarətinə keçdikdə, Alptekin 1949-cu ildə Çindən mühacirət etmişdir.
İsa Yusif Alptəkin | |
---|---|
Doğum tarixi | 1901 |
Vəfat tarixi | 17 dekabr 1995 |
Vəfat yeri | |
Uşağı | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
İsa Yusif Alptəkin 1901-ci ildə Sin sülaləsi dövründə Qaşqar İlinin Yenihisar qəsəbəsində anadan olub. Aliptəkin siyasi karyerasına 1926–1928-ci illərdə Əndicandakı Çin konsulluğunda tərcüməçi və katib kimi başlamışdır.[5] Alptəkin Əndicanda işləyərkən Sovet rejiminin uyğurları silahlandırmaq və Şərqi Türkistanı Çin nəzarətindən azad etmək planları ilə razılaşıb-razılaşdırılmayacağına dair onunla məsləhətləşən uyğur tacirləri ilə görüşmüşdü.[6] 1928-ci ildə Alptəkinin işi yüksək qiymətləndirildi və çox pis xəstələnmiş çinli diplomatı Pekinə müşayiət etmək tapşırığını aldı.[7] 1928-ci ilin payızında Alptəkin Daşkəndə göndərildi, 1932-ci ilin mayına qədər Çin konsulu yanında köməkçi, tərcüməçi və katib kimi işlədi.[8] 1932-ci ildə Aliptəkin Nankinə göndərildi və Çin Respublikası Müdafiə Nazirliyinin Sərhəd İşləri İdarəsində məsləhətçi təyin edildi.[9]
1936-cı il sentyabrın 18-də Çin Respublika Məclisinə seçilmişdir.[10] Nankində olduğundan, Yaponiya İmperiyası Nankini işğal etdikdə Çin hökuməti ilə birlikdə Çuntsinə qaçmaq məcburiyyətində qaldı. Məsud Səbri kimi bir neçə digər uyğurla birlikdə orada yaşayırdı. Çinin Yaponiyaya müharibəsinə dəstək almaq üçün İsa Yusuf Alptəkin 1939-cu ildə Huey müsəlmanı Ma Fulianq (馬 賦 良) ilə birlikdə Misir, Suriya və Türkiyəni ziyarət etdi. 1940-cı ildə Əfqanıstana getdikləri zaman Məhəmməd Əmin Buğra ilə əlaqə qurdular və ondan Homindan rejiminin paytaxtı Çuntsinə gəlməsini xahiş etdilər. Ondan Homindan rejiminin paytaxtı Çuntsinə gəlməsini xahiş etdilər. Buğra, 1942-ci ildə Yaponiya casusu şübhəsi ilə ingilislər tərəfindən tutuldu. Lakin Alptəkin və Ma Fulianqın təkidindən sonra Homindanın müdaxiləsi nəticəsində Buğra sərbəst buraxıldı. İsa Yusuf Buğra ilə birgə Homindanın müsəlman nəşrlərinin redaktoru olaraq çalışırdılar.[11]
Çinli müsəlmanların yaponların döyüş təyyarələri tərəfindən bombardman edildiyi Suriya qəzetlərində xəbər verilirdi. Nümayəndə heyəti Yaxın Şərqə səfəri çərçivəsində Əfqanıstan, İran, İraq, Suriya və Livanda görüşlər keçirdi. Xarici işlər naziri, Baş nazir və Prezident, Heyət 1939-cu ilin mayında Misirdən Türkiyəyə gəldi. Türkiyəyə gəldikdən sonra xarici işlər naziri, baş nazir və prezident şəxsən çinli müsəlmanlardan ibarət nümayəndə heyəti ilə görüşdü. Britaniya Hindistanına səfər zamanı Mahatma Qandi və Məhəmməd Əli Cinnahla görüşdə Ma Fulianq və İsa Alptəkin Yaponiyanın işğalçı siyasətini pislədilər.[12]
Ma Fuslan, İsa Alptəkin, Van Zenqşan, Syu Venbo və Lin Çjunmin Misirə ərəb və İslam dünyası qarşısında Yaponiyanın təcavüzkar siyasətini pisləmək üçün səfər etdilər.[13] Yaponiya istilası zamanı Çin Alptəkini dəstəkləyirdi.[14]
1944-cü ildə İsa Sincana döndü. O, bu zamn baş verən İli üsyanını və sonradan Şimali Sincanda yaradılan İkinci Şərqi Türkistan Respublikasını SSRİ-nin marionet dövləti olduğunu iddia edərək İosif Stalinə qarşı çıxdı. Bunun əvəzinə o, Zanq Zizonqun Homindan rejimi ilə əməkdaşlığa başladı. Bu zaman Şərqi Türkistanda Üç Əfəndi (Üch Äpändi) (ئۈچ ئەپەندى) — İsa Alptəkin, Məhəmməd Əmin Buğra və Məsud Səbri fəaliyyət göstərirdi.[4][15] Hər üç şəxs kommunist rejiminə qarşı çıxış edirdilər. İkinci Şərqi Türkistan Respublikasının yeni rəhbərliyi kommunistlər olduğundan onlarda Alptəkin, Buğra və Sabrini Homundana xidmətdə ittiham edirdilər.[16][17]
1947-ci ildə o, Şərqi Türkistan hökumətinin baş katibi olub. İsa Yusif Alptəkin müsəlman (uyğur) qadınlarla han çinli kişilər arasındakı nikahlara qarşı idi.[18] Şərqi Türkistanda Kommunist rejimi əleyhinə əhvali-ruhiyyə İsa Alptəkin tərəfindən dəstəklənərkən, Burhan Şəhidi Sovet leyhinə olan fikirləri müdafiə edirdi.[19]
Ma Bufanqdan Çan Kayşidən kommunistlər və Sovetlərin dəstəklədiyi İkinci Şərqi Türkistan Respublikasına qarşı Çin hökumətinin Sincan cənubunda müstəqil bir İslam dövlətinin yaradılmasına icazə verib-verməyəcəyini soruşmağı xaiş elədi. Lakin Ma Bufanq bu xaişə ciddi yanaşmadı. Bunun əvəzinə, Çin kommunistlərinin ordusu Qinqhaya yaxınlaşanda Ma bir neçə milyon dollarlıq qızıl götürərək Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus təyyarə ilə qaçdı. Ma Bufanq əvvəl Homindan tərəfindən idarə olunan Tayvan adasına, daha sonra Misirə getdi.
1949-cu il sentyabrın 26-da Çin Xalq Azadlıq Ordusunun Şərqi Türkistana yerləşdirilməsindən sonra Alptəkin Sincanı tərk etmək məcburiyyətində qalır. Alptəkin Himalaylar üzərindən Hindistanın nəzarətindəki Kəşmirin Ladaka qəsəbəsinə sığınır. 1954-cü ildə o, Məhəmməd Əmin Buğra ilə Tayvana gedir və Çin Respublikasının Homindan hökumətini Şərqi Türkistana iddialarından imtina etməsinə inandırmağa çalışırlar. Lakin onların tələbi rədd edilir və Tayvan hökuməti Sincanı "Çinin ayrılmaz hissəsi" kimi qaldığını bildirir.[20]
İsa Yusif Alptəkin 1954-cü ildə Türkiyəyə köçdü və orada Şərqi Türkistan Mühacirlər Cəmiyyətini qurdu. Alptəkin "Shärqiy Türkistan avazı" (Şərqi Türkistan Səsi) dərgisini çap edərək Şərqi Türkistanın səsini dünyaya duyurmağa çalışırdı. Bu istiqamətdə o, çox fəal işlər aparırdı. Xarici ölkə təmsilçiləri görüşür Şərqi Türkistan haqda təbliğat aparırdı. O hətta 1970-ci ildə ABŞ Konqresinin üzvləri ilə də görüşmüşdür.[21]
Türkiyədə o, hökumət və siyasi partiyaların nümayəndələri ilə görüşür Şərqi Türkistanda baş verən hadisələr barədə onları məlumatlandırırdı. Alptəkin Türkiyə Baş nazirləri və prezidentləri ilə daima təmasda olmuşdur. Bu görüşlərin birində Alptəkin Türkiyənin Şərqi Türkistanda önəmli rol oynamasını vacib saydığını arzulamışdır:
Könül arzu edər ki, Türkistan məsələsinin həlledilməsi mübarizəsində öncüllük şərəfi, Türkiyənin haqqı olsun…[22] |
Alptəkin Türkiyə millətçilərinin lideri Alparslan Türkeşlə sıx əlaqələrə malik idi.[23][24][25][26][27][28]
Alptekin Türkiyədə olarkən ermənilərin türkləri, sonra isə Qarabağ müharibəsi çərçivəsində günahsız dinc Azərbaycan vətəndaşlarını qətl etməsinə etiraz etmiş və dünya ictimaiyyətinə səslənmişdir:[29][30][31][32][33]
Xaricdə yaşayan Türk Qardaşlarıma səslənirəm!
Erməni qatillərinə etiraz olaraq mitinqlər və yürüşlər təşkil etməliyik. Biz erməniləri dəstəkləyən dövlətləri və millətləri şiddətlə qınamalıyıq. İslam dünyasına səslənirəm! Bir milyarddan çox İslam dünyası; Dini, kitabı və Rəsulu ilə bir bütündür. (Bu səbəbdən) birimizin dostu dostumuzdur, birimizin düşməni düşmənimizdir … Ancaq təəssüf ki, bu belə deyil. Bilmirəm. Təəssüf ki, birimizin düşməni digərimizin dostu olur. Erməni quldurları günahsız müsəlman türk qardaşlarımızı öldürərkən, İslam dünyası susur. Yaxın Şərqdəki müsəlman dövlətlər və millətlər bilməlidir ki, bu gün aranızdakı və dünya hökmranlığını davam etdirən Rusiya arasında qırılmaz bir qala olan Türkiyə Cümhuriyyəti aşılmaz bir dəstdur. Əvvəl Allah, sonra Türkiyə Cümhuriyyətinin varlığı sayəsində sərbəst və müstəqil yaşamaq fürsəti tapmısınız … Türkiyə, eyni zamanda varlığınızın və sağ qalmağınızın bir zəmanəti deməkdir. Mən erməniləri dəstəkləyən dövlətlərə səslənirəm! Unutmayın ki, əsirlikdə olan yüz milyon Türk asılı olsa da, Türkiyəyə bir vücud kimi bağlıdır. Zərərinə qarşı hər hansı bir hərəkət bütün Türk dünyasına zərər verəcək və yanında olanlar yanlarında yüz milyon Dünya Türkünü tapacaqlar. Bütün dünyanın onları belə tanımasını istəyirik. |
Alptəkinin Türkiyəyə sürgündə oradakı hökumətdə təmsil olunan millətçi qismdən böyük dəstək aldığı üçün ÇXR hökuməti onu "Sincan müstəqillik fəaliyyətini" davam etdirdiyinə və "sosialist sistemi" devirməyə çalışdığı üçün təqiblərə məruz qoymuşdur.
İsa Yusif Alptəkin 1995-ci il dekabrın 27-də 94 yaşında İstanbulda vəfat etmişdir. Dəfini zamanı cənazəsini qaldırmağa mindən çox adam gəlmişdi.[34] O, Türkiyənin və Türk dünyasının iki böyük lideri Adnan Menderes və Turqut Özalın məqbərələrinin yanında Topkapı Qəbiristanlığında dəfn edilmişdir.[35][36]
1995-ci ildə İstanbulda Göy Məscid rayonunda Alptəkinə və mərhum Şərqi Türkistan İstiqlaliyyət hərəkatının şəhidləri şərəfinə abidə ilə yanaşı park da açıldı. Türkiyə Prezidentinin, Baş nazirinin, parlamentin sədrinin və başqalarının iştirakı da daxil olmaqla, tədbirə yüksək səviyyədə böyük diqqət göstərilməsi Çinin qəzəbinə səbəb oldu.
ÇXR hökuməti Türkiyəni "daxili işlərinə" müdaxilə etməkdə ittiham etdi. Buna cavab olaraq Türkiyə Dövlət Departamenti parkın bağlanması qərarını verdi. Lakin yerli sakinlər və bələdiyyə parkı bağlamaqdan imtina etdi.[1][37]
Oğlu Erkin Alptəkin də Şərqi Türkistan İstiqlaliyyət hərəkatının iştirakçılarındandır, hazırda Almaniyada yaşayır.