İsrail bayrağı

İsrail bayrağı — İsrailin dövlət rəmzlərindən biri. 28 oktyabr 1948-ci ildə İsrailin dövlət elan edilməsindən 5 ay sonra qəbul edilmişdir. Ağ səth üzərində iki üfüqi mavi lent arasında eyni mavi rəngdə bir Davud ulduzundan ibarətdir. Mənası, "Dinimizdən ayrılmayaq, Davudun ulduzu da bizi qorusun" deməkdir.

İsrail
Təfərrüatlar
Proporsiya 8:11
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bayraqdakı iki mavi xətt FəratNil çaylarını göstərir. Bayraq 1891-ci ildə ilk sionistlər tərəfindən hazırlanıb. Mavi xətlər yəhudi dua şalı – talliti xatırladır.

2007-ci ildə Masadada qaldırılan 660m x 100m ölçülü və 5,2 ton ağırlığındakı İsrail bayrağı dünyanın ən böyük bayrağı olaraq dünya rekordu vurmuşdur.

1948-ci ildə İsrailin dövlət bayrağı haqqında qanun qəbul edilmişdir. Parametrləri 8:11 nisbətindədir. Bayrağın mərkəzində təsvir olunmuş mavi rəngli altıguşəli ulduz "Davidin ulduzu", "Davidin qalxanı" və "Solomonun möhürü " kimi tanınır. Bu simvol qədim tarixə malik olub, sehrli gücün və iblisdən qorunmanın mənasını verir. İlk dəfə altıguşəli ulduzdan bayrağında 1354-cü ildə Praqadakı yəhudi icması iudaizm inancına sadiqlik əlaməti olaraq istifadə edib. Mavi rəng İsrail səmasının, ağ rəng isə dini idealların paklığının rəmzidir.