İtaliyanın Albaniyaya hücumu — İtaliya ordusunun 7–12 aprel 1939-cu il tarixlərində Albaniya krallığına hücumu və ardınca ilhaqı. Münaqişə İtaliyanın lideri Benito Mussolininin imperialist siyasətinin nəticəsi idi. Albaniya tez bir zamanda işğal olunmuş və onun hökmdarı kral I Zoğu qonşu Yunanıstana qaçmağa məcbur qalmışdır. Albaniya İtaliya tacı ilə şəxsi ittifaqda protektorat kimi İtaliya imperiyasının bir hissəsinə çevrilmişdir.
İtaliyanın Albaniyaya hücumu | |||
---|---|---|---|
Müharibələrarası dövr | |||
| |||
Tarix | 7 aprel 1939 – 12 aprel 1939 (5 gün) | ||
Yeri | Albaniya | ||
Nəticəsi | İtaliyanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Albaniya uzun müddət İtaliya krallığı üçün böyük strateji əhəmiyyətə malik olmuşdur. İtaliyanın dəniz strateqləri Vlyora limanına və Vlyora körfəzinin girişindəki Sazan adasına tamah salırdılar, çünki bu iki sahə İtaliyaya Adriatik dənizinin girişinə nəzarət və Balkanlarda hərbi əməliyyatlar üçün əlverişli baza verəcəkdi.[5] Osmanlı hakimiyyətinin son illərində islamın təsiri zəiflədikcə alban milliyətçi hərəkatı Balkanlarda panslavizmdən, eləcə də İngiltərə-Fransa hegemonluğundan narahat olan Avstriya-Macarıstan və İtaliyadan güclü dəstək almışdır.[6] Birinci Dünya müharibəsindən əvvəl İtaliya və Avstriya-Macarıstan müstəqil alban dövlətinin yaradılmasını dəstəkləyirdilər.[7] İtaliya müharibənin əvvəlində Avstriya-Macarıstan tərəfindən tutulmasın deyə Albaniyanın cənub hissəsini işğal etmişdir. Bu işğal müddəti uzun sürməmiş, ardınca baş tutan Vlyora müharibəsi zamanı albanların göstərdiyi müqavimət və müharibədən sonrakı dövrdə yaranan daxili problemlər İtaliyanı 1920-ci ildə Albaniyadan çəkilməyə məcbur etmişdir.[8] Bu uğursuzluğu kompensasiya etmək istəyi Mussolininin Albaniyaya təcavüzünün əsas motivlərindən biri olmuşdur.[9]
Albaniya İtaliya faşistlərinin milliyətçi məqsədləri üçün mədəni və tarixi baxımdan mühüm əhəmiyyət kəsb edirdi, çünki Albaniya ərazisi uzun müddət Roma imperiyasının tərkibində olmuşdur. Bundan əlavə, Durasso kimi bəzi sahilyanı ərazilər orta əsrlərdə uzun illər italyan güclərinin, əsasən də Neapol krallığının və Venesiya Respublikasının təsirinə məruz qalmış və onlara məxsus olmuşdur. İtaliyanın faşist rejimi albanlar və italyanların xüsusən də Yuqoslaviya slavyanlarına nisbətən irqi yaxınlığını elan edən tədqiqatlar vasitəsilə Albaniyaya olan iddialarını qanuniləşdirmişdi.[10]
Mussolini İtaliyada hakimiyyətə gələndə hökumətin Albaniyaya marağı artmışdır. İtaliya Albaniyaya ilk dəfə 1925-ci ildə nüfuz etməyə başlamış, Albaniya İtaliyaya mineral ehtiyatlarını istismar etməyə icazə vermişdir. Bunun ardınca 1926-cı ildə Birinci Tirana müqaviləsi və 1927-ci ildə İkinci Tirana müqaviləsi imzalanmış, İtaliya və Albaniya müdafiə ittifaqına girmişdir. Albaniya hökuməti və iqtisadiyyatı İtaliya kreditləri hesabına subsidiya olunurdu və Albaniya Kral Ordusu sadəcə təkcə italyan hərbi təlimatçıları tərəfindən təlimdən keçmirdi, həm də orduda olan zabitlərin əksəriyyəti italyanlardan ibarət idi və ümumiyyətlə italyanlar Albaniya hökumətində yüksək vəzifələr tuturdular.[11] Bundan başqa, Albaniyadakı idxalatın üçdə biri İtaliyadan gəlirdi.[12] İtaliyanın güclü təsirinə baxmayaraq, kral I Zoğu İtaliyanın təzyiqinə tam boyun əyməkdən imtina etmişdir.[13] 1931-ci ildə o, 1926-cı ildə imzalanmış Tirana müqaviləsini yeniləməkdən imtina edərək italyanlara açıq şəkildə qarşı çıxmışdır. 1934-cü ildə Albaniya Yuqoslaviya və Yunanıstanla ticarət müqavilələri imzaladıqdan sonra Mussolini Albaniyaya hərbi gəmilər göndərərək albanları qorxutmağa çalışmış, lakin uğursuz olmuşdur.[14]
Nasist Almaniyası Avstriyanı ilhaq etdikdən və Çexoslovakiyaya müdaxilə etdikdən sonra İtaliya Polad paktının daha kiçik bir üzvünə çevrilməyə başlamışdı.[15] Hitler Mussoliniyə əvvəlcədən xəbərdarlıq etmədən 15 mart 1939-cu ildə Çexoslovakiyaya hücum etdikdən sonra İtaliyanın lideri Albaniyanı ilhaqı etmək qərarına gəlmişdir. İtaliya kralı III Viktor Emanuel Albaniyanı işğal etmək planını tənqid etmiş,[16] lakin hər halda, 25 martda Roma Tiranaya ultimatum təqdim etmişdir. Albaniya kralı I Zoğu Albaniyanın İtaliyanın nəzarətinə keçməsinə və müstəmləkəyə çevrilməsinə icazə vermək müqabilində pul almaqdan imtina etmişdir.[17]
İtalyan işğalçılara qarşı Albaniyada milli azadlıq mübarizəsi başlamışdır. Bu mübarizənin təşkilatçısı 1941-ci ilin noyabrında yaradılan Albaniya Kommunist Partiyası idi.[18]
As a result of the Ottoman collapse, a group of Albanians, with Austrian and Italian support, declared Albanian independence at Valona (Vlorë) on 28 November 1912.
The invasion of Albania in 1939 resulted in the addition of territory on the Adriatic, a compensation for the territory Italy had not been given in the 1919 peace settlement. These policies were, however, carried out at immense cost, which eventually shattered the regime's limited infrastructure. There are also examples of direct