7 aprel 1939-cu ildə İtaliyaAvropada yaranmış siyasi vəziyyətdən istifadə edərək Albaniyanı işğal etmişdir. İtalyan işğalçılara qarşı Albaniyada milli azadlıq mübarizəsi başlamışdır. Bu mübarizənin təşkilatçısı 1941-ci ilin noyabrında yaradılan Albaniya Kommunist Partiyası idi. 16 sentyabr 1942-ci ildə Pezada Milli Azadlıq Cəbhəsi yaradılmışdır. 1943-cü ildə milli azadlıq hərəkatının yeni mərhələsi başlanmışdır. Bu zaman nizami Milli Azadlıq Ordusu yaradılmasının əsası qoyulmuşdur. İtaliya 1943-cü ildə təslim olduqdan sonra Albaniyanı nasist Almaniyası işğal etmişdir. Nasist Almaniyasının Albaniyada milli azadlıq hərəkatını boğmaq cəhdi baş tutmamışdır. 1944-cü ilin oktyabrında müvəqqəti demokratik hökumət yaranmışdır. 1944-cü ilin payızında sovet qoşunlarınınBalkan yarımadasında qalibiyyətli hücumu Milli Azadlıq Ordusuna işğalçılara bütün Albaniya torpaqlarından qonub çıxarmaq imkanı vermişdir. 29 noyabr 1944-cü ildə Albaniyanın azad edilməsi başa çatdırılmışdır. 10 noyabr 1945-ci ildə SSRİ Albaniya hökumətini tanımışdır. 11 yanvar 1946-cı ildə Albaniyada xalq respublikası elan olunmuşdur.[1]
↑Албанија. Тарихи очерк // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 218.
Bailey, Roderick. "OSS-SOE Relations, Albania 1943–44". Intelligence and National Security. 15 (2). 2000: 20–35. doi:10.1080/02684520008432601.
Bailey, Roderick. Smoke Without Fire? Albania, SOE, and the Communist 'Conspiracy Theory' // Stephanie Schwandner-Sievers; Bernd J. Fischer (redaktorlar ). Albanian Identities : Myth and History. Bloomington: Indiana University Press. 2002. 143–157.
Julian Amery, (1948). Sons of the Eagle. MacMillan & Co Ltd London. This book from a British agent with the Royalists during the war has no ISBN but is being reprinted.
Manelli, Gani. "Partisan Politics in World War II Albania: the Struggle for Power, 1939–1944." East European Quarterly 40, no. 3 (2006): 333–348
Pearson, Owen. Albania in Occupation and War: From Fascism to Communism 1940–1945. Albania in the Twentieth Century. II. I.B. Tauris. 2006. ISBN978-1-84511-104-5.
Smiley, David. Irregular Regular. Norwich: Michael Russell. 1994. ISBN0-85955-202-0. Translated in French in 2008. Au coeur de l’action clandestine. Des Commandos au MI6, L’Esprit du Livre Editions, (ISBN978-2-915960-27-3). The Memoirs of a SOE officer in Albania and Thaïland (Force 136), then a MI6 agent (Poland, Albania, Oman, Yemen).
Brigadier Edmund Frank "Trotsky" Davies. Illyrian venture: The story of the British military mission to enemy-occupied Albania, 1943–44, Bodley Head, 1952.
Xan FieldingOne Man in His Time – The life of Lieutenant-Colonel N.L.D. ("Billy") McLean, DSO, Macmillan, London, 1990. Biography of a soldier, SOE agent and Scottish politician.