İtboğan

Vaxtsızçiçək (lat. Colchicum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinə aid bitki cinsi.

Vaxtsızçiçək
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cinsin nümayəndələrinin vətəni Qərbi Asiya, Avropa, Aralıq dənizi sahillərinin bir hissəsi, Şərqi Afrika sahillərindən aşağı Cənubi Afrika və Qərbi Keypdir. Cinsin bütün növləri zəhərlidir.

Vaxtsızçiçək və zəfəran bir-birinə bənzəyir və təsadüfi bir müşahidəçi tərəfindən qarışdırıla bilər. Bununla birlikdə, vaxtsızçiçəyin 3 dişiciyi və 6 erkəkciyi olduğu halda, zəfəranın 1 dişiciyi və 3 erkəkciyi var. Zəfəran sözügedən cins ilə heç bir qohumluğa malik deyil və süsənkimilər fəsiləsinə aiddir.

Cinsin adı müasir Gürcüstandakı Kolxida bölgəsinin qədim yunanca adı olan Κολχίς ("Colchis") sözündən gəlir. Kolxida yunan mifologiyasında arqonavtların qızıl yun axtarışı üçün getdiyi və Yasonun Medeya ilə qarşılaşdığı yer kimi təqdim olunur.

Dərman olaraq istifadəsi və zərərləri

[redaktə | mənbəni redaktə et]

Bu cinsə daxil olan bitkilər podaqraerməni xəstəliyini müalicə etmək üçün əczaçılıqda istifadə edilən kolxisin alkaloidinin zəhərli miqdarını ehtiva edir. Ənənəvi tibbdə köklərin və toxumların istifadəsinin bu dərman səbəbilə yarandığı düşünülür.

Yarpaqları, kök yumruları və toxumları zəhərlidir. Qatil Katerin Uilsonun XIX əsrdə bir sıra qurbanlarını zəhərləmək üçün bu bitkidən istifadə etdiyi güman edilir. Tərkibində ən ölümcül miqdarda kolxisin olduğu bilinən növ payız vaxtsızçiçəyidir.

Aşağıdakılar vaxtsızçiçək cinsinə daxil olan növlərdir. Əvvəllər Androcymbium, BulbocodiumMerendera-da təsnif edilən bir çox növ molekulyar genetik dəlillərə əsaslanaraq Colchicum-a köçürülmüşdür. Androcymbium hazırda bəziləri tərəfindən ayrı bir cins hesab olunur.