İvar Smilqa

İvar Smilqa (2 dekabr 189210 yanvar 1937, Moskva) — Bakının sovet Rusiyası tərəfindən işğalının (1920) təşkilatçılarından biri.[1][2][3]

İvar Smilqa
latış. Ivars Smilga
Şəxsi məlumatlar
Doğum tarixi 2 dekabr 1892(1892-12-02)
Vəfat tarixi 10 yanvar 1937(1937-01-10) (44 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Partiya
Fəaliyyəti siyasətçi, iqtisadçı
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1892-ci ildə Rusiya imperiyasına daxil olan, idiki Latviya torpaqlarında yerləşən Litvoniya quberniyasının Aloja məntəqəsində anadan olmuşdur.[2]

1907-ci ildən Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasının üzvü olub. Fevral inqilabından (1917) sonra Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyası Kronştadt komitəsinin tərkibinə daxil olmuş, Finlandiya vilayət ordu, donanma və fəhlə icraiyyə komitəsinin sədri vəzifəsində işləmişdir. Oktyabr inqilabından (1917) sonra Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) Finlandiyada müvəkkili, respublika hərbi-inqilab Şurasının üzvü, Ali Xalq Təsərrüfatı şurası sədrinin müavini olmuşdur.[2]

Bakının işğalı

[redaktə | mənbəni redaktə et]

Qafqaz cəbhəsinin rəhbərlərindən biri kimi Bakının işğalı planının hazırlanması və həyata keçirilməsində iştirak etmişdir. 1920 il 16 yanvar- 21 may və 1921 il 26 yanvar — 26 mayda Qafqaz cəbhəsi hərbi-inqilab şurasının üzvü, həmin cəbhəyə daxil olan 11-ci Qırmızı ordunun Bakını işğalı zamanı Qafqaz cəbhəsinin müvəqqəti komandanı (1920, 24 aprel — 15 may) olmuşdur. RSFSR XKS-nın sədri V. Leninin Bakını işğal etmək haqqındakı 1920 il 17 mart tarixli şifrəli teleqramı Smilqa və Q. K. Orconikidzeyə ünvanlanmışdı. Teleqramda deyilirdi:[3]

" Bakını almaq bizdə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin,

həm də bəyanatlarda son dərəcə diplomat olmaq və möhkəm yerli Sovet hakimiyyəti hazırlandığını tamamilə yəqin etmək lazımdır. Gürcüstan haqqında da eynilə belə hərəkət etməli, həm də Gürcüstana daha ehtiyatlı yanaşmağı məsləhət görürəm. Qüvvələr yeridilməsi haqqında Baş komandanla şərtləşin.

"

Həmin teleqramın Leninin əlyazması ilə birlikdə arxivdən aşkar edilmiş surətində Orconikidze bu sözləri yazmışdır:[3]

" Teleqram Bakıya hücum hazırlanması

dövrünə aiddir. Əməliyyat hazırlanmışdı və Levandovskinin başçılığı ilə aprelin 25-26-da Azərbaycan sərhədini keçdik, 28-də isə Bakıda olduq.

"

Partiyadan xarici və güllələnməsi

[redaktə | mənbəni redaktə et]

Smilqa 1920–1921 illərdə həmkarlar ittifaqı diskussiyası zamanı L. D. Trotski platformasının tərəfdarı olmuşdur. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının 15-ci qurultayında (1927), trotskiçi müxalifətin fəal xadimi kimi partiyadan çıxanılmışdır. 1930-cu ildə partiyaya bərpa edilmiş, lakin partiyanın siyasi xəttinə qarşı fəaliyyətini davam etdirdiyinə görə yenidən xaric olunmuşdur. 1935-ci ildə Kirovun sui-qəsd nəticəsində öldürülməsindən sonra həbs edilmiş, 1938-ci ildə, Böyük təmizləmə zamanı güllələnmişdir.[3] 1987-ci ildə bəraət almışdır.

  1. Lenin V. İ., Əsərlərinin tam külliyyatı, c.51, Bakı, 1984
  2. 1 2 3 V. İ. Lenin Azərbaycan haqqında, Bakı, 1970
  3. 1 2 3 4 Интернациональная помошь 11 армии в борьбе за победу советской власти в Азербаиджане. Документы и материалы. 1920–1921 гг., Bakı, 1989.