Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vəlizadə Şərif Əfəndi Hacı-Veysal oğlu — Qafqaz müsəlmanlarının VIII Müftisi. 1881-ci ildə Göyçay qəzasının Martı kəndində anadan olub. Qafqaz (Zaqafqaziya) müsəlmanlarının V qurultayında (1960-cı il) Göyçay məscidinin imamı Şərif Əfəndi Vəlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti seçilir. Yaxşı dini məlumata və nitq qabiliyyətinə malik olan Şərif Əfəndi daim müasirləşmənin tərəfdarı olub. O, deyib: "Köhnəlmiş dini tələbləri təzələməsək dinimiz əldən gedər, dindarlar bizdən üz döndərər". Ateizm təbliğatına müqavimət göstərməyin tərəfdarı olub. O, ateizmi "məscidin günbəzinə dəyib kənara düşən" qoza bənzədib. Şərif Əfəndi 1966-cı ildə vəfat edib. Onun vəfatından sonra Ruhani İdarəsində müfti vəzifəsi iki il boş qalıb. O bir müddət əlyazmalar institutunda kiçik elmi işci işləyib, N. Gəncəvinin xəmsələrinin tərcüməsi ilə məşğul olub.
Vəlizadə Şərif Əfəndi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Göyçay qəzası, Martı kəndi |
Vəfat tarixi | |
Atası | Hacı-Veysal |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
Fəaliyyəti | Qafqaz müsəlmanlarının VIII Müftisi |
Fəaliyyət illəri | 1960-1966 |