İbrahim Əfəndizadə

Hacı İbrahim Əfəndi Əfəndizadə (15 may 1870, Şamaxı18 sentyabr 1957) — Qafqaz müsəlmanlarının VI müftisi.[1][2].

İbrahim Əfəndizadə
bayraq
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri
1944 – 1955
ƏvvəlkiMirzə Hüseyn Qayıbzadə
SonrakıƏsədulla Dibirov
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1870(1870-05-15)
Doğum yeri
Vəfat tarixi 18 sentyabr 1957(1957-09-18) (87 yaşında)
Dini İslamın sünni məzhəbi

Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə 15 may 1870-ci ildə Şamaxı şəhərində anadan olub.

1944-cü ildə SSRİ dövründə ilk dəfə keçirilən Qafqaz Müsəlmanlarının növbəti qurultayında Hacı İbrahim Əfəndizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini idi. Baş müfti seçildi və ömrünün sonuna kimi bu vəzifəni icra etdi. O, ilahiyyat elmlərini yaxşı bilən, dini ayinləri və şəriət tələblərini təbliğ edən bir din xadimi kimi şöhrət qazanmışdır. Sülh tərəfdarı olan Əfəndizadə Ümumdünya Sülh Şurasının nüvə silahlarına qarşı çağırışlarını alqışlamış, ABŞ-nin Koreyaya hərbi müdaxiləsini pisləmiş və dünyanı sülhə çağırırdı.[1][2]

Müfti İbrahim Əfəndizadə 1957-ci il sentyabrın 18-də vəfat etdi.[1]

  1. 1 2 3 "ŞEYXÜLİSLAMLIQ ZİRVƏSİ: HACI ALLAHŞÜKÜR PAŞAZADƏ" (PDF). Wayback Machine (az.). Баку: Нурлар. 116. Archived from the original on 2017-03-02. İstifadə tarixi: 2023-02-27.
  2. 1 2 "HACI İBRAHİM ƏFƏNDİ ƏFƏNDİZADƏ". Şamaxı ensiklopediyası (az.). 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.