Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əbdülhəmid Əfəndizadə — Qafqaz müsəlmanlarının IV Müftisi.
Əbdülhəmid Əfəndizadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şirvan xanlığı |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Fəaliyyəti | mufti |
Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə yiyələnib.
Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə başlayan Ə.Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır. Əmisinin məsləhəti ilə o, 1849-cu il fevralın 22-də dövlət məktəbinə işə götürülür və şəriət müəllimi vəzifəsini icra edir.
Ə.Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb dilərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır. Ə.Əfəndizadə 1860-ci ilin əvvəlində Məkkəni ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın 16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O, fəaliyyətinə görə carişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırılıb.
Müfti Ə.Əfəndizadə 1872-ci il dekabrın əvvəllərində Qafqaz (Zaqafqaziya) Sünni Əhli İdarəsinin sədri vəzifəsinə təyin olunduğundan Tiflisə köçür.
O, 1880-ci il dekabr ayının 10-da Tiflisdə vəfat edib.