Şahzadə Vilyam və Ketrin Middltonun toyu

Şahzadə Vilyam və Ketrin Middltonun toyu (ing. Wedding of Prince William and Catherine Middleton) — Kembric hersoqu şahzadə VilyamKetrin Middltonun toyu 29 aprel 2011-ci ildə Londonda Vestminster abbatlığında baş tutdu. Uels şahzadəsi Çarlzın böyük oğlu – şahzadə Vilyam Ketrin (Keyt) Middltonla 2001-ci ildə Sent-Endryus Universitetində bir yerdə oxuyanda tanış olublar. 20 oktyabr 2010-cu ildə baş tutmuş nişanları 16 noyabr 2010-cu ildə elan olundu. Toya hazırlıq və hadisənin özü kütləvi informasiya vasitələrinin çox böyük diqqətini çəkdi; toy bütün dünyada canlı yayımlandı və bir çox cəhətdən Vilyamın valideynlərinin – şahzadə Çarlz və ledi Diana Spenserin 1981-ci ildə bağlanmış nikahı ilə müqayisə edilmişdir. Sıravi insanlardan olan Ketrin Middltonun (aristokrat olmayan) kral ailəsinin bir üzvünə ərə getməsi xeyli diqqət çəkdi.

Şahzadə Vilyam və Ketrin Middltonun toyu
Tarix 29 aprel 2011
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadə Vilyam taxt-tacın birbaşa varisi olmadığına görə toy tam dövlət hadisəsi deyildi, 1900 nəfərlik qonaq siyahısının böyük hissəsi kimi bir çox detallar cütlüyün öhdəsinə buraxıldı. Toy günü Böyük Britaniyada dövlət bayramı kimi elan olundu. Hadisənin təmtəraqlı cəhətləri çox oldu - kral qarajından, piyada və atlı qvardiyasından istifadə olundu. Mərasimdən bir neçə saat əvvəl kraliça şahzadə Vilyama Kembric hersoqu, Strathern qrafı və Kerrikfergyus baronu titullarını verdi. Nikahdan sonra Middlton Kembric hersoginyası oldu.[1] Mərasimdə kral ailəsinin böyük hissəsi, həmçinin çoxlu xarici kral ailələrinin üzvləri, diplomatlar və cütlüyün şəxsi qonaqları iştirak etdilər.

Middltonun üstündə britaniyalı dizayner Sara Burtondan olan ağ paltar və kraliça tərəfindən borca verilmiş tac var idi. Şahzadə Vilyam isə qırmızı rəngdə İrland Qvardiya polkovniki formasında idi. Şahzadə Vilyamın sağdişi – onun qardaşı şahzadə Harri, gəlinin soldişi isə onun bacısı – Pippa idi. Nikah mərasimi saat 11:00-da başladı. Kəbin mərasimini Vestminsterin baş keşişi Con Robert Holl, Kenterberi arxiyepiskopu Rouen Vilyams ilə birlikdə apardı və nikahın özünü isə London yepiskopunun xətibi Riçard Şartre aparmışdır. Gəlinin qardaşı Ceyms "Romalılara məktublardan" şeirlər oxudu.

Toydan sonra gənc ər-arvad Melldə toplaşmış camaatın qarşısında keçirilən ənənəvi balkona çıxma və hava paradı üçün təntənəli keçidlə Bukingem sarayına getdilər. Toydan sonra cütlüyün Anqlsi adasında yaşamaq fikri var idi, həmin adada şahzadə Vilyam Kral Hərbi Hava Qüvvələrinin axtarış-xilasetmə pilotu kimi qeydiyyatdadır. Kral toyunun şərəfinə bütün İngiltərədə 5000-dən çox küçə şənlikləri keçirildi və bir milyondan çox insan Vesminister abbatlığı ilə Bukingem sarayı arası marşrut boyunca düzüldü.[2][3] Böyük Britaniyada teleauditoriya 26,3 milyon tamaşaçı zirvəsinə çatdı. Mərasimi dünyanın hər yerində on milyonlarla insan canlı izlədi, o cümlədən 72 milyon YouTube-da Kral kanalından izlədi.[4]

Kembric hersoq və hersoginyası Vilyam və Ketrinin birgə gerbi.

Şahzadə Vilyam Uels şahzadəsi Çarlz və Diananın böyük oğlu, kraliça II Yelizavetin və Edinburq hersoqunun (şahzadə Filippa) nəvəsidir. Beləliklə, şahzadə Vilyam 16 müstəqil dövlət içində atasından sonra varislik siyahısında ikincidir. Şahzadə Vilyam Ladqrouv məktəbi, İton kolleci və Sent-Endryus Universitetində təhsil alıb, bundan sonra şahzadə Sandhorst atlı qvardiyasının zabiti təyin edildi.[5] Daha sonra o, Kral Hərbi Hava Qüvvələrinin təyinat aldı və Anqlsi qraflığında axtarış-xilasetmə pilotu oldu.[6][7]

Ketrin (Keyt) Middlton Maykl və Kerol Middltonun ailəsində dünyaya gəlmişdir və üç uşaqdan ən böyüyüdür. O, Panqborunda Sent-Endryus məktəbində, Malboro kollecində[8]Sent-Endryus Universitetində təhsil alıb.[9] Təhilini başa vurduqdan sonra pərakəndə ticarətdə aksesuar sifarişçisi və valideynlərinin biznesində kataloqların fotoqrafı kimi işləyib.[10] O, əsasən ingilis mənşəlidir, amma ŞotlandiyaFransadan da bir neçə uzaq qohumları var.[11] Atasının ailəsi Lidsdan (Uest-Yorkşir),[12] anasının ailəsi Harrisonlar isə Durham qraflığının fəhlə və mədənçilərdən olmuşlar.[13]

Cütlük Sent-Endryus Universitetində ikisi də tələbə olarkən tanış olublar. Birinci il hər kəs tələbə yataqxanasında yaşayırdı,[14] bundan sonra onlar iki il birlikdə şəhərdə yaşadılar.[15] Vilyam Adams Raytvizner Ketrinin əslini öyrənərkən onun şahzadə Vilyam ilə ortaq əcdadlarının olduğunu müəyyən etdi. Onlar hər ikisi ser Tomas Ferfaks və onun arvadı Aqnes Qaskoyndan gəlirlər; Aqnes Qaskoyn - cənab Vilyam Qaskoyn və onun arvadı əsil-nəsilli ledi Marqaret Persin qızı idi və bu da şahzadə Vilyamla Ketrin Middltonu 15-ci nəsildə əmi uşağı (xala uşağı) eləyir.[16]

Nişan barədə elan

[redaktə | mənbəni redaktə et]
Toydan bir neçə gün əvvəl Ricent küçəsində Böyük Britaniyanın onlarla bayraqları asılmışdı.

2010-cu il noyabrın 16-da Klarens-haus elan etdi ki, Uels şahzadəsinin böyük oğlu – Uels şahzadəsi Vilyam uzun müddət sevgili olduğu Ketrin Middltonla Londonda 2011-ci ilin yaz və ya yayında evlənir.[17][18] Onlar 2010-cu ilin oktyabrında Keniyada istirahətdə olan zaman nişanlandılar. Şahzadə Vilyam atasının anası – Uels şahzadəsi Dianaya bağışladığı həmin nişan üzüyünü Ketrin Middltona təqdim etdi;[19] 12 karat oval sapfir və 14 dairəvi brilliant ilə 18 karat ağ qızıldan üzük. Təxminən eyni vaxtda elan olundu ki, cütlük toydan sonra şahzadə Vilyamın Kral Hərbi Hava Qüvvələrinə təyin edildiyi Uelsdə – Anqlisi adasında yaşayacaqlar.[17][20]

Şahzadə Vilyam bildirdi ki, o, şaddır.[21] Onlar kifayət qədər uzun müddət təcrübə keçdilər və kraliça II Yelizaveta söylədi ki, bu cütlüyə görə o, şaddır[19] və o, 1772-ci ildən kral ailə üzvlərinə nikah haqqında qanunauyğun olaraq tələb olunan rəsmi nikaha razılıq verdi.[22] Kraliça baş nazirlərin təbriklərini qəbul etdi,[23][24][25] onların içində Avstraliyanın baş naziri Culiya Gillard var idi.[26] Respublikaçı baxışlara sahib olan Uillesdenin Vikar yepiskopu Pit Brodbent Facebook sosial şəbəkəsində toy barəsində kritik məlumat paylaşdı. Sonra o, sözlərinin təhqiramiz olduğunu qəbul etdi və üzr istədi,[27] amma onun rəisi - Londonun yepiskopu Riçard Şartre ona "gələcək xəbərdarlığa kimi" ictimai xidmətdən çıxmağı tapşırdı.[28][29]

Elandan sonra cütlük "ITV News"un siyasi redaktoru Tom Bradbiyə eksklüziv müsahibə verdi[30] və Sent-Ceyms sarayında fotosessiya etdi.[31][32] 12 dekabr 2010-cu ildə nişan mərasiminin şəkillərini Bukingem sarayı rəsmi yayımladı. Onlar fotosessiyanı 25 noyabrda fotoqraf Mario Testino ilə Sent-Ceyms sarayında etdilər.[33][34]

Onlar ən birinci elan edib bildirdilər ki, toy 2011-ci ilin yaz və ya yayında olacaq. 23 noyabr 2010-cu ildə tarix təsdiq edildi: 29 aprel 2011-ci il cümə günü. Daha sonra bildirildi ki, həmin gün Birləşmiş Krallığın bütün ərazisində dövlət bayramı olaraq elan olunacaq.[35][36] Toyun tarixi Bermud adalarında, Koyman adalarında, Men adasında, Cəbəli-Tariqdə, Cersidə, Folklend adalarında, Montserrat, Törks və Kaykos adalarında rəsmi dövlət bayramı elan edildi.[37][38][39]

Toyun tarixi Şotlandiya parlament seçkiləri və referendumundan altı gün əvvəl olduğu üçün bu siyasi bəyanatlara səbəb oldu.[40][41][42][43] Straklayd Universitetinin politologiya üzrə professoru Con Kurtis Şotlandiya seçkiləri üçün tarixin "uğursuz" olduğunu və "yəqin ki, kral ailəsinin siyasi debatlara qatılacağını" bildirdi.[44]

Toy gününün axşamı "Londonun gözü" Böyük Britaniya bayrağının rəngləri ilə rəngləndi.

23 noyabr 2010-cu ildə Klarens-haus elan etdi ki, toy 29 aprel 2011-ci ildə (müqəddəs Yekaterina Sienskaya günü) Vestminster abbatlığında baş tutacaq.[35][45] Sent-Ceyms sarayı 5 yanvar tarixində mərasimin yerli vaxtla saat 11:00-da başlayacağını və gəlinin at arabasında deyil (bu kral gəlinləri üçün ənənəvi nəqliyyat sayılırdı), gəlinin avtomobillə abbatlığa gətiriləcəyi barədə elan verdi. Marşrut Mell boyunca atlı qvardiya paradı vasitəsilə ilə Uaytholl abbatlığına kimi planlaşdırılmışdı.

Həmçinin elan olunmuşdu ki, kral ailəsi və Middlton toy xərclərini öz üzərinə götürəcək, təhlükəsizliyin təmin edilməsi və nəqliyyat xərcləri isə Britaniya xəzinəsinin hesabına təmin ediləcək.[46][47] Cütlük, həmçinin qonaqlardan ənənəvi toy hədiyyəsi əvəzinə xeyriyyə müəssisələrinə pul köçürməklərini xahiş etdi;[48] bu məqsədlə onlar şahzadə Vilyam və Ketrin Middlton Xeyriyyə Fondunu yaratdılar.[49]

Toyun qiyməti məlumata görə, 20 milyon funt sterlinq təşkil edib.[50] Avstraliyanın "Herald Sun" qəzetinin qiymətləndirməsinə görə, 32 milyon avstraliya dolları təhlükəsizliyə, 800 min isə çiçəklərə sərf olunub. Əlavə dövlət bayramlarının iqtisadiyyatı üçün xərclərin qiymətləndirilməsi 1,2-dən 2,9 milyard funt sterlinq arasında dəyişir.[51] VisitBritain dövlət turizm agentliyi proqnozlaşdırdı ki, toy bir neçə il davam edəcək və nəticədə Böyük Britaniyanın turizminə 4 milyon turist və 2 milyard funt sterlinq qazandıracaq turist çiçəklənməsinə səbəb olacaq.[52]

Qonaqların siyahısı

[redaktə | mənbəni redaktə et]

16 və 17 fevral kraliça adına üç qonaq siyahısı göndərildi. Toyun dövlət miqyaslı statusu olmadığına görə[53][54] şahzadə Çarlz və ledi Diana Spenserin 29 iyul 1981-ci ildə baş verən toyuna dəvət olunan bir çox qonaqlar (və ya onların davamçıları) Vilyamın toyuna dəvət olunmamışdı. Qonaqların yarıdan çoxunu ailənin və cütlüyün dostları təşkil edirdi, həmçinin Birlik Krallığının bir sıra əhəmiyyətli liderləri də (o cümlədən general qubernatorlar, hansı ki Birliyin bütün krallıqlarında kraliçanı təmsil edənlər) bundan başqa, Böyük Britaniyada Birlik Krallığının baş nazirləri və Birliyin digər ölkələrinin hökumət başçıları, dini qurumlar və diplomatik korpusun üzvləri, bir neçə hərbi vəzifəli şəxslər, Britaniya Kral Xidmətinin üzvləri, xarici kral ailələrinin üzvləri, Vilyamın Xeyriyyə Təşkilatının nümayəndləri və s. iştirak edirdilər. Sent-Ceyms sarayı qonaqların adlarını dərc etməkdən imtina etməsinə baxmayaraq, qonaqlar kateqoriyaya bölünməsinə görə dərc edilmişdi. Siyahıda xarici dövlət başçıları haqqında heç nə yazılmamışdı, baxmayaraq ki, xarici kral ailələrin təxminən 40 üzvünün dəvət edildiyi bildirilmişdi.[55]

Birinci siyahının üzvləri (təxmini 1900 nəfər) abbatlıqda keçirilən mərasimdə iştirak elədilər. İkinci siyahının üzvləri (təxmini 600 nəfər) Bukingem sarayında kraliçanın təşkil etdiyi qəbula dəvət olunmuşdu. Üçüncü siyahının üzvləri (təqribən 300 nəfər) şahzadə Vilyam tərəfindən təşkil edilən axşam yeməyinə dəvət olunmuşdu.[55][56]

19 aprel tarixində bütün İrlandiyanın priması kardinal Şon Bredi iştirak edəcəyini elan etdi. İrlandiyanın katolik yepiskoplarının nümayəndəsi tərəfindən həmin tədbirə dəvət və onun qəbulu "presedentsiz" kimi qiymətləndirilmişdi. Təmsilçi dəvəti kardinal Bredinin Şimali İrlandiyada gedən sülh prosesinə töhfə kimi aid elədi.[57]

Vestminister abbatlığına və əks istiqamətdə olan bəy və gəlinin mərasiminin marşrutu.

Gəlinlə bəyin marşrutu Bukingem sarayı ilə Vesminister abbatlığı arasında Mell boyunca, Klarens-housun yanından, Atlı Qvardiya küçəsi və atlı qvardiya paradı boyunca, sonra Atlı Qvardiya Arkası və Parlament meydanının cənub hissəsi – Uaytholldan keçib getdi.[58]

Toy mərasimindən sonra cütlük eyni marşrut ilə Bukingem sarayına, kraliçanın qəbuluna ekipajda qayıtdı. Uels şahzadəsi kraliçanın iştirak etmədiyi axşam xüsusi bir axşam yeməyi təşkil etdi.[59][60]

Yollar 06:00-da nəqliyyatın hərəkəti üçün bağlandı. Əsas qonaqlar - general qubernatorlar, Birlik Krallığının baş nazirləri və diplomatlar 08:15-dən sonra abbatlığa gəldilər. Şahzadə Vilyam və Harri 10:10-da Bentli Dövlət Limuzinində (Bentley State Limousine) Klarens-housdan ayrıldılar və 10:18-də abbatlığa çatdılar, sonra xarici kral ailələrinin nümayəndələri, Middltonun ailəsi və sonda şahzadənin ailəsi (Uels şahzadəsi və Kornuol hersoginyası, Böyük Britaniya şahzadəsi və vitse-admiral Timoti Lourens; York hersoqu, Beatris şahzadəsi və şahzadə Yevgeniya; Uesseks qraf və qrafinyası) abbatlığa çatdı. Ənənəyə görə kraliça və Edinburq hersoqu Bukingem sarayını tərk eləyən kral ailəsinin son üzvləri idi və onlar 10:48-də abbatlığa çatdılar. Gəlin tərəfi 11:00-da başlayacaq mərasim üçün keçmişdə birinci olan State Royce Rolls VI maşınında, 10:52-də oteli tərk etdi. Mərasim 12:15-də başa çatdı, sonra yeni evlillər, kral ailəsinin digər üzvləri, bəylə gəlinin valideynləri, sağdiş və soldiş – onlar təntənəli yürüşdə Bukingem sarayına yola düşdülər.[61][62][63]

Keçirilmə yeri

[redaktə | mənbəni redaktə et]
Vestminster abbatlığı tacqoyma mərasimləri və çoxlu kral toylarının keçirildiyi yer.

Vestminster abbatlığının əsası 960-cı ildə qoyulub, xüsusi statusa malikdir və "kral mülkiyyəti" kimi tanınır.[64] Abbatlıq 1066-cı ildə tacqoyma mərasimi üçün ənənəvi məkan idi, yalnız bu yaxınlarda o, kral toyları üçün kilsə kimi istifadə olunmağa başlandı və 1918-ci ilə kimi kral toylarının əksəriyyəti Sent-Ceyms sarayındakı kral kilsəsi və Vindzor sarayındakı müqəddəs Georgiya kilsəsi kimi kral kilsələrində keçirilirdi.[65] 2000 nəfər tutan abbatlıq[66] son kral toylarının, o cümlədən II Elizabetin toyunun (şahzadə Elizabet olarkən), Edinburq hersoqunun toyunun (1947-ci ildə), şahzadə Marqarit və Entoni Armstronq-Consun toyunun (1960-cı il), şahzadə Anna və Marka Fillipsin toyunun (1973-cü ildə) və York hersoqu və Sara Fergyusonun toyunun (1986-cı ildə) keçirildiyi yer olub.[67]

Gəlin tərəfi

[redaktə | mənbəni redaktə et]

Kral ənənəsinə baxmayaraq, bəyin sağdişi onun tərəfdarı yox, qardaşı şahzadə Harri idi, gəlin isə öz bacısı Pippanı əsas sağdişi kimi seçdi.[68][69]

Həmçinin toyda dörd rəfiqəsi və iki pajı iştirak edirdi.[70][71]

  • Ledi Luiza Vindzor – Uesseksk qraf və qrafinyanın 7 yaşlı qızı.
  • Çox hörmətli Marqarit Armstronq – Cons – Lilli vikont və vikontessanın 8 yaşlı qızı.
  • Qreys vam Katsem - Hyu van Katsemin 3 yaşlı qızı.
  • Eliza Lopes – Kornuol hersoginyasının 3 yaşlı qızı.
  • Vilyam Louter – Pinkerton - mayor Ceymi Louter Pinkertonun şəxsi katibi Vilyamın 10 yaşlı oğlu.
  • Tom Pettifer – Vilyam və Harri şahzadələrinin keçmiş dayəsinin 8 yaşlı oğlu Teqqi Pettifer.
Kembric hersoginyası Ketrin Middlton toy paltarında.

Toy paltarı ingilis dizayneri Sara Burtonun "Mc Queen" moda evindən idi.[72] Geyim atlasdan tikilmiş, kurjevalı lif və ətəkdən ibarət idi. Fil sümüyü rəngində olan, ipək tüldən hazırlanmış, Əl İşləri Kral məktəbində olan kurjevalı lif, 1820-ci illərdə İrlandiyada meydana gəlmiş texnikadan istifadə etməklə yaradılmışdır.[73] Bu krujevalar Hempton-Kortda Əl İşləri Kral məktəbində hazırlanmışdı.[74] Fatanı Cartierdən olan 1936-cı ildə hazırlanmış və gəlinə borc verilmiş tac saxlamışdı. Həmin tac kraliçanın atası - hersoq York tərəfindən VIII hersoq Eduard Vindzordan taxt-tac varisliyinə üç həftə qalmış öz hersoginyası üçün əldə etmişdi. Şahzadə Elizabet daha sonra kraliça oldu və 18 yaşında anasından tacı təhvil aldı.[74]

Toy ənənəsi görə mütləq paltarda nəsə "köhnə", nəsə "yeni", nəsə "borca verilmiş", nəsə "mavi" bir şey olmalı idi. Middltonun paltarı ənənəvi krujevalar ilə "köhnə", valideynləri tərəfindən hədiyyə edilmiş brilliyant sırğaları "təzə", kraliçanın tacı "borc verilmişdi", lifə tikilmiş mavi lent isə müvafiq olaraq "mavi" idi. Həmçinin ayaqqabı Alexander Mc Queen-dən idi[75] və Əl İşləri Kral məktəbində hazırlanmış paltara uyğun olan krujevalar ayaqqabıda da var idi.[76]

Mərsin, inciçiçəyi, qərənfil, Şərq sünbülçiçəyindən ibarət olan toy buketi Şeyn Konnoli tərəfindən hazırlanmışdı.[77]

Gəlinin geyiminin simvollarını qeyd etmək lazımdır. Paltarın lifində istifadə olunan krujevalı applikasiyalar Birləşmiş Krallığın 4 vilayətinin simvollarıdır: İngilis gülləri, Şotland qanqalı, Uels nərgizləri, İrland yoncaları.[78] Həmçinin Şirin Vilyam adlandırılan gül növü Ketrinin Vilyama sevgisini ifadə edirdi.[79]

Bəy və sağdişi

[redaktə | mənbəni redaktə et]
Uels şahzadəsi şahzadə Vilyam İrland Qvardiyasının qırmızı formasında.

Şahzadə Vilyam ayı dərisindən tikilmiş şapka əvəzinə furajka ilə İrland Qvardiyasının qırmızı formasında idi.[80][81][82] Kral donanmasının leytenantı və ordu kapitanı kimi müvafiq adları olan Kral Hərbi Hava Qüvvələri aviasiyasının xidmətçi kapitanı kimi şahzadə Vilyam bu kiçik zabit adlarının hər hansı birinin formasını seçə bilərdi. Lakin 2011-ci il fevral ayının 10-da İrland Qvardiyasının polkovniki təyin olunduğundan, o, bu alayın təmtəraqlı formasını geyinməyə üstünlük verdi.[83] Bant ordeninin cəngavəri kimi ordenin mavi lentini taxdı, onun üzərində Kral Hərbi Hava Qüvvələrinin qanadları və Qızılı yubiley medalı bənd edilmişdi.[84] Forma Kaşket və Partners tərəfindən tikilmiş və əyninə otuzdurulmuşdu.[85] Vilyamın əlində qılınc yox idi, çünki o, kilsəyə daxil olacaqdı.[84]

Şahzadə Harri furajka ilə atlı qvardiya kapitanının tünd göy rəngli formasını geyinmişdi.[82] Onun əynində akselbantlar, xaç-kəmər və qılıncsız, amma qılınc üçün yerləri olan qızılı kəmər var idi. Həmçinin onun üstündə Ordu Hava Korpusunun qanadları, Qızıl yubiley və Əfqanıstan medalları var idi.[84]

Vestminsterin dekanı Con Robert Holl kəbini kəsən Kenterberi arxiyepiskopu Rouen Vilyam və xütbəni oxuyan London yepiskopu Riçard Şartre ilə mərasimin böyük hissəsini apardı. Anqliyanın cari və gələcək monarxlarının nikahları Kenterberi arxiyepiskopu tərəfindən ənənəvi olaraq çoxdan keçirilir.[86] Şartre Uels şahzadəsinin yaxın dostudur və şahzadə Vilyam və Ketrin Middltonun konfirmasiyasını apardı.[87]

Mərasim kraliça, şahzadə Filip və din xadimlərinin təntənəli yürüşü ilə başladı. Ardınca Ketrin Middlton gəldi. Xor ser Hyubert Perrinin himnini oxuyarkən gəlin atasının qolunda şahzadə Vilyama doğru gəldi. Mərasim rəsmi mərasim kimi üç zəbur ayələrini oxumaqla, şeypur, himn, orqan və orkestr musiqisi ifa olunmaqla davam edirdi.

Cütlük nikah andiçməsi zamanı bir-birinə sevmək, həyan olmaq, hörmət etmək, qorumaq sözünü verdi. Sonra şahzadə Vilyam Uels qızılından olan üzüyü Ketrin Middltonun barmağına taxdı. Özü isə üzüyü taxmamaq qərarına gəldi.[88][89]

Gəlinin qardaşı Ceyms Middlton “Yeni Əhddən”, “Romalılara məktub”un 12 fəslinin 1-2 və 9-18 misralarını oxudu.[90]

Bu ədalətli və dinc bir həyat yaşamağa çağırışdır. London yepiskopu xütbəni həmin gün xatirə günü olan Yekaterina Sienskayanın sitatları ilə başladı. Episkop cütlüyü fədakarcasına yaşamağa çağırdı, bir-birlərini unutmamağı və bir-birlərini sevgiylə dəyişməyə çağırdı.[59][91][92]

Bu xütbəni cütlüyün özünün tərtib etdiyi dua ilə tamamladı. Mərasim dekan və arxiyepiskopun dua və nəsihətləri ilə davam etdi. Xor yeni xor himnini oxuyurdu. İmza atandan sonra Vilyam və Keyt qısa müddət kraliçanın qarşısında dayanıb keçidə tərəf getdilər. Onların ardınca gəlin və onun ailəsi təmtəraqlı yürüşlə getdi və gəlin tərəfinə qapıda daha iki qız qoşuldu.

Onlar Vesminster abbatlığından zəng səsləri sədaları altında çıxarkən müxtəlif bölmələrdən fərdi olaraq seçilmiş qadınkişilərdən ibarət fəxri qaravul dəstəsinin arasından keçdilər və xalqın izdihamı ila qarşılaşdılar. Yeni evlilər 1902-ci ilə məxsus foreytorlarla 4 ağ atın qoşulduğu Landoya əyləşdilər, həmin Lando lakeylər tərəfindən müşayiət olunurdu və leyb-qvardiya mühafizə dəstəsi tərəfindən qorunurdu. Başqa bənzər ekipaj gəlin tərəfini gətirmişdi. Kraliça və kral ailəsinin digər üzvləri karet və avtomobillərdə onların ardınca getdilər.

Toydan sonra titullar

[redaktə | mənbəni redaktə et]

Toy günü səhər Vilyam Kembric hersoqu, "Strathern və Kerrifergyus baronu" titullarını aldı, Ketrin isə toydan sonra "Kembric hersoginyası" titulunu aldı. Bu, titulu olmayan kral şahzadələrinin evlilikdən sonra titulalma ənənəsinə uyğundur. (məs: şahzadə Endryu 1986-cı ildə evlənəndə York hersoqu oldu).[93] Titulların, həmçinin rəmzi mənası var: cütlük Şotlandiyada Sent-Endryus yaxınlığında tələbə olarkən tanış olublar, Kerrikfergyus isə Şimali İrlandiyada yerləşir. Uels ilə bağlı olan titul və onun yeni İngiltərə ilə bağlı olan "Kembric hersoqu" titulu ilə yanaşı, Vilyamın bütün titulları Birləşmiş Krallığa daxil olan 4 ölkənin adı ilə bağlıdır.[94]

Ailə mərasimləri

[redaktə | mənbəni redaktə et]
Hava paradı: mərkəzdə bombardmançı təyyarə Avro Lancaster, yanlarda isə qırıcı təyyarələr Spitfire və Hawker Hurricane.

Kraliça Bukingem sarayında cütlüyün ekipajı gələndən sonra qəbul keçirdi. Bu cütlüyün rəsmi və özəl həyatından olan qonaqlar üçün fərdi qəbul idi. Kral ailəsi ənənəvi olaraq küçədə caamatı salamlamaq üçün Bukingem sarayının Şərq fasadında çıxdığı balkona qəbul zamanı cütlük digər qonaqları ilə çıxdı. Qəbulda kanape verirdilər.[58] Uels şahzadəsinin rəsmi arfisti Kler Con çıxış eləyirdi, qəbul günün ortasında bitdi.

Qəbuldan sonra 15:35-də Vilyam gəlini saraydan Londondakı rəsmi iqamətgah olan Klarens-housa apardı. İki adamlıq Aston Martin DB6 Volante kabrioleti bəyin sağdişi və dostları tərəfindən ənənəvi toy stilində bəzədilmişdi. Kabrioletin arxa nömrə nişanı üzərində "Yeni evlilər" yazılmışdı.[95] Şahzadə Vilyam Kaşketdən olan atlı qvardiya geyimini geyindi, həyat yoldaşı isə toy paltarında qaldı. Avtomobili kraliça şahzadə Çarlzin 21 illiyinə hədiyyə etmişdi.[96]

KİV-də işıqlandırılması

[redaktə | mənbəni redaktə et]
Britaniyanın ITV telekanalının jurnalisti Nik Dikson 2011-ci il aprelin 28-də ABŞ-da toyla bağlı münasibətini Tayms-skverə bildirərkən.

Toy demək olar ki, 180 ölkənin radiosunda, internetteleviziyasında geniş yayımlanırdı.[97] ITV,[98] BBC[99]CNN ümumi mərasimi və onunla bağlı olan hadisələri bütün xərcləri ödəmək üçün canlı efirdə BBC, SKY, ITN-nin ümumi pulu ilə işıqlandırdılar.[100] Britaniya vaxtı ilə 5-9 saat geridə qalan Şimali Amerikada toy televiziya proqramlarında səhər nümayiş olundu və toyun tam göstərilməsi üçün televiziya proqramlarının müddəti artırıldı. Bu gün NBC şərq vaxtı ilə səhər saat 4-də yayımı başladı və MSNBC ilə birlikdə ITV ilə də əməkdaşlıq edildi.[101][102] ABC BBC ilə əməkdaşlıq edirdi,[103] CBC-nin Londonda öz filialları var,[104] Fox və Fox News Channel əməkdaşlığı Sky News[105] şəbəkəsi ilə edirdi və CBC[106] və CTV canlı efirdə işıqlandırırdı.[107] Həmçinin kabel şəbəkələri və radio canlı olaraq yayımladılar.[108]

Meksikada toyu Televisa və TV Azteca yayımlayırdı. Bütün televiziyaların şəbəkələri mərasimi gecə keçənə qədər işıqlandırdı. ABC, həmçinin ödənişli telekanal olan UKTV birlikdə Avstraliyada BBC-nin şəbəkəsindən istifadə etdi. Eyni zamanda, Seven Network, Nine Network və Network Ten yayımladılar. ABC Chaser-dən alternativ səslənməni etməyi planlaşdırırdı, amma BBC Klarens-housun tələbi ilə bu məqsədlər üçün öz çəkilişlərinin istifadəsini qadağan etdi.[109] Kral toyu, həmçinin YouTube sosial şəbəkəsinin The Royal Channel kanalından canlı olaraq yayımlanırdı.[110]

Rusiyada toyu Moskva vaxtı ilə Birinci kanal 16:15-dən yayımladı.[111] Serbiyada toy Serbiyanın radioteleviziyası ilə, B92 İnfo, həmçinin CCTV News ilə, Çində isə Phoenix Info News ilə yayımlandı. Portuqaliyada toy RTP və ITV tərəfindən yayımlanırdı. Toy, həmçinin HindistanPakistanda kabel və yerli kanallar tərəfindən işıqlandırılırdı. Filippində isə toy ABS-CBN, GMA və TV5 tərəfindən yayımlanırdı, bütün 3 şəbəkə öz jurnalistlərini Londona göndərmişdi.

Tənqidçilərin əsas arqumenti bundan ibarət idi ki, Böyük Britaniyada iqtisadi tənəzzül və işsizliyin artması zamanı toy və mərasimin təhlükəsizliyini təmin etmək üçün vergi fondlarından milyonlarla funt sterlinq sərf olunub.[112][113][114] Vergi Ödəyiciləri İttifaqı Kompaniyasının koordinatoru Emma Bun hədsiz dərəcədə olan toy xərcləri ilə bağlı öz narazılığını ifadə edərək qeyd etmişdir: "Əlbəttə, bu, bütün ölkə üçün bayram olmalıdır, amma qaydalar sıravi insanlar üçün yox, həm də kral üçün keçərli olmalıdır, yəni vergi ödəyiciləri bu mərasim üçün vergi ödəməməli idi". Respublika Kompaniyasının koordinatoru Qrem Smit bildirdi ki, toy bu cütlüyün şəxsi işidir və vergi ödəyiciləri mərasimin heç bir hissəsini ödəməməlidir.[114]

Toyun səhərisi cütlüyün bal ayına gedəcəkləri ilə bağlı şayiələrin yayılmasına baxmayaraq,[115][116] şahzadə Vilyam dərhal axtarış-xilasetmə pilotu işinə qayıtdı və cütlük toydan sonra 10 gün ərzində heç bir yerə getmədi.[117] Bal ayının keçiriləcəyi yer əvvəlcə gizli saxlanıldı.[115][116] Nəticədə cütlük Seyşeldə olan şəxsi adada, tənha villada 10 gün bal ayı keçirmək qərarına gəldi.[117] Cütlüyün Kanadaya və ABŞ-a planlaşdırılmış rəsmi turu, bal ayının müddəti Vilyamın Kral Hərbi Hava Qüvvələrinin vəzifələri ilə məhdudlaşdırıldı.[117][118]

  1. Новые титулы Уильяма относятся, соответственно, к Англии, Шотландии и Северной Ирландии. Если Чарльз станет королём, то, предположительно, Уильям вместо него станет принцем Уэльским; Кэтрин тогда, предположительно, станет, как и Диана, принцессой Уэльской.
  2. Party nation sees wedding in style Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine (англ.) (30 Apr 2011). Проверено 3 января 2011.
  3. Police make 55 arrests around royal wedding Arxivləşdirilib 2015-06-26 at the Wayback Machine (англ.) (29 Apr 2011). Проверено 3 января 2011.
  4. 72 million live YouTube streams for royal wedding Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine (англ.) (7 may 2011). Проверено 3 января 2011.
  5. William joining Harry's regiment Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine (англ.), BBC News (21 sentyabr 2006). Проверено 15 октября 2008.
  6. Prince William ready for Search and Rescue role Arxivləşdirilib 2008-10-19 at the Wayback Machine (англ.), Meeja (16 sentyabr 2008). Проверено 16 сентября 2008.
  7. Pierce, Andrew (13 yanvar 2009). «Prince William starts as a search and rescue helicopter pilot Arxivləşdirilib 2011-04-06 at the Wayback Machine» (Telegraph). Проверено 18 yanvar 2009.
  8. World press gather outside Middleton family home in Bucklebury as royal relationship ends Arxivləşdirilib 2011-09-20 at the Wayback Machine (англ.), Newbury Today (14 aprel 2007). Проверено 28 ноября 2010.
  9. (2 sentyabr 2008) «Katie is just not waiting: Middleton works nine to five for parents in mundane office job Arxivləşdirilib 2011-01-16 at the Wayback Machine» (London Evening Standard). Проверено 16 noyabr 2010.
  10. About us Arxivləşdirilib 2011-08-03 at the Wayback Machine (англ.). Party Pieces. Проверено 9 августа 2008. Архивировано 23 мая 2012 года.
  11. William Addams Reitwiesner. Ancestry of Kate Middleton Arxivləşdirilib 2008-07-23 at the Wayback Machine (англ.). Wargs. Проверено 9 августа 2008. 23 мая 2012 года.
  12. (11 sentyabr 2006) «The Leeds connection.. Arxivləşdirilib 2011-04-25 at the Wayback Machine». Yorkshire Evening Post. Проверено 28 noyabr 2010.
  13. Wilson, ChristopherKate, the coal miner's Arxivləşdirilib 2013-07-28 at the Wayback Machine (англ.), The Daily Mail (22 dekabr 2006). Проверено 28 ноября 2010.
  14. Walker, Tim (30 may 2009). «Prince William and Kate Middleton's wedding regrets Arxivləşdirilib 2019-04-13 at the Wayback Machine» (Telegraph). Проверено 28 noyabr 2010.
  15. Bates, StephenPrince William and Kate Middleton engagement announced Arxivləşdirilib 2013-02-01 at the Wayback Machine (англ.), The Guardian (16 noyabr 2010). Проверено 26 ноября 2010.
  16. The Ancestry of Catherine Middleton. — Boston, Massachusetts: New England Historic Genealogical Society, 2011. — P. 116–9. — ISBN 978-088082-252-7.
  17. 1 2 Clarence House His Royal Highness Prince William of Wales and Miss Catherine Middleton are engaged to be married Arxivləşdirilib 2010-11-29 at the Wayback Machine (англ.). Queen's Printer (16 noyabr 2010). Проверено 18 ноября 2010. 23 мая 2012 года.
  18. Принц Уильям обручился со своей возлюбленной Arxivləşdirilib 2012-01-30 at the Wayback MachineLenta.ru (16 ноября 2010). Проверено 4 февраля 2012.
  19. 1 2 Royal wedding: Prince William to marry Kate Middleton Arxivləşdirilib 2010-11-16 at the Wayback Machine (англ.), BBC (16 noyabr 2010). Проверено 16 ноября 2010.
  20. Horton, Nick'Royal' Anglesey, William and Kate's island of love Arxivləşdirilib 2010-12-09 at the Wayback Machine (англ.), BBC (16 noyabr 2010). Проверено 22 декабря 2010.
  21. They have been practising long enough: Charles and Camilla welcome 'wicked' news of engagement Arxivləşdirilib 2010-11-19 at the Wayback Machine (англ.) (16 noyabr 2010). Проверено 28 ноября 2010.
  22. Gibson, William (2 dekabr 2010). «One gives one's blessing Arxivləşdirilib 2011-01-02 at the Wayback Machine». The Times Higher Education(Oxford Brookes University). Проверено 16 dekabr 2010.
  23. Office of the Prime Minister of Canada Statement by the Prime Minister of Canada on the engagement of HRH Prince William to Kate Middleton Arxivləşdirilib 2012-04-02 at the Wayback Machine (англ.). Queen's Printer for Canada (16 noyabr 2010). Проверено 5 января 2011. 23 мая 2012 года.
  24. NZealand PM congratulates Prince William on engagement Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine (англ.) (17 noyabr 2010). Проверено 5 января 2011.
  25. Royal wedding: Prince William to marry Kate Middleton Arxivləşdirilib 2010-11-16 at the Wayback Machine (англ.), BBC (16 noyabr 2010). Проверено 5 января 2011.
  26. Royal wedding revives republic debate Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine (англ.), News Limited (17 noyabr 2010). Проверено 2 декабря 2010.
  27. Thornton, EdBishop Broadbent in purdah after criticising royals Arxivləşdirilib 2010-12-04 at the Wayback Machine (англ.) (26 noyabr 2010). Проверено 12 декабря 2010.
  28. Royal wedding: Facebook row bishop suspended Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine (англ.), BBC (23 noyabr 2010). Проверено 23 ноября 2010.
  29. Chartres, Richard A statement from the Bishop of London Arxivləşdirilib 2012-03-05 at the Wayback Machine (англ.). The Diocese of London (23 noyabr 2010). Проверено 12 декабря 2010. 23 мая 2012 года.
  30. VIDEO – An interview with Prince William and Miss Catherine Middleton. ITV News & Office of the Prince of Wales. Проверено 6 марта 2011.
  31. Bradby, TomWilliam & Kate interview Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine (англ.), ITV (16 noyabr 2010). Проверено 16 ноября 2010.
  32. As it happened: Royal engagement Arxivləşdirilib 2010-12-18 at the Wayback Machine (англ.), BBC (16 noyabr 2010). Проверено 5 января 2011.
  33. Royal wedding: William and Kate pose for Testino photos Arxivləşdirilib 2010-12-16 at the Wayback Machine (англ.), BBC (12 dekabr 2010). Проверено 16 декабря 2010.
  34. Clarence House The official engagement photographs of Prince William and Catherine Middleton Arxivləşdirilib 2012-03-19 at the Wayback Machine (англ.). Queen's Printer. Проверено 5 января 2011.  23 мая 2012 года.
  35. 1 2 Royal wedding set for Westminster Abbey on 29 aprel Arxivləşdirilib 2010-11-24 at the Wayback Machine (англ.), BBC (23 noyabr 2010). Проверено 26 ноября 2010.
  36. Royal wedding celebration as workers given public holiday Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine (англ.), Herald Scotland (24 noyabr 2010). Проверено 25 ноября 2010.
  37. Turks and Caicos Declare Royal Wedding Public Holiday Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine (англ.), Q++ Studio (27 fevral 2011). Проверено 28 апреля 2011.
  38. Montserrat's Chief Minister Invited to Royal Wedding and Public Holiday Declared Arxivləşdirilib 2011-09-23 at the Wayback Machine (англ.), Montserrat Tourist Board (26 aprel 2011). Проверено 28 апреля 2011.
  39. Royal wedding fever hits some in Caribbean countries Arxivləşdirilib 2011-05-02 at the Wayback Machine (англ.), Jamaica Gleaner (28 aprel 2011). Проверено 28 апреля 2011.
  40. Patrick WintourCameron dismisses royal wedding date clash claims , UK news Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine (англ.), The Guardian (23 noyabr 2010). Проверено 29 апреля 2011.
  41. Royal wedding date: Lib Dems fear April clash with Alternative Vote referendum Arxivləşdirilib 2012-04-15 at the Wayback Machine (англ.). The Daily Mail.  23 may 2012.
  42. David Cameron ignores calls to rearrange alternative vote referendum over royal wedding date Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine (англ.). mirror.co.uk. Arxivləşdirilib 23 may 2012 года.
  43. Bernstein, Jon Will the royal wedding create a «Yes mood» for the pro-AV campaign? Arxivləşdirilib 2012-07-07 at the Wayback Machine (англ.). New Statesman (11 fevral 2011). Проверено 29 апреля 2011.  23 мая 2012 года.
  44. Peterkin, TomRoyal wedding at risk of becoming political football Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine (англ.), The Scotsman (24 noyabr 2010). Проверено 24 ноября 2010.
  45. Clarence House Prince William and Miss Middleton wedding Arxivləşdirilib 2012-03-19 at the Wayback Machine (англ.). Queen's Printer (23 noyabr 2010). Проверено 26 ноября 2010. 23 мая 2012 года.
  46. PM welcomes announcement of date for Royal wedding Arxivləşdirilib 2012-01-29 at the Wayback Machine (англ.). Prime Minister's Office (23 noyabr 2010). Проверено 26 ноября 2010.Архивировано 23 мая 2012 года.
  47. Royal Wedding date chosen by Prince William and Kate Arxivləşdirilib 2010-11-24 at the Wayback Machine (англ.), BBC (23 noyabr 2010). Проверено 23 ноября 2010.
  48. Royal wedding: Prince William and Kate Middleton set up charity gift fund for those that want to send them a present Arxivləşdirilib 2011-03-18 at the Wayback Machine (англ.) (16 mart 2011). Проверено 18 марта 2011.
  49. The Prince William and Miss Catherine Middleton Charitable Gift Fund Arxivləşdirilib 2011-03-18 at the Wayback Machine (англ.). The Foundation of Prince William and Prince Harry. Проверено 18 марта 2011.  23 мая 2012 года.
  50. Most expensive security event in history: Royal wedding cost rises to £20m as police earn double time for working bank holiday Arxivləşdirilib 2014-03-10 at the Wayback Machine (англ.), Daily Mail (6 mart 2011). Проверено 30 апреля 2011.
  51. The £2.9bn Royal wedding Bank Holiday Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine  (англ.)Channel 4 Fact Check Blog
  52. Wood, ZoeRoyal wedding gives £2bn boost to UK tourism Arxivləşdirilib 2011-05-03 at the Wayback Machine (англ.) (29 aprel 2011). Проверено 30 апреля 2011.
  53. Snub for Obamas as Royal sources reveal they will not be invited to Prince William’s wedding Arxivləşdirilib 2011-07-04 at the Wayback Machine (англ.), by Fay Schlesinger, Daily Mail, 16 dekabr 2010
  54. Статус помешал принцу Уильяму позвать на свадьбу президента США Arxivləşdirilib 2011-12-08 at the Wayback MachineLenta.ru (17 декабря 2010). Проверено 4 февраля 2012.
  55. 1 2 Clarence House Wedding invitations – The wedding of HRH Prince William of Wales and Miss Catherine Middleton Arxivləşdirilib 2012-04-17 at the Wayback Machine (англ.). Queen's Printer (19 fevral 2011). Проверено 21 февраля 2011. 23 мая 2012 года.
  56. На свадьбу принца Уильяма и Кейт Миддлтон позвали 1900 человек Arxivləşdirilib 2012-01-30 at the Wayback MachineLenta.ru (20 февраля 2011). Проверено 4 февраля 2012.
  57. Cardinal to attend royal wedding after 'unprecedented' invitation Arxivləşdirilib 2011-05-15 at the Wayback Machine  (англ.) Irish Times 20-Apr-2011
  58. 1 2 The Wedding of His Royal Highness Prince William of Wales, K.G. with Miss Catherine Middleton: A summary of information released so far Arxivləşdirilib 2016-10-14 at the Wayback Machine (англ.) (11 aprel 2011). Проверено 13 aprel 2011. Archived (at News Of The World) from the original[ölü keçid] on 29 aprel 2011..
  59. 1 2 Prince William and Kate Middleton reveal wedding plans Arxivləşdirilib 2011-01-06 at the Wayback Machine (англ.), BBC (5 yanvar 2011). Проверено 5 января 2011.
  60. Royal wedding: route Kate Middleton will take to Westminster Abbey revealed Arxivləşdirilib 2011-03-10 at the Wayback Machine (англ.) (5 yanvar 2011). Проверено 27 февраля 2011.
  61. Royal wedding: Timings on the day Arxivləşdirilib 2012-02-29 at the Wayback Machine (англ.), BBC News (19 aprel 2011). Проверено 29 февраля 2012.
  62. A guide to the royal wedding day - in pictures Arxivləşdirilib 2011-04-21 at the Wayback Machine (англ.). Guardian (21 aprel 2011). Проверено 29 февраля 2012.  23 мая 2012 года.
  63. The Times Guide to the Royal Wedding
  64. History Arxivləşdirilib 2014-07-03 at the Wayback Machine (англ.). Westminster Abbey. Dean and Chapter of Westminster. Проверено 24 ноября 2010. 23 мая 2012 года.
  65. Royal Household Royal events and ceremonies > Weddings Arxivləşdirilib 2012-05-27 at the Wayback Machine (англ.). Queen's Printer. Проверено 24 ноября 2010.  23 мая 2012 года.
  66. Westminster Abbey – Maths Trail Arxivləşdirilib 2012-04-05 at the Wayback Machine (англ.). Dean and Chapter of Westminster. Проверено 25 ноября 2010.  23 мая 2012 года.
  67. Royals and the Abbey Arxivləşdirilib 2012-05-25 at the Wayback Machine (англ.). Dean and Chapter of Westminster. Проверено 24 ноября 2010. 23 мая 2012 года.
  68. Modern Prince William becomes first ever Royal to choose a 'best man' rather than a 'supporter' (and he's picked Harry) Arxivləşdirilib 2011-08-15 at the Wayback MachineThe Daily Mail (14 февраля 2011). Проверено 4 февраля 2012.
  69. Принц Уильям выбрал шафером своего брата Arxivləşdirilib 2012-02-08 at the Wayback MachineLenta.ru (14 февраля 2011). Проверено 4 февраля 2012.
  70. Royal wedding: William picks brother Harry as best man Arxivləşdirilib 2011-02-15 at the Wayback Machine (англ.), BBC (14 fevral 2011). Проверено 14 февраля 2011.
  71. Clarence House An update on Maid of Honour and Bridesmaids, Best Man and Page Boys Arxivləşdirilib 2012-03-19 at the Wayback Machine (англ.). Queen's Printer (14 fevral 2011). Проверено 15 февраля 2011.  23 мая 2012 года.
  72. Kate Middleton's bridal dress designed by Sarah Burton Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine (англ.). Sky News (29 aprel 2011). Проверено 29 апреля 2011. Архивировано 23 мая 2012 года.
  73. Kate's Wedding Dress Up Close Arxivləşdirilib 2012-05-24 at the Wayback Machine (англ.). LIFE.com (29 aprel 2011). Проверено 29 апреля 2011.Архивировано 23 мая 2012 года.
  74. 1 2 Royal wedding fashion blog: More details on Kate's dress Arxivləşdirilib 2012-03-23 at the Wayback Machine (англ.). Dallas Morning News (29 aprel 2011). Проверено 29 апреля 2011. 23 мая 2012 года.
  75. Kate Middleton’s Shoes: your views? Arxivləşdirilib 2011-05-02 at the Wayback Machine  (англ.)
  76. Kate Middleton’s Wedding Shoes Arxivləşdirilib 2011-05-03 at the Wayback Machine  (англ.)
  77. Kate Middleton's bridal dress designed by Sarah Burton Arxivləşdirilib 2013-07-13 at the Wayback Machine (англ.), BBC News (29 aprel 2011). Проверено 29 апреля 2011.
  78. The eight-tiered Royal Wedding cake decorated with 900 sugar-paste flowers (with a secret symbolic meaning) Arxivləşdirilib 2011-06-18 at the Wayback Machine (англ.) (29 aprel 2011). Проверено 29 июля 2012.  4 августа 2012 года.
  79. The Wedding Dress, Bridesmaids' Dresses and Pages' Uniforms[ölü keçid] (англ.) (29 aprel 2011). Проверено 29 июля 2012. Архивировано 4 августа 2012 года.
  80. The Bridegroom and Best Man Uniforms[ölü keçid] (англ.). The Royal Wedding. Проверено 1 мая 2011.Архивировано 23 мая 2012 года.
  81. Ross, TimRoyal wedding: Prince William marries in Irish Guards red Arxivləşdirilib 2011-05-02 at the Wayback Machine (англ.) (29 aprel 2011). Проверено 1 мая 2011.
  82. 1 2 Уильям наденет на свадьбу красную форму полковника ирландской гвардииРИА Новости (29 апреля 2011). Проверено 4 февраля 2012.
  83. Prince William appointed as Colonel of the Irish Guards, 10 fevral 2011 Arxivləşdirilib 2019-02-13 at the Wayback Machine (англ.). The official website of The British Monarchy. Проверено 29 апреля 2011.  23 мая 2012 года.
  84. 1 2 3 Harding, ThomasRoyal wedding: Prince William wears RAF wings on Irish Guards tunic Arxivləşdirilib 2013-01-07 at the Wayback Machine (англ.), telegraph.co.uk (29 aprel 2011). Проверено 29 апреля 2011.
  85. Prince William and Harry don full military uniforms Arxivləşdirilib 2012-10-25 at the Wayback Machine (англ.), dailymail.co.uk (29 aprel 2011). Проверено 30 апреля 2011.
  86. Wynne-Jones, JonathanArchbishop of Canterbury to officiate at royal wedding Arxivləşdirilib 2011-01-19 at the Wayback Machine (англ.) (4 dekabr 2010). Проверено 5 января 2011.
  87. Kate Middleton confirms her faith for the big day Arxivləşdirilib 2011-04-17 at the Wayback Machine (англ.), Evening Standard, 13 aprel 2011
  88. Prince William does not Wear a Wedding Band Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine (англ.) (31 mart 2011). Проверено 1 апреля 2011.
  89. Принц Уильям не хочет носить кольцо после свадьбы Arxivləşdirilib 2011-07-14 at the Wayback MachineРИА Новости (1 апреля 2011). Проверено 4 февраля 2012.
  90. «Royal Wedding: Williams greets fans ahead of wedding» Arxivləşdirilib 2011-10-09 at the Wayback Machine  (англ.), 28 aprel 2011. Retrieved 29 aprel 2011.
  91. The Wedding of Prince William and Catherine Middleton Arxivləşdirilib 2011-06-12 at the Wayback Machine  (англ.) sermon by Richard Chartres. Official text
  92. Clarence House The wedding of HRH Prince William of Wales and Miss Catherine Middleton – an update Arxivləşdirilib 2012-06-09 at the Wayback Machine (англ.). Queen's Printer (5 yanvar 2011). Проверено 5 января 2011.  23 мая 2012 года.
  93. The Peerage // Whitaker's Concise Almanack. — 2003. — P. 134–169. — ISBN 0-7136-6498-3.
  94. Royal wedding: New Scots title for royal couple Arxivləşdirilib 2011-07-13 at the Wayback Machine (англ.), BBC News (29 aprel 2011). Проверено 30 апреля 2011.
  95. Beckford, MartinPrince William and Kate Middleton drive out of Buckingham Palace in Prince Charles's Aston Martin Arxivləşdirilib 2013-04-02 at the Wayback Machine (англ.) (29 aprel 2011). Проверено 29 мая 2011.
  96. Prince William and Kate Middleton drive out of Buckingham Palace in Prince Charles's Aston Martin Arxivləşdirilib 2013-04-02 at the Wayback Machine (англ.), Daily Telegraph (29 aprel 2011).
  97. Royal wedding facts and figures Arxivləşdirilib 2011-05-02 at the Wayback Machine (англ.), The Daily Telegraph (30 aprel 2011). 15 iyul 2011.
  98. Schofield to cover royal wedding Arxivləşdirilib 2012-01-30 at the Wayback Machine (англ.). Press Association (22 fevral 2011). 24 fevral 2011.  23 мая 2012 года.
  99. Huw Edwards to anchor BBC coverage of Royal Wedding Arxivləşdirilib 2010-12-16 at the Wayback Machine (англ.), BBC Press Office (13 dekabr 2010). Проверено 2 февраля 2011.
  100. Chozick, Amy; Rohwedder, Cecile (18 mart 2011). «The Ultimate Reality Show Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine». The Wall Street Journal (News Corporation). ISSN 0099-9660 Arxivləşdirilib 2020-08-26 at the Wayback Machine. Проверено 20 mart 2011.
  101. Jones, AlexanderWhat channels are showing the royal wedding? Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine (англ.), New York Daily News (24 aprel 2011). Проверено 26 апреля 2011.
  102. Bauder, DavidNetworks girding for royal wedding coverage Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (англ.), Yahoo! News (20 aprel 2011). Проверено 26 апреля 2011.
  103. ABC News On-Air Coverage Plans for the Royal Wedding, ABC NewsOne Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine (англ.)  (недоступная ссылка — история). Abcnewsone.tv (7 aprel 2011). Проверено 27 апреля 2011.
  104. Andreeva, Nellie Katie Couric to Lead CBS Royal Wedding Coverage Arxivləşdirilib 2012-05-13 at the Wayback Machine (англ.). Deadline.com. Проверено 27 апреля 2011.  23 мая 2012 года.
  105. Fox News Channel Presents Live Coverage Of The Royal Wedding Arxivləşdirilib 2013-05-28 at the Wayback Machine (англ.), Press.foxnews.com. Проверено 2 мая 2011.
  106. The Royal Wedding on CBC – World – CBC News Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine (англ.), Canadian Broadcasting Corporation (19 aprel 2011). Проверено 27 апреля 2011.
  107. Tracey Ullman joins Bell Media's royal wedding team – CTV News Arxivləşdirilib 2012-01-21 at the Wayback Machine (англ.). Ctv.ca (6 aprel 2011). Проверено 27 апреля 2011.
  108. BBC cable coverage Arxivləşdirilib 2012-03-23 at the Wayback Machine (англ.). BBC America (16 mart 2011). Проверено 27 апреля 2011. 23 мая 2012 года.
  109. Chaser's Royal Wedding Show Cancelled By ABC After Palace Order Arxivləşdirilib 2013-03-08 at the Wayback Machine (англ.), Sydney Morning Herald (27 aprel 2011). Проверено 29 апреля 2011.
  110. YouTube Blog: The Royal Wedding live on YouTube Arxivləşdirilib 2012-05-12 at the Wayback Machine (англ.). Blogspot.com (19 aprel 2011). Проверено 29 апреля 2011.  23 мая 2012 года.
  111. Николай Морозов«Первый канал» покажет церемонию королевской свадьбы Arxivləşdirilib 2016-03-04 at the Wayback MachineИзвестия, Первый канал (29 апреля 2011). Проверено 14 февраля 2012.
  112. Werth, Christopher Royal wedding’s expense questioned by British taxpayers Arxivləşdirilib 2012-07-11 at Archive.today  (англ.) American Public Media (aprel 22, 2011). Retrieved on 5-15-11.
  113. Royal wedding: critics urge Windsors to fund ceremony Arxivləşdirilib 2011-05-29 at the Wayback Machine  (англ.) BBC (noyabr 16, 2011). Retrieved on 5-15-11.
  114. 1 2 Masko, Dave Royal wedding costing British people millions in a time of recession, unemployment Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine  (англ.) Huliq.com (aprel 28, 2011). Retrieved on 5-15-11.
  115. 1 2 Roberts, LauraRoyal wedding: Prince William organises secret honeymoon Arxivləşdirilib 2011-04-26 at the Wayback Machine (англ.), The Telegraph (19 aprel 2011). Проверено 11 мая 2011.
  116. 1 2 Royal wedding: Kate gears up for a honeymoon in the sun Arxivləşdirilib 2011-08-26 at the Wayback Machine (англ.) (20 aprel 2011). Проверено 12 мая 2011.
  117. 1 2 3 Gammell, CarolinePrince William and Kate Middleton start honeymoon on Seychelles private island Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine (англ.) (10 may 2011). Проверено 11 мая 2011.
  118. Royal newly-weds to visit US after Canada tour Arxivləşdirilib 2014-02-24 at the Wayback Machine (англ.), BBC News (5 may 2011). Проверено 9 мая 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]