Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
"Şeyx Sənan" — Hüseyn Cavidin "Şeyx Sənan" pyesinin motivləri əsasında Xəyyam Abdullazadə və Elçin Elxanlı quruluşçu rejissorluğu ilə çəkilmiş eyniadlı Azərbaycan teleserialı.
Şeyx Sənan | |
---|---|
| |
Janr |
dram melodram |
İlk baxış tarixləri | 27 mart 2023, İTV |
Rejissor |
Xəyyam Abdullazadə Elçin Elxanlı |
Operator | Elman Əliyev |
Prodüser | Elməddin Alıyev |
Ssenarist | Xəyyam Abdullazadə |
Rollarda |
Sənan Əlləz -- Şeyx Sənan |
Bəstəkar | Tural Məmmədli |
Montajçı | Elçin Elxanlı |
Rəssam | Sənan Fətullazadə |
İstehsalçı ölkə | Azərbaycan |
İl | 2023 |
Studiya | İTV |
Dil |
Azərbaycan dili |
İlk çıxış tarixi | 27 mart 2023, İTV |
Növü | bədii teleserial |
Rəng | rəngli |
Seriya sayı | 12 |
Telekanal | İTV |
Filmin sujeti Sənan adlı gənc bir arxeoloqla, Xumar (Tamara) adlı tibb bacısı arasında baş verən sevgi hekayəsi üzərində qurulub. Sənan Qax rayonunun ucqar dağ kəndlərinin birində arxeoloji ekspedisiyada iştirak edir. Ehtiyatsızlıq ucbatından Sənan iti axan dağ çayına yıxılır və onu ölümdən Anton adlı kənd sakini xilas edir. Müxtəlif xəsarətlər almış Sənanı kəndin tibb məntəqəsinə gətirirlər və burada gənc və gözəl tibb bacısı Tamara onun yaralarını sarıyır. Beləliklə Sənanla Tamaranın ilk tanışlığı burada başlayır və sonra sevgiyə çevrilir. Lakin onların sevgisini qısqananlar və istəməyənlər peyda olur. Sən demə, Sənanı xilas edən Anton da Tamaranı sevirmiş və Sənanı xilas etməsinə peşmandır. Üstəlik kəndin yaxınlığındakı qədim yaşayış məskənində qazıntı işləri aparan arxeoloji ekspedisiyanın gənc üzvlərindən olan Zəhra da Sənana olan sevgisini gizlətmir. Zəhranı isə arxeoloqlardan biri Hadi sevir. Hadi Sənana nifrət edir. Bununla hadisələr daha da ziddiyyətləşir. Sənanla Tamaranın sevgisinə heç cür mane ola bilmədiklərini görən Anton və Zəhra mübarizə aparmağa başlayırlar. Bunun üçün müxtəlif planlar və hiylələr işlətmələrinə baxmayaraq uğursuzluqlara uğrayırlar. Sənan və Tamara Antonla Zəhranın və Hadinin bütün gizli maneələrinə baxmayaraq birbirlərini daha da güclü sevməyə davam edirlər və münasibətlərini rəsmiləşdirmək qərarına gəlirlər. Yəni, nişanlanmaq istəyən gənclərin əsas problemi bundan sonra başlayır. Çünki Tamaranın atası keşişdir və kənddəki kilsədə çalışır. Keşiş Platon dindaşlarının qınağından qorxaraq Tamaraya qadağa qoyur ki, Sənanla görüşməsin. Belə olduğu halda Sənan buna etiraz edir. Tamaraya olan sevgisinə görə hər şeyə hazır olduğunu sübut edir və beləliklə, xristianlığı qəbul edir. Tamara isə etiraz əlaməti olaraq islamı qəbul edir.
Film üzərində işləyənlər
Epizodlarda
Azərbaycan filmlərinin siyahısı