Şipunski yarımadası (rus. Шипунский полуостров) — Kamçatkanın dörd iri yarımadasından biri. Sakit okean sahillərində, Petropavlovsk-Kamçatski şəhərindən şimalda yerləşir.
Şipunski yarımadası | |
---|---|
Yerləşməsi | |
53°10′ şm. e. 159°57′ ş. u.HGYO | |
Akvatoriya | Berinq dənizi |
Ölkə | Rusiya |
|
Yarımada Petropavlovsk-Kamçatski yaxınlığında yerləşən Xalaktır çimərliyi və Nalıçev burnu arasında qərarlaşır. Cənubdan Avaçi körfəzi, şimaldan isə Kronos körfəzi ilə əhatələnir. Şimalında Kronos yarımadası yerləşir.
Kamçatkanın Sakit okean sahillərində yerləşən digər yarımadalardan fərqli olaraq daha çox parçalanmışdır. Sahilləri sıldırımlıdır. Yarımada 34 km Berinq dənizi daxilinə daxil olur. Eni 22 km-dir.
Sahilində yerləşən iri coğrafi obyektlər: Beçevinskaya burnu, Şipunski burnu[1], Jeleznaya burnu, Morjov adası, Morjovoya buxtası, Bolşoy Medvejka burnu, Srednıy burnu, Malaya Medvejka burnu, Kalıqir. Yarımadanın şimalında Jupanovski limanı, ərazisində isə Jupanov çayı yerləşir. Ən hündür nöqtələri Snejnaya (935,2 m) və Drujba dağları (853,7 m).
Beçevin buxtasında tərk edilmiş Beçevin qəsəbəsi yerləşir.