Şirvan Araz zavodu

Şirvan Araz zavoduAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.

Əli Bayramlı "Araz" zavodu 1980-cı ildə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin Leninqradda yerləşən "Uzaq rabitə" Elmi-İstehsalat Birliyinin filialı kimi "Uzaq rabitə" adı altında fəaliyyətə başlamışdır.

1991-ci ildə Leninqrad "Uzaq rabitə" EİB-in əmrinə əsasən Əli Bayramlı "Uzaq rabitə" filialı həmin birliyin Əli Bayramlı şəhərində yerləşən "Araz" zavodu ilə birləşdirilərək Əli Bayramlı "Araz" zavodu adlandırılmış və Bakı "Ulduz" EİB-in tabeliyinə verilmişdir.

1993-cü ildə zavod "Ulduz" EİB-in tərkibində Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir.

1995-ci ildə zavod "Ulduz" EİB-in tərkibindən çıxarılmış və müstəqil müəssisə olaraq Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir.

2006-cı ildən Əli Bayramlı "Araz" zavodu kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

Zavod 2009-cu ilin iyun ayından etibarən Şirvan “Araz” zavodu adı altında fəaliyyətini davam etdirir.[1]

Fəaliyyət sahələri

[redaktə | mənbəni redaktə et]

Texnoloji imkanları

[redaktə | mənbəni redaktə et]
  1. "Müəssisə haqqında". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]