Şiyəkəran — Azərbaycan Respublikasının Astara rayonunun Şiyəkəran kənd inzibati ərazi dairəsində kənd.[1]
Şiyəkəran | |
---|---|
38°35′ şm. e. 48°52′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Astara rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin ərazisi 1300 hektar, əhalisinin sayı 5000 nəfərdən çoxdur.[mənbə göstərin]
Şiyəkəran kəndi 8 kəndlə həmsərhəddir. Bunlara Şahağacı, Kokolos, Kolatan, Pensər, Kələdəhnə qəsəbəsi, Maşxan və Təngərüd kəndləri daxildir.
Kənddə 2 tam orta məktəb fəaliyyət göstərir.
Bunlar Şiyəkəran kənd O. Yəhyayev adına 2 saylı tam orta məktəb və Şiyəkəran kənd N. Gəncəvi adına 1 saylı tam orta məktəblərdir.
Əlavə olaraq kənddə mədəniyyət evi, poçt şöbəsi, kitabxana və başqa tikililər vardır.
Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Əsasən kənd çəltikçiliklə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. "Sədri", "Ənbərbu", "Haşimi" və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.
Rayonda çəltikçilik əsasən Şiyəkəran, Artupa, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos və digər kəndlərdə inkişaf etdirilir.
Çəltikçiliyin inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə rayona müvafiq texnika və digər avadanlıqlar gətirilir. Xüsusən çəltik toxumunun səpin üsulu ilə əkilməsi üçün yerlərin hazırlanmasına diqqət artırılıb.
Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün yerli düyüyə tələbat böyükdür.
Şiyə komponenti dini təriqəti bildirir, kəran isə talışca "kənd", "evlər" deməkdir. Şiyəkəran kəndi "Şiələr məskunlaşan kənd" mənasındadır.[2]
Şiyəkəran kəndinin qədim adlarından biridə "Pütəsər"dir, mənası naxışlı başlar və yaxud qızıl başlar kimi anlaşılmaqdadır.
Astara rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |