Asxanakəran

AsxanakəranAzərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd.[2]

Asxanakəran
38°31′42″ şm. e. 48°37′32″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 761 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.066 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0712[1]
Xəritəni göstər/gizlə
Asxanakəran xəritədə
Asxanakəran
Asxanakəran

Asxanakəran Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. BəŞərü çayının sol sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Türk dillərində as sözünun "qartal", "qədim alanların adı", "qamış" mənalarında işlənməsi məlumdur. Lakin Azərbaycan dilinin dialektlərində as "əs, əks-səda, səs-kuy" mənalarını da ifadə edir. Kəndin yerləşdiyi coğrafi Şərait onun adının "qartal" və ya "əks-səda" sözləri ilə bağlı olduğunu söyləməyə imkan verir. Xana və kəran sözlərinin hər ikisi yaşayış məntəqəsi bildirən toponimik terminlərdir. Bəzi tədqiqatçılar toponimi Talış dilinin materialları əsasında "dəmirçi evləri" kimi də izah edirlər.[3]

Asxana talış dilində "dəmirçi", "kəran" yaşayış yeri deməkdir (Dəmirçilər kəndi).[4]

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Bəxtiyar Rüstəmov (1974–1993).
  • Sarvan Qurbanov (1975–1994).
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 68
  4. Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı