Avyarud — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.[1]
Avyarud | |
---|---|
38°30′24″ şm. e. 48°37′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Astara rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Avyarud Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd, Dağətəyi ərazidədir. Oykonimin Talış dilindəki avya (çəmən, biçənək; açıq yer) və rud (çay) sözlərindən düzəldiyi ehtimal olunur. Qədim türk yazılı abidələrinin dilində avya "abır-həya"; "heyva" mənalarını ifadə edir.[2]
Coğrafi ad talış dilindəki əvu "alça", "ya" izafət əlaməti və rud "çay" komponentlərindən ibarət olub, ətrafında cır alça ağacları olan çay və ya çay kənarındakı kənd mənasındadır.[3]