Əşrəf Əbdürrəhman oğlu Şəmizadə (krımtat. Eşref Abduraman oğlu Şemi-zade, Эшреф Абдураман огълу Шемьи-заде; 21 iyun 1908, Evpatoriya, Tavriya quberniyası[d] – 11 mart 1978, Moskva) — Krım tatar, SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim. Özbəkistan SSR əməkdar mədəniyyət işçisi (1968).
Əşrəf Əbdürrəhman oğlu Şəmizadə | |
---|---|
krımtat. Eşref Abduraman oğlu Şemi-zade, Эшреф Абдураман огълу Шемьи-заде | |
Doğum tarixi | 21 iyun 1908 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 mart 1978 (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Krım tatarı |
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi, ədəbiyyatşünas, publisist |
Əsərlərinin dili | Krım-tatar dili |
Əşrəf Şəmizadə Krımın Evpatoriya şəhərində Krım tatarı olan müəllim ailəsində anadan olub. 1927-ci ildən gənclər üçün nəzərdə tutulan "Koz Aydın" ("Xoş Xəbərlər") jurnalında məsul katib, daha sonra jurnalının redaktoru işləyib. Həmin il Krım tatar yazılarının ərəb əlifbasından latın qrafikasına keçməsi komissiyasının elmi katibi təyin edilib.
1928-ci ildən - Rusiya Proletar Yazıçılar Birliyinin (RAPP) Krım şöbəsinin üzvü olub.
1930-1932-ci illərdə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun (indiki VQİK) ədəbi və ssenari şöbəsində təhsil alıb.
1933-1941-ci illərdə "1905-ci ilin xatirəsi"nə tikilmiş Evdə yaşayıb.[1]
1934-cü ildə SSRİ Yazıçılar İttifaqının ilk qurultayında iştirakçı qismində iştirak edib. Eyni ildə SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. O, bu təşkilata seçilən ilk üzvlərindən biri olub. Sonra Rəyasət Heyətinin üzvü və yeni yaradılan Krım Yazıçılar İttifaqının katibi seçilib. Dəfələrlə SSRİ-nin görkəmli ədəbiyyat və incəsənət xadimləri ilə görüşmüşdür. Bunlar arasında Maksim Qorki, Vladimir Mayakovski, Korney Çukovski və Samuil Marşak kimi mütəfəkkirlər var idi.
Əşrəf Şəmizadə 1937-ci ildə represiyalara uğrayan ziyalılardan olub. Böyük Vətən müharibəsi illərində 18-20 may 1944-cü il tarixləri aralığında Krımdan Krım tatarlarının deportasiyası həyata keçirildi. SSRi rəhbərliyi Krım tatarlarının sürgünü zamanı heç kəsə güzəştə getmirdilər. Onlardan biri də bütün tutullarına baxmayaraq, Əşrəf Şəmizadə idi. Şəmizadə bu sürgünə qarşı çıxan ilk Krım tatarı ziyalılarından idi. Sovey höküməti bunu ona bağışlamadı. Şəmizadə dəfələrlə həbs olundu və təqiblərə uğradı. Şəmizadə İosif Stalin hakimiyyəti illərində ömrünün təxminən 8 ilini həbsxanalarda və QULAQ-da keçirib.
Əşrəf Şəmizadə digər Krım tatarları kimi 1944-cü ildə ailəsi ilə birlikdə Özbəkistana sürgün edilib.
1923-cü ildə gənc qələm sahibinin ilk şeiri "Çöldəki Yaz Axşamı" nəşr olundu. 1925-ci ilin yanvarında Krım Cümhuriyyət Sovet Partiya Məktəbinin tələbəsi Əşrəf Şəmizadə liderin ölümünün birinci ildönümünə həsr olunmuş "Lenin" şeirini yazdı. 1926-cı ildən bəri davamlı nəşr olunmağa başlandı.
Dnepr su elektrik stansiyasının inşaatçılarına həsr olunmuş "Dneprelstan" şeirinin (1930), lirik şeir və şeirlər toplusunun "Svirel" (1965), "Qartal uçuşu" (1969), lirik-epik şeirinin müəllifi olub. Tənqidçilərin "Krım tatar dilinin ensiklopediyası" adlandırdığı "Kozyash Divar"(" Göz yaşları divarı") şerinin müəllifidir.
1933-cü ildə nəşr olunan "Böyük Sovet Ensiklopediyası" nın 62 cildində şairə həsr olunmuş məqalədə vurğulanırdı:
Şəmizadənin son illərdəki şeirləri ("Dneprelstan" dastanı və başqaları) ... lirik intensivliyi və bədii məharəti ilə seçilir. Şəmizadənin fəaliyyəti Krım tatar dilinin inkişafı üçün böyük əhəmiyyətə malikdir ”. |
Müharibədən sonrakı dövrdə bədii yaradıcılığı Krım tatar xalqının başına gətirilən bəlalara həsr olunub. Krım tatar ədəbiyyatı tarixinə dair məqalələr nəşr etdi, orta məktəblər üçün bir neçə dərs vəsaiti və "Həyat və İş" (1974) kitabını yazıb. Krım tatar ədəbiyyatının, xüsusən ədəbi tənqidin qorunub saxlanmasına və inkişafına böyük töhfə verib. Təqiblərə baxmayaraq, şair bir sıra şeir kitabları və ədəbi məqalələr toplusu çap etdirməyi bacardı. İlk dəfə görkəmli XVII-ci əsr şairi Aşıq Ömərin həyat və yaradıcılığına dair tədqiqat işi toplamış, araşdırmış və nəşr etdirib.
Həm Krım tatarlarının, həm də özbək ədəbiyyatının inkişafındakı böyük töhfələrinə görə, 1968-ci ildə Əşrəf Şəmizadə "Özbəkistan SSR-nin əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
O, həm də Vilyam Şekspir, Aleksandr Puşkin, Mixail Lermontov, Adam Mitskeviç, Nizami Gəncəvi, Lev Tolstoy, Servantes, Ömər Xəyyam, Vladimir Mayakovski, Sergey Yesenin, Maksim Qorki, Aleksandr Tvardovski, Taras Şevçenko, Rəsul Həmzətov və başqalarını Krım tatar dilinə çeviribdir.
Əşrəf Şəmizadənin əsərləri SSRİ xalqlarının bir çox dillərinə tərcümə edilmişdir.[2]