Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري) (təq. 873[1][2][…], Bəsrə, İraq, Abbasilər xilafəti[1][4] – təq. 935[2][3], Bağdad, İraq, Abbasilər xilafəti[1][4]) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı.
Əbülhəsən Əşəri | |
---|---|
ərəb. أبو الحسن الأشعري | |
Doğum tarixi | təq. 873[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 935[2][3] |
Vəfat yeri | |
Fəaliyyəti | filosof, müfəssir, fəqih |
Vikianbarda əlaqəli mediafayllar |
Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır.
Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir.
Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi.
Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək-tək məğlub olub susdular. İkinci məclis üçün anlaşıb qalxdılar, lakin ikinci məclis üçün bir mütəzili alim belə məclisə gəlməyə cəsarət etmədi. İmam Əşarinin əshabından biri, "Mütəzilə qaçdı" yazılıb qapıya asılmasını istədi.
İslam daxili bidət firqələrinə və İslam xarici küfr əhlinə qarşı yazdığı onlarca kitab və risalələri vardır. Bu firqələrlə sayılmayacaq qədər münazirələrə qatılırdı.
İmam Əşari təfsir, hədis, fiqh, tasavvuf elmində də biliklərə malik idi.
Elmi sahədə imamlığının ən böyük əlamətlərindən biri, Əhli Sünnət alimlərinin böyük əksəriyyətinin ona tabe olub, əqidədə onu imam təyin etmələridir.
Müəllimləri:
Məşhur tələbələri:
İmamın toplam altımışdan çox əsəri var. Üç yüzə çatdığı da qeyd olunur. Bu əsərləri aşağıdakı formada qruplaşdırmaq olar:
Kəlam ortodoksal islam sxolastikası olaraq özünün ilkin formasında, protofəlsəfi səviyyədə YIII əsrin başlanğıcında Misirdə meydana gəlmişdi. 908-ci ildə isə kəlamın əşərilik adlanan bir qolunun da əsası qoyuldu. Bu vaxta kimi mötəzilə nümayəndəsi kimi tanınan Əbülhəsən Əşəri həmin il mötəziləni bir günah kimi etiraf etdi, təntənəli surətdə tövbə edərək ondan üz döndərdi, "mötəzilə çirkabı"ndan təmizləndiyini bildirdi, lakin Əşəri öz keçmişinin üstündən tamamilə xətt çəkə bilmədi. O, mötəzilə üçün səciyyəvi olan rasionalizmi dinə gətirdi. Heç də təsadüfi deyildir ki, Əşəridə Quranın da Allah qədər mütləq, əbədi və əzəli olduğu fikri irəli sürülür.
Əşərizmdə şəhərli rasionalizmi aşkar olaraq duyulur. Əgər mötəzilə başlıca olaraq tacir dünyaduyumunun nəzəri ifadəçisi idisə, əşərilik daha çox dövlət məmuruna xas olan dünyaduyumu ifadə edirdi. İctimai həyatda məmurun oynadığı rolun əhəmiyyəti artdıqca müsəlman aləmində bu rolun ən uğurlu ifadəsi olan fars fenomeninin də cəmiyyətdə əhəmiyyəti və rolu artırdı. Bağdadda siyasi hakimiyyətə əslində büveyhilərin, Orta Asiyada isə samanilərin sahib olması fars fenomeninin və bununla bağlı olaraq şəhərli təfəkkür tərzinin İslam cəmiyyətində əhəmiyyətinin artmasından xəbər verirdi.
Əşəriliyin təkamülü büveyhilərin hakimiyyətə doğru irəliləyişi ilə paralel baş verirdi. Səciyyəvidir ki, əşərilik Quranı müsəlman əxlaqının bir rasional kodeksi olaraq qavramış və onu Allahın yaratdıqlarından, sadəcə olaraq, biri kimi deyil, Allahın özünün təcəssümü kimi qəbul etmişdir. Ümumiyyətlə, götürüldükdə isə, əgər mötəzilə təliminin davamçıları dini ehkamların mütləqliyini qəbul etməyib, əksinə dünyəvi şüuru mütləqləşdirirdilərsə, ortodoksal təlimin tərəfdarları dini şüuru mütləqləşdirirdilər.
İmam Tacuddin əs Subki "Muidun Niəm"də deyir:
"İmam əl Əşarinin əqidəsi, Əbu Cəfər ət Tahavinin, Əbul Qasim əl Quşeyrinin əqidəsinin və "Əl Murşidə" adlanan əqidənin əhatə etdiyi əqidədir. (Bu əqidələr hamısı) Əhli Sünnə vəl Cəmaənin inanc təməllərində müştərəkdirlər."
Orijinal mətn (ərəb.)عقيدة الأشعري هي ما تضَمّنته عقيدة أبي جعفر الطّحاوي وعقيدة أبي القاسم القشيري والعقيدة المسماة بالمُرشِدة ، مشترِكات في أصول أهل السّنة والجماعة
Şeyx Tacuddin əs Subki "Tabəqat"ında bu İmam haqda danışarkən deyir:
"Əhli Sünnət vəl Cəmaatın şeyxi, mütəkəllimlərin imamı, rəsulların seyyidinin sünnətinin yardımçısı, dinin müdafiəçisi, insanların aləmlərin Rəbbi üçün qalxacaqları günə kimi təsiri qalacaq bir səylə, müsəlmanların əqidələrini qorumağa səy göstərən bir kimsədir. İmam, dahi, müttəqi biridir. Şəriəti iftiraçıların sözlərindən qorumuşdur. İslam millətinin yardımına qalxmış, təkidli bir şəkildə onlara yardım etmişdir."
Orijinal mətn (ərəb.)شيخُ طريقةِ أهلِ السُّنة والجماعة وإمام المُتكَلِّمين وناصرُ سنةِ سيّد المُرسَلين والذّاب عَن الدّين والساعي في حِفظ عَقائِد المُسلمين سعْيا يبْقى أثرُه إلى يوْمَ يقوم النّاس لِربّ العالمين إمامٌ حبْر وتقيّ بَر حَمى , جنابَ الشّرع مِن الحديث المُفتري , وقام في نصرة مِلة الإسلام فنصَرها نصْرا مؤزّرا
Yenə Tacuddin əs Subki "Tabaqat"da, Əbu Bəkr əl İsməilinin belə dediyini nəql edir:
"Bu din (əqidə) – yəni çox hissəsi – getdikdən sonra, uca Allah onu Əhməd ibn Hənbəl, Əbul Həsən əl Əşari və Əbu Nueym əl İstirabazi ilə qaytardı."
Orijinal mətn (ərəb.)أعاد الله تعالى هذا الدّينَ بعْد ما ذهَب - يعْنى أكثرُه - بأحمدَ ابن حنبلَ وأبي الحسن الأشعري وأبي نعيم الإسْتراباذي
Yenə Tacuddin əs Subki "Tabaqat"da, İmam Beyhəqidən belə dediyini nəql edir:
"Əbul Həsən əl Əşari) Allahın dinində hər hansı bir yenilik çıxarmayıb, heç bir bidət də gətirməyib. Əksinə səhabə, tabiun və onlardan sonra gələn imamların üsuluddin/əqidə haqqındakı sözlərini almış, daha geniş şərh və bəyanla onları dəstəkləmişdir."
Orijinal mətn (ərəb.)فلمْ يُحْدِث في دين الله حدَثًا ولمْ يأتِ فيه ببدعة ، بل أخذ أقاويلَ الصّحابة والتَابعين ومَن بعدَهم مِن الأئمّة في أصولِ الدّينِ فنصَرها بزيادةِ شرْحٍ وتبْيينٍ
İmam Tacuddin əs Subki "Tabaqat"da atasından nəqlən deyir:
"Şeyxi, İmamı (atası Təqiyyuddin əs Subkini nəzərdə tutur) — rahimahullah — belə deyərkən eşitdim: "Tahavi əqidəsinin içindəkilər, əl Əşarinin etiqad etdiyidir. O, Tahavi əqidəsinə sadəcə üç məsələdə müxalif olmuşdur."
Orijinal mətn (ərəb.)سمِعتُ الشّيخَ الإمامَ رحِمه اللَّه يقول : ما تضَمّنتْه عقيدة الطحاوي ، هو ما يعتقدُه الأشْعري ، لا يخالِفه إلا فِي ثلاثِ مسائل
İmam Tacuddin əs Subki "Tabaqat"da, Əbu İshaq əş Şirazidən belə dediyini nəql edir:
"Əbul Həsən əl Əşari Əhli Sünnənin imamıdır. Şafinin əshabının çoxu onun məzhəbindədir. Onun Məzhəbi haqq əhlinin məzhəbidir."
Orijinal mətn (ərəb.)أبو الحسن الأشعري إمام أهلِ السنة، وعامّة أصحابِ الشّافعي على مذهبِه، ومذهبُه مذهب أهل الحق
İmam Tacuddin əs Subki "Tabaqat"da, İmam Quşeyridən onun belə dediyini nəql edir:
"Şeyxin (Əbul Həsən əl Əşarinin) halı ilə bağlı (İmam əl Quşeyriyə) yazılı bir fətva soruldu. Əl Quşeyrinin cavabı bu cür oldu: "Bismilləhir Rahmənir Rahim. Hədis əshabı ittifaq edib ki, Əbul Həsən Əli bin İsmail əl Əşari, hədis əshabından olan imamlardan bir imam idi və məzhəbi də hədis əshabının məzhəbidir.
Usuluddin barədə Əhli Sünnətin yoluna uyğun danışmış, zeyğ/əyrilik və bidət əhlindən olan müxaliflərə rəddiyələr vermişdir. Qiblə əhlindən olan Mötəzilə, Rafizilər və bidətçilərə, eləcə də qeyri müsəlmanlara qarşı sıyrılmış bir qılınc idi. Kim ona tən edər, qınayar, lənətlər və yaxud söyərsə bütün Əhli Sünnənin hamısına qarşı pis danışmış olar."
Orijinal mətn (ərəb.)كتِب استفتاءٌ فيما يتَعلّق بحال الشّيخ فكان جواب القُشيْرى ما نصّه : بسم الله الرحمن الرحيم , اتّفق أصْحاب الحَديث أنّ أبا الحسن علي بن إسماعيل الأشعري كان إماماً مِن أئمّة أصحاب الحديث , ومذهبه مذهب أصحاب الحديث , تكلّم في أصولِ الدّياناتِ على طريقة أهلِ السّنة , وردّ على المُخالفين مِن أهل الزّيْغ والبِدعة وكان على المُعتزلة والروافض والمُبتدِعين مِن أهْل القِبلة والخارجين مِن المِلّة سيْفاً مسلولاً , ومَن طعَن فيه أو قدَح أو لعَنه أو سبّه فقد بسَط لِسانَ السّوء فى جميع أهل السنة
Hafiz İbn Asakir "Təbyinu Kəzibil Muftəri" adlı əsərində, İmam Əbu İshaq əl İsfərayininin belə dediyini nəql edir:
"Şeyx Əbul Həsən əl Bəhilinin yanında dənizin yanında olan bir damla kimi idim. Şeyx Əbul Həsən əl Bəhilinin bu cür dediyini eşitdim: "Mən Əşarinin yanında dənizin yanındakı bir damla kimi idim."
Orijinal mətn (ərəb.)كنتُ فى جنْب الشيخ أبى الحسنِ الباهلي كقِطْرَةٍ في جنْب البَحر وسمِعتُ الباهِلي يقول : كنْت في جنْب الأشعري كقِطرة في جنْب البحر
İbnul İmad əl Hənbəli "Şəzəratuz Zəhəb" da deyir:
"Nəbəvi sünnət əhlinin üzünü ağardıb, etizal əhli və cəhmiyyənin bayraqlarını qaraldan, açıq aydın haqqı bəyan edən, iman və irfan əhlinin qəlblərinə buz kimi gələn hallarından biri də, onun şeyxi Cübbəi ilə arasında keçən, hər bidətçi riyakarın belini qırdığı münazərəsidir."
Orijinal mətn (ərəb.)وممّا بيَّض به وجوهَ أهلِ السُّنة النّبوية وسوَّد بِه راياتِ أهْل الاعْتزال والجَهْمية فأبان بِه وجه الحَقّ الأبلَج ، ولصُدورِ أهلِ الإيمانِ والعِرفان أثلج ، مُناظرته مع شيْخه الجُبائي التي قصَم فيها ظهْر كلّ مبتَدع مراء
Yafii "Mirətul Cənən" adlı əsərində deyir:
"Şeyx, imam, sünnətin yardımçısı, ümmətin nəsihətçisi, haqq imamlarının imamı, bidətçi və haqdan sapanların dəlillərini rədd edən, aydın nuru və kəskin bürhanı olan haqq mənhəcinin bayrağını daşıyandır."
Orijinal mətn (ərəb.)الشّيخ الإمام ناصِر السّنة وناصِح الأمّة ، إمام الأئمة الحقّ ومُدحِض حجيج المبدعين المارقين ، حامل راية مَنهجِ الحقّ ذي النور الساطِع والبُرهان القاطع
İmam Hafiz Cəlaluddin əs Suyuti "İtmamud Dirayə" də deyir:
"Biz inanırıq ki, Əbu Musa əl Əşarinin soyundan olan Əbul Həsən əl Əşari sünnətdə, yəni əqidədə imamdır. Bu elmdə başqalarından öndədir. Onun haqqında, onun uzaq olduğu şeyləri deyənin sözünə fikir verilməz."
Orijinal mətn (ərəb.)ونعْتقد أنّ الإمامَ أبا الحسن الأشعريّ وهو مِن ذُرّيَّة أبي موسى الأشعري إمامٌ في السنة - أي الطريقة المعتقَدة - مُقدَّم فيها على غيْرِه , ولا التّفاوُتِ إلى مَن تكلَّم فيه بِما هو برِيء مِنه
İmam Nəvəvi "Bustanul Arifin"də deyir:
"Çox kitab yazmaqla məşhur olanlardan biri də İmamımız İmam Əbu Abdillah Muhəmməd bin İdris əş Şafi və İmam Əbul Həsən əl Əşaridir. Uca Allah hər ikisindən razı olsun."
Orijinal mətn (ərəb.)ومِن المَشهورين بكثرة التّصنيف إمامُنا الإمامُ أبو عبدِ اللهِ محمد بن إدريسَ الشّافعي ، والإمامُ أبو الحسن الأشعري رضِي اللهُ تعالى عنْهما
Əbu Abdillah Muhəmməd əl Beyruti "Əd Durrətul Vədiyyə"də deyir:
"Malikilər və Şafilər əşaridilər, imamları Əbu Musə əl Əşarinin — radiyallahu anhu — zürriyyətindən olan Əbul Həsən əl Əşaridir. Hənəfilər isə maturididirlər. İmamları da Əbu Mansur əl Maturididir. Onların hər ikisi də Əhli Sünnə vəl Cəmaənin imamıdır."
Orijinal mətn (ərəb.)المالكِيّة والشّافعية أشعرية , وإمامُهم أبوالحسن الأشْعري مِن ذُرّيّة أبي موسى الأشْعري رضِي الله عنه ، والحنفِيّة ماتُريدية وإمامهم أبو منصور الماتريدي وهما إماما أهل السّنة والجَماعة
İmam Şəhristani "Əl Miləl vən Nihəl" kitabında deyir:
"Əşarilər, Əbu Musa əl Əşariyə nisbət olunan Əbul Həsən əl Əşarinin — Allah hər ikisindən razı olsun — əshabıdırlar. Maraqlı olan bir ittifaq eşitdim ki, Əbu Musa əl Əşari — radiyallahu anhu — Əbul Həsən əl Əşarinin öz məzhəbində təsdiq etdiyi şeyin eynisini təsdiq edirdi."
Orijinal mətn (ərəb.)الأشعرية أصحاب أبي الحسن علي بن اسماعيل الأشعري المنتسب إلى أبي موسى الأشْعري رضِي الله عنْهما، وسمِعت مِن عجيب الاتفاقاتِ أنّ أبا موسى الأشعَري رضِي الله عنه كان يقرِّر عينَ ما يقرّر الأشْعَرِيّ أبو الحسن في مذهبه
Hənəfilərdən Qurəşi "Əl Cəvəhirul Mudiyyə" adlı əsərində deyir:
"Üsul sahibi, böyük imamdır. Əşariyyə taifəsi ona nisbət edilir."
Orijinal mətn (ərəb.)صاحب الأصول الإمام الكبير وإليه تُنسَب الطائفة الأشعرية
İbn Fərxun əl Yəmuri "Əd Dibəc" adlı əsərində deyir:
"Əbul Həsən əl Əşarini, Əbu Muhəmməd bin Əbi Zeyd əl Qayravani və müsəlmanların başqa imamları tərifləmişlər."
Orijinal mətn (ərəb.)أثْنى على أبي الحسن الأشعري أبو محمد بن أبي زيد القيْرواني وغيره من أئمة المسلمين
İmam Əl Murtada əz Zəbidi "İthəfus Səadətil Muttəqin" də deyir:
"Bilinsin ki, hər iki imam Əbul Həsən (Əl Əşari) və Əbu Mansur (Əl Maturudi) – Allah onlardan razı olsun və xeyirlə mükafatlandırsın – özlərindən bir rəy çıxarmamış, ortaya yeni bir yol qoymamışlar.
Onlar sələfin məzhəbini təsdiq edən, Allah rəsulunun — salləllahu aleyhi və səlləm — əshabının üzərində olduğu əqidə uğrunda mübarizə aparan kimsələrdir. Hər ikisi də bidət və zəlalət sahibləriylə, susub məğlub halda dönmələrinə qədər münazərə etmişlər."
Orijinal mətn (ərəb.)وليُعلم أنّ كلاًّ من الإمامين أبي الحسن وأبي منصور - رضي الله عنهما - وجزاهما عن الإسلام خيراً لم يُبدعا مِن عندهما رأياً ولم يشتقا مذهباً إنما هما مقرران لمذاهب السلف مناضِلان عما كانت عليه أصحاب رسول الله صلى الله عليه و سلم وناظَرَ كلٌّ منهما ذوي البدع والضلالات حتى انقطعوا وولوا منهزمين