Əbu Səid əl-Xudri

Əbu Səid əl-Xudri (612, Mədinə[1]693[1], Mədinə, ərəb. أبو سعيد الخدري‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.

Əbu Səid əl-Xudri
ərəb. أبو سعيد الخدري
Doğum tarixi 612
Doğum yeri
Vəfat tarixi 693[1]
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Rəşidi xilafəti
Əməvilər xilafəti
Fəaliyyəti mühəddis, əsgər

Məhəmməd peyğəmbərin hicrətindən təxminən 10 il əvvəl Mədinədə müsəlman ailəsində anadan olmuşdur. Əl-Əbcar kimi tanınan ulu babası Nisba əl-Xudri Xudri nəslindəndir. Atası Malik ibn Sinan Mədinənin İslamı qəbul edən ilk sakinlərindən olmuşdur. Ananın adı Ənisə binti Əbu Haris idi. O, Xəzrəc qəbiləsinin Bəni Nəcar qəbiləsindəndir. Əbu Səid İslam hüququnu yaxşı bilirdi. 2000-ə yaxın hədis rəvayət etmişdir.

Əbu Səid Uhud, Xeybər, Hüneyn döyüşlərində, Təbuk yürüşündə, Məkkənin fəthində iştirak etmişdir. Atasının öldüyü Uhud döyüşü zamanı Əbu Səidin 13 yaşı var idi.

Peyğəmbərin vəfatından sonra xəlifələr Ömər ibn XəttabOsman ibn Əffanın dövründə müsəlman hüququ sahəsində araşdırmalarla məşğul olmuş, fətvalar dərc vermişdir. Xəlifə Əlinin dövründə xaricilərə qarşı vuruşmuşdur.