Orta Azərbaycanca (az-əbcəd. اورتا آزربایجانجا) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır.[3]
Orta Azərbaycanca | |
---|---|
Orijinal adı | Əcəm türkcəsi |
Təsnifatı | |
Yazı |
Ərəb qrafikalı Azərbaycan əlifbası[1] Latın qrafikası[qeyd 1] (avropalılar tərəfindən)[2] |
"Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar.[3]
Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir[qeyd 2][4][5] və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb. Dil Qaraqoyunlular (1374–1468) və Ağqoyunlular (1378–1503) kimi türk sülalələri dövründə, xüsusən də hakim sülaləsi İran Azərbaycanından olan Səfəvilər İmperiyası (1501–1736) dövründə daha çox inkişaf etmişdir. Onların dövründə orta Azərbaycan dili fars dili ilə yanaşı, sarayda və hərbi sahədə istifadə olunurdu və İranın şimalından cənubuna qədər linqva franka idi.[3]
Orta Azərbaycan dilində yazılmış mətnlərə ərəb qrafikalı Matta və Yəhyanın İncili, fransız-Azərbaycan lüğəti daxildir. Şamaxıda yazılmış lüğətə Azərbaycan dilində danışıq kitabçası da daxildir.[2] Bu dilin öyrənilməsi üçün mənbələr Nisxətinin (fəaliyyət dövrü 1530–1557) nəsr mətnləri, "Tarix-i Xətai" (1494/95), "Şühədanamə" (1539) və "Səfvət əs-səfa"dır (1542/43).[3]