Orta əsrlərdə bir çox dillərə daxil olmuş slavyan sözüdür. Hərfi tərcümədə němьcь sözünün anlamı "lal" deməkdir (onların slavyan dilində danışa bilmədiyinə görə) və slavyanlar bu sözü bütün almandilli tayfalar üçün işlədirdi, lakin Türk-Ərəb-Fars terminologiyasında bu ancaq Avstriya anlamı verir[2][3]
Bir çox kitablarda Qaradağ gedir. Tək Azərbaycanca yox, ümmumiyətlə, çox dillərdə Monte Negro (Qara Dağ) sözünün hərfi tərcüməsidir: Crna Gora, Черногория, Karadağ və s.
Serendip, Seren-dip, Sarandib ya Sarandīp kimi adlar ümumi müsəlman (ərəb, fars, türk, hindistani) istilahatında mövcuddur[11][12], bu söz Sinhala-dvipa («Sinhala adası») və ya Suvarna-dvipa («qızıl ada») sözlərindən yarandığı güman edilir[12] Başqa etimologiyaya görə bu söz TamilcəCheran (tamillərin bir tayfası) və tivu («ada») sözlərindən gələ bilər[13]
Azərbaycanda yer adlarının dəyişmələrinin bir neçə səbəbi var:
Çar Rusiyası Azərbaycan işğal etdikdən sonra tarixi böyük şəhərlərə öz adlarını verir (məsələn, Gəncə - Yelizavetpol)
Çar Rusiyası Azərbaycan işğal etdikdən sonra slavyan və alman mənşəli kolonistləri Azərbaycan sərhədlərinə göndərir və rusca və ya almanca adlar verilir (Vladimirovka,Yelenendorf, Lüksemburq və s.)
Sovet dönəmi tarixi Azərbaycan şəhərləri üçün Azərbaycan xadimləri adları qoyulması (Cəlilabad, Sabirabad və s.), sovet dövrü bunlar əsasən dinə qarşı siyasətlə bağlı idi və bu adlar cürbəcür dinsiz (ateist, panteist, deist) xadimlərin şərəfinə qoyulurdu
Erməni işğalı zamanı ermənicə ad qoyulan yer adlarının qaytarılması (məsələn, Stepanakert - Xankəndi)
Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var. Qarabulaq kəndi XIX yüzilin sonu, XX yüzilin önlərində el arasında "Malaqan bazarı" adlanırdı. Sonralar çar polkovniki Karyaginin şərəfinə Karyagin adlandı. 1959-cu ildə böyük Azərbaycan şairi Mövlana Məhəmməd bin Süleyman Füzulinin şərəfinə Füzuli adlandı[14]
XIX əsrdə Cavada xeyli ukraynalı kəndli köçürüldü və həmin yaşayış məntəqəsi 1888-ci ildən Petropavlovka adlandırıldı.1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımzda ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adı verilmişdir
Müsəlman Şərqi yazılarındakı Çinin Zeytun şəhəri Çyuançjou (Quanzhou) ilə eyniləşdirilməsi XIX-cu əsrdə mübahisəli idi, bəzi alimlər Polo və İbn Battutanın bu adı Syamen (Xiamen) limanına dediyini düşünürdü. Amma sonra, Çin tarixi mənbələri bu şəhərin keçmiş statusu və əsrlər boyu yavaş-yavaş çökən limanının əvvəlki mükəmməlliyi qeyd edir
qazaxca və uyğurca İnin (Yíníng) şəhərinin yerli adı, deyilənə görə Orxon abidələrində qeyd olunub. Kökü Mancur dilində "uxulca" (uhulja) sözündən gəlir və Altay dağ qoyunu və ya Arxar deməkdir[20]
Qədim türk dilində bu məkanın adı Tüpüt (𐱅𐰇𐰯𐰇𐱅) olaraq tanınırdı. Bu sözün qədim türkcə 𐱅𐰇𐰯𐰇 (töpö/töpü/tüpü - təpə) sözündən gəlməsi ehtimal olunur.[27]Mahmud Qaşqarlının məşhur Divanü Lüğat-it-Türk kitabında Qaraxanlı türkcəsində eyni qədim türk dilindəki kimi Tübüt (تُبُتْ) olaraq qeydə alınıb, lakin həmin əlifbada olmadığına görə P hərfinin işlənməməsini qeyd etmək olar.
Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-inMixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi
1930-cu ildə Qırxbulaq mahalının ərazisində Ellər rayonu təşkil edildi. 1948-ci ildə buradan sonuncu azərbaycanlı əhali də deportasiya olunduqdan sonra rayonun adı dəyişdirilərək Kotayk edildi[32]
Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə Azərbaycan dilində «çiçəkləri olan bitki», «gül» mənasında işlənən çiçək sözünün birləşməsindən əmələ gəlmişdir. Kəndin adı 1847-ci ildə dəyişdirilib Konstantinovka adlandırılmışdır. 1920-ci illərdə yaşayış məntəqəsinin adı kalka edilərək Zaxqadzor (Dərəçiçək) qoyulmuşdur
1936-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı (НКВД) və Mərkəzi İcra Komitəsinin (ЦИК СССР) sənədinə görə Gürcüstan SSR-nin yaşayış məntəqəsinin adları bütün sovet xalqlarının dillərində gürcü dilindəki adının transkripsiyası olmalıdır. Bir çox yaşayış məntəqələrinin adlarına sadəcə "İ" hərfi əlavə olunub.[40]
Abxaz və Abazin (Abaza) bir-birinə ən yazın millət olaraq Abaza istilahı Abhaz və Abaza ikisi üçün işlənilir, ayrıca yerli xalqlar arasında da bu söz qarışdırılır. Abaza və Abhaz sözü bir kökdən gəlir
1940-ci ilə qədər Bağdad adı ilə tanınırdı, onu əsl Bağdad ilə qarışdırmamaq üçün Bağdadcıq deyirdilər, sonra rusca Mayakovski (Маяковский) adlandırıldı; 1990-cı ildə gürcüsayağı Bağdati (t harifi ilə) adlandırıldı
Çörük Qəmərli adı ilə salınıb, lakin 1817-1819-cu illərdə Russsiya İmperiyası Katarinenfeld olaraq dəyişdi, daha sonra Sovet vaxtında 1921-ci ildə Lüksemburq oldu və 1944-cü ildə gürcü dilində Bolnisi adlandırıldı
Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır
Britaniya imperiyasından azadlıq əldə edən Hindistan etnik cəhətdən həssas addəyişmə siyasətini aparır (və bu yalnız yaşayış məntəqələrinə aid deyil, həmçinin küçə adları, simvolikalar və s.). Bharatiya Canata Partiyası (BJP) 1990-cı və 2001-ci illərdə Əhmədabad şəhərini Karnavati olaraq və Allahabad şəhərini Prayaqrac olaraq dəyişdi.[55] Prayaqrac adının qəbul edilməsindən sonra BJP rəsmisi bildirib: "Bu gün BJP hökuməti Əkbərin etdiyi səhvi nətər lazımdı düzəltdi".[56] 2018-ci ildə Övrəngabad şəhəri Çhatrapati Sambhaci Naqar və Osmanabad şəhəri Dharaşiv olaraq dəyişdirildi. Maharaştra ştatının rəisi Uddhav Thackerey 2020-ci ildə qeyd etdi ki, bunların səbəbi «islami» adlardan hindu adlarına keçməkdir.
Hindistan mədəniyyəti etnik və dini qrupların əsrlər boyu bir-bir ilə sülh içində yaşamaqda idi, lakin Hindistan şəhərlərinin və yerlərinin adlarının dəyişdirilməsi kimi hadisələr bu qruplar arasında əsas gərginliyi üzə çıxarır. Bu, ən asan şəkildə millətin müsəlman və hindu əhalisi arasında ziddiyyətli maraqlar və tarixi şərhlər vasitəsilə nümayiş etdirilir. Hindu millətçi partiyası Bharatiya Canata Partiyasının (BJP) siyasətdə hindu millətçiliyinin artan tendensiyası nəticəsində müsəlmanlarda və başqa hindlərdə müsəlman keçmişlərinə qorxu və nifrət yaradır. Bu məyusluğa səbəb olan mühüm hadisələr arasında Feyzabad rayonunun adının Ayodhya rayonu (hinduizmin müqəddəs şəhəri) adlandırılması daxildir.
Hindistanın dəyişən imici ilə yanaşı, onun tarixi tədricən müsəlman deyil, hindu irsini əks etdirən adlarla yenidən yazılır. Hindistanlı müəllif Puşpa Sundar yazır: “Addəyişdirilmələrin arxasında duran məqsəd, istər əvvəllər, istərsə də indi edilir, digərinin etdiyi yaxşılığın və pisin hökm sürən yaddaşını silməkdir və eyni zamanda, cari dövrün şərh etdiyi kimi, tarixə böyük təsir göstərməkdir”. O, oxucuları nəsillərin dəyərləri və münasibətləri dəyişdikcə tarixin yenidən yazılmasının arxasında duran əxlaqı nəzərdən keçirməyə sövq edir. Bu hadisələr müsəlman olan Hindistan vətəndaşlarını öz barədə «ikinci sort» düşüncəsini yayır və bu Hindistanın dünyəvi, çoxkonfessiyalı bir millət olması iddiasına zidd görünür.
1956 ildə Hindu millətçiləri tərəfindən ştatları yeni yenidən qurma nəticəsində müsalman əhalili Heydərabad ştatı Andhra Pradeş və Məysur arasında bölünür, bunun mənası müsəlmanları deorqanizasiya etmədir. 1973-cü ildə Məysur ştatı müsəlman adına oxşadığına görə adını dəyişdirərək Karnataka edirlər
İranda şəhərlərin adını dəyişməsi əsasən 1925-ci ildən hökumətə fars milliyyətçi Pəhləvilərin keçməyi ilə əlaqəlidir, bir çox türkdilli adlar ya başqa farsca sözlə əvəz olunub və ya hərfi tərcümə olunub.
1925-ci ildə Rza Şah Əhməd Şah Qacarı taxtdan salıb Pəhləvi sülaləsini quranda Arasbaranın tədricən tənəzzülü başladı. Yeni padşah türk (Azərbaycan) əhalisinə qarşı mədəni və etnik millətçilik və assimilyasiya siyasətini həyata keçirməyə başladı və Qaradağ şəhərinin adını Arasbaran olaraq dəyişdi[59][60]
Bölgənin Azərbaycan türkcəsində istifadə olunan adı Sərəskənddir. Hazırki rəsmi adı olan "Həştrud" isə farsca"həşt"(səkkiz) və "rud"(çay, axar su) sözlərindən ibarətdir. Şəhərin əsası Teymurilər dövləti dövründə salınıb
Məhabad adı ilk dəfə Birinci Dünya Müharibəsindən sonra, Pəhləvi Rza şahın (1925–1941) dövründə olmuşdur. Bundan əvvəl türkcə soğuq-bulaq sözünün farsca təhrifi olan Savojbolagh kimi tanınırdı
Şəhərin Azərbaycan türkcəsindəki adı olan Qoşaçay adı "cüt, iki dənə olan" mənalarını daşıyan "qoşa", və "təbii axar su" demək olan "çay" sözlərindən ibarətdir. Hazırkı rəsmi farsca adı olan Miyandoab adı isə "miyan" (orta, ortasında), "do" (iki), və "ab" (su) sözlərindən ibarətdir
Şəhərin Azərbaycan türkcəsindəki adı olan Qaraeyni adı Azərbaycan türkcəsindəki "qara" (bu söz yer adlarında istər qara rəng, istər "böyük, əzəmətli, [bəzən] uca" mənalarını verir) və ərəbcə"göz, bulaq" mənalarını verən "eyn / əyn" sözlərindən ibarətdir. Lakin şəhərin hazırkı rəsmi farsca adı olan Siyahçeşmə bu şəhərin əsl doğma adının (Qaraeyni) farscaya sözbəsöz tərcümə edilməsiylə yaranıb; belə ki, "qara" sözü "siyah" sözü ilə, "eyni" (bulaq) sözü isə "çeşmə" sözü ilə (hər iki söz xalis fars sözləridirlər) əvəz olunub
1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur[64][65]
İsrail yer adlarının dəyişilməsi 1948-ci ildə İsrail Dövlətinin yaranmağı və daha sonra sərhədlərinin genişlənməsi ilə bağlıdır. İsrail hökuməti Osmanlı, Məmlük və eləcə də yerli ərəb yer adlarını İvritcə qoyur.
İngilis mandatı altında müxtəlif dövrlərdə Fələstinin yer adları üçün ivritcə adlar işlənmişdir; 1948-ci ildə Ərəb-İsrail müharibəsi nəticəsində Fələstinlilər qaçqın tüşəndən sonra ərəb adları silinməsi güclənir; və daha sonra 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş Fələstin ərazilərində müsəlman yer adları daha da azalır. 1992-ci ildə aparılan araşdırmaya görə 340 kənd və qəsəbə, 1000 Xirbat (xarabalıq), 560 vadi və çay, 380 bulaq, 198 dağ və təpə, 50 mağara, 28 qala və saray, 14 hovuz və göl daxil olmaqla, adları yahudiləşmiş 2780 tarixi yer adları dəyişdirilir.
Fələstində mövcud olan bir çox yer adları naməlum etimologiyalara əsaslanır. Bəziləri təsviri xarakter daşıyır, bəziləri qədim Nabati, İbrani Kənanlı və ya digər adların sağ qalanlarıdır və təsadüfi ad İbrani İncilində və ya Talmudda tapılan formalardan dəyişdirilməyib.
Yer adlarının İbraniləşdirilməsi İsrail hökuməti tərəfindən, əksəriyyəti son onilliklərdə köçmüş yəhudilərin torpaqla əlaqəsini gücləndirmək məqsədi ilə təşviq edilmişdir. Bu prosesin bir hissəsi olaraq, bir çox qədim Bibliya və ya Talmud yer adları "qaytarılır"; lakin, arxeoloqlar tərəfindən səhvlər təsbit edildikdən sonra pauza oldu. Digər hallarda, İbrani dili fərqli məna daşısa da, ərəb dilinin homofonu olduğuna görə ərəb adlarını ivrit dilinə yaxın tələffüzünə dəyişdirir lakin bu hal yer adının etimologiyasına zid olur.
Məhəmməd İdrisi qeyd etmişdir, mənası "Əli Limadı" deməkdir. Daha sonra "Mərsa Allah" (مَرْسَى الله) olaraq dəyişmişdir, bunu italyanlar Marsala kimi deməyə başladı
bax Qızıl Alma; qız alma bir çox türkdilli (osmanlı, türkiyə, qırımtatar və s.) lüğətlərdə Roma şəhərinin qarşılığı kimi verilib. Başqa mənbələrdə yenə Romada yerləşən Vatikan cırtdan dövlətinin Pyotr bazilikası (Basilica Sancti Petri) ola bilər. Ayrıca, "romalı" sözün tərcüməsi də "qızılalmalı" kimi verilir
Bucaq Moldovanın cənubu və Ukraynanın Odessa vilayyətinin qərb hissəsindən ibarət tarixi bölgədir. Lazar Budaqovun lüğətində və 1876-cı ilin Турецкий собеседник kitabında Bessarabiya sözünün tərcüməsi kimi yazılıb
Komrat adı yerli tatar (qaqauz) dilindən "kömür at" (kömür rəngli at, qara at) ifadəsindən gəlməsi ehtimal olunur[81] və şəhər gerbində həmin at təsvir olunub. Köhnə əlifba ilə کومرات kimi yazıldığına görə bunu bir neçə cür oxumaq olur: Kömürat > Kömrat > Komrat. Bunun haqqında bir xalq sözü var: “...yaşamak erinin saabisi tatarmış, Orumbet Oglu adıymış. Onun bir beygiri Komur at varmış. At yarışmakların çoyunda o ensärmiş. Bu beygirin adını tatar küüyünä koymuşlar...” — "yaşayış yerinin sahibi tatar imiş, adı Or Məhəmməd Oğlu imiş. Onun "Kömür At" adında bir atı var imiş. At yarışlarının çoxunu o udurmuş. Bu atın adını Tatar kəndinə qoymuşlar."
Tarixi Əflaq (Valaxiya) ərazisinin bir hissəsi olduğuna görə bura əraziyə də Əflaq deyilir, amma dəqiqləşdirmək üçün Qara Əflaq ifadəsi deyilirdi. Bucaq isə Moldovanın cənubu və Ukraynanın Odessa vilayyətinin qərb hissəsindən ibarət tarixi bölgədir
Şəhərin adı yerli müsəlman-osetinlərindən dağaur tayfalı dərəbəy olan Beslan Tulatovun (Беслан Тулатов) adını daşıyır. Bu ad «Bəy Aslan» (بک آصلان) sözlərinin birləşməsidir, qısaldılaraq Bəslan şəklini almışdır
Şəhər Macar adı ilə Xəzərlər tərəfindən salınıb, bu adla Dərbəndnamədə, İbn Bətutə tərəfindən və digər mənbələrdə qeyd olmuşdur; ruslar buranı Starıye Macarı (Köhnə Macarı) qeyd edirdilər. 1799-cu ildə rus çarı fərqli yerlərdən (İran, Dərbənd) erməniləri toplayaraq bu şəhərdə məskənləşdirdi və şəhərə 2 rəsmi ad qoyuldu: Svyatoy Krest ("Müqəddəs Xaç", Св. Крест, Святой Крест, Креста Святого) və Qarabağlı (Карабаглы).[91] Başqa məlumata görə yerli camaat bu şəhəri Qarabağlı deyirdilər, ermənicə adı isə Surb Xaç olmuşdur.[92] Daha sonra ermənilər əsksəriyyətə dönüb və onlara öz erməni məhkəmə sistemini istifadə etməyi icazəsi verilib
indiki zaman türk dillərində olan adı (Siləbe, Çiləbe, Çeləbi, Şelepi) və tarixi əsl adı. Rus dili Çelyabı və Çelyaba kimi tələffüz olunurdu. Əslən Başqırd şəhəri kimi salınıb[93]
Orijinal adı sırf ərəb hərflər ilə (türk ya fars deyil) və hərəkəsiz yazıldığına görə, bu söz fərqli oxuna bilər: Ancıqala, İnciqala, Unçuqala və s.[98]Mirzə Kazım bəy bunu İnci (ing.Inji) kimi oxuyurdu.[99] Rus müəlifləri bu şəhəri un ilə əlaqələndirərək yerlilər tərəfindən adını Unçuqala (rus.Мучная крепость) dediyini qeyd edirdilər və bunun səbəbini bu qalanın Qafqaz mövqesində əsas ərzaq məntəqəsi olduğunu bildirirdilər.[100][101][102][103][104][105][106]Rus İmperiyası vaxtı rusca Petrovsk, Sovet dönəmindən bəri isə Maxaçkala adlanır
həmçinin Rus mənbələrində bu yerdə XIV və ya XVII əsrdə dağıdılmış Sarı Qılınc şəhəri olduğu bildirilir, rus dilində Sarakliç (Сараклич)[122], Sarıklıç (Сарыклыч)[123], Sarı Kılıç (Сары Кылыч)[124] şəkillərində qeyd olunmuşdur, tatar dilində adı Sarıqılıç gedir
tarixi qaynaqlarda əski alınan türki-tatar yer adları unudulur və indiki zamanda rus adlarına dəyişdirilib: Ağkərman - Belqorod-Dnestrovski, Qarasu - Yelets, Sarqıl - Belaya Veja, Yayıq - Ural, Boqorodskoye[129]
Şimali Qafqazdakı yerli müsəlman kəndlərindəki -oba sözü rusca -ova, -yeva, -ovo, -ovka ilə əvəz olunur: Sabunoba - Sabnova, Xurcunoba - Kurcinovo, Dolaqoba - Dolakovo və s.
XVI əsrdə bu məntəqə köhnəlmiş və çökmüş vəziyətdə idi və bunna sonra yerli vəli olan Musa Paşa tərəfindən daşdan Karvansara salındı. Bu karvansara bölgənin başqa karvansaralarından daha böyüklüyü və gözəlliyi ilə fərqli idi – içərisi Budadan dəvət olunmuş görkəm rəssam tərəfindən çəkilmişdir. Musa Paşa bu yeri gözəlləşdirdiyinə görə şəhərin adı onun şərəfinə qoyuldu[131]
Türkiyədə yerləşən və Azərbaycan dilindəki şəhər adlarındakı fərq bir çox hallarda sadəcə əlifba fərqilə bağlıdır (məsələn: Ankara - Anqara, Tokat - Toxat və s.)
Kalonoros adlı bu qala 1221-ci ildə səlcuq oğuzu sultanı I Əlaəddin Keyqubad tərəfindən fəth edildi və şəhərin adı onun şərəfinə Əlaiyə qoyuldu. 1933-cü ildə Mustafa Kamal Atatürkə gələn teleqraf məktubunda şəhərin adı səhvən Alanya yazılmışdı, Mustafa Kamal bu adı daha gözəl avropasayağı düşünərək 1935-ci ildə şəhəri ziyarət edəndə rəsmi olaraq dəyişdi. (Qafqazdakı tarixi Alaniya ilə heç bir əlaqəsi yoxdur)
Bucaq Moldovanın cənubu və Ukraynanın Odessa vilayyətinin qərb hissəsindən ibarət tarixi bölgədir. Lazar Budaqovun lüğətində və 1876-cı ilin Турецкий собеседник kitabında Bessarabiya sözünün tərcüməsi kimi yazılıb
ən geci XV əsrdən Aqkerman (Ağkerman) adını daşıyır, 1944-cü ildən ruslar adını Belqorod-Dnestrovski deyə dəyişsə də, yerli ukran camaatı yenə də Akerman (Акерман) adını işlədir[140][141]
Övliyə Çələbi Səyahətnamə kitabında bu şəhəri Çərkəz adlı bir satqın mürtəd Tatar saldığını və bu səbəbdən adı Çərkəz-Kirman olduğunu deyir. Başqa fikirə görə Çerkası sözü Çəri (چری, yeniçeri sözündəki kimi) və Kişi (کشی) sözlərindən gəlməsi ehtimal olunur[142]
tarixi mənbələrə görə Yekaterinoslav (indiki Dnipro, Dnepr) şəhəri köhnə rusca Кодакъ (Койдакъ, Кудакъ, Гудакъ) adlanan tatar yaşayış məntəqəsinin üstündə tikilib[146], 1785-ci ildən Yekaterinoslav adı qoyulub[147]. Sözün kökü türk dillərindən mıx[148] və ya meşə[149] deməkdir. Polyak mənbəsinə görə Kudak (şəhərin polyakca adı) "qoymaq" feilindən yaranır[150]. Vikipediya məqaləsinə görə qırımtatarca Köy və Dağ sözlərindən yaranıb, lakin heç bir mənbədə o şəkildə qeyd olunmayıb. Avropa mənbələrində Kudack, Kudak, Kodac şəkillərində qeyd olunub
Osmanlı Sədrəzzamı Ayaşlı İsmayıl Paşanın adından gəlir[152], 1772-ci ilin Rizzi Zannoni xəritəsində tam adı اوردوی اسماعیل میرزا (Ordu-i İsmayıl Mirzə) kimi yazılıb[153]
1577-cı ildə Aldı Gəray tərəfindən tikilib (rus mənbəsində Bolı-Saray yazılıb)[161], Qırımtatar Noğaylarının qalası olub, XVII əsrdə işlənən addır[162], ayrıca tarixi mənbələrdə Balısaray (Балы-Сарай), Balısara kimi adlar işlənilib rusca Belosaray (Белосарай, Бѣлосарай) sözü qeyd olunub, avropa mənbələrində Bolestra kimi dəyişib, avropa müəlifləri öz dillərinə بالى صيره sözünü Balisera kimi də transkripsiya edirdilər[163]
Qərb mənbələrində: Withold Hammami (və səhvən Withold Hamani), rusca köhnə adı Витольд-Гаммани (Витольд–Хамами) və qısaca Витовка olub. Şəhər Vitold adlı Litva kralının şəhərinə qoyulub, Tatarlar (Osmanlı) və Böyük Litva knyazlığı ilə sərhəd keçid məntəqəsi olduğuna görə hamı yuyunub hamam qəbul etməli idi[165][166]
Yedisan bölgəsi Turla (Dnestr) və Özü (Dnepr) çaylarının arasında bölgə olub və Xocabəy (Odessa) və Özüqala (Oçakov) şəhərləri onun ərazisində idi. İndiki Ukraynanı inzibati bölünməsinə görə Odessa və Nikolayev vilayətlərində yerləşir
Yedisan bölgəsi Turla (Dnestr) və Özü (Dnepr) çaylarının arasında bölgə olub və Xocabəy (Odessa) və Özüqala (Oçakov) şəhərləri onun ərazisində idi. İndiki Ukraynanı inzibati bölünməsinə görə Odessa və Nikolayev vilayətlərində yerləşir
Qırımtatar dilində Aqyar, Qırımçaq dilində Axyar (Ахйар), Kəraim dilindəAqyar (Акъйар), Osmanlı dilində Aqyar (آقیار) kimi gedir, rusca keçmiş adı Axtiar (Ахтиар, Ахтіаръ) idi, bu ad türkdilli mənbələrdə آقدیار Ağdiyar kimi qeyd olunmuşdur
Bazilika fərqli mənbələrdə:[174][175][176] Səlatin Kilsəsi (سلاطين كليساسى), Kilsə-i Sultani (كليساى سلطانى), Böyük Kilsə (بیوك كليىسا), Hökmdar sarayı (حکمدار سرایی), Divan (دیوان), Mühakimə (محکمه) deyə yazılıb. Pyotr isə Petrus (پتروس) olub. Bu kilsəyə həm də günbəzinin başında olan qızıl yumru şara görə Qızılalma deyirlər[177]
752-ci ildən 1848 kimi olan dövləti Status Pontificius kimi adlanırdı, bunun hərfi tərcüməsi Papanın Dövləti deməkdir, lakin türk dillərində sadəcə Papalıq deyirdilər[178]
Tō qalın heca, kyō isə incə heca olmaqla tarixi və müasir yazılarda ﻁﻮﻜﻳﻭ kimi yazılır[180][181][182]. İndiki rəsmi Azərbaycan dilində üçhecalı Tokio (To-ki-o) yazılışı sözü əslində ikihecalı (To-kyo / To-kö) olduğuna görə səhvdir, Azərbaycan dilinə rusca Токио sözü eyni şəkildə daxil olmuşdur.
Yaponiya üçün işlənən ən qədim söz – Cabarqa (جابرقا) Mahmud QaşğarlıDivanü Lüğat-it-Türk-dəki xəritədə qeyd etmişdir, və bu dünya tarixində Yaponiyanın ən birinci xəritəsi olmuşdur, Cabarqa çincə日本國 /rìběnguó/ Jibenqo («Yapon ölkəsi») sözündən gəlir. Daha sonrakı lüğətlərdə Japon (ژاپون ، ژاپن) sözü böyük ehtimal farscadan (və ora fransızcadan) və XIX-XX əsrlərdə latın və rus dillərindən یاپونیا (Yaponiya, Yaponya, Yaponia) sözü işlənilir. Ayrıca, Azərbaycan XX əsrə kimi dilində Cavun ~ Cabun (جابون ، جاوون) sözü Yaponiyaya aid sözlərdə istifadə olunurdu (adətən ipəkqurdları üçün)[183]
Yunanıstan dövləti Osmanlı imperiyasından 1830-cu illərdə Avropa dövlətləri və Russsiya köməyi ilə müstəqillik əldə edən kimi yer adlarını dəyişmə siyasətini başladı.[184][185] Müasir Yunanıstan ərazisi liqvistik və etnik cəhətdən tarix boyu çox fərqli və rəngarəng olsa da[186], yunan millətçiləri bütün (istisna olmayaraq)[187] slavyan, roman (aroman, frəng, italyan), alban, türk (həmçinin ancaq Türkiyə türkcəsinin əcdadı olan Osmanlı türkcəsi deyil, qədimi türk tayfalarının (məsələn bulqar, avar türklərinin) toponimləri də daxildir. Ayrıca türkcədən keçən ərəb, fars, və qarışıq türk-ərəb-fars toponimləri də) yer adlarına yunancaya rəsmi olaraq dəyişdi.[188] 1830-cu ildən başlayaraq son yer adları dəyişikləri 1998-ci ildə baş verdi, və bu bütün Yunanıstanın yer adlarının yarısını əhatə etməkdədir.[189] 1913-1996 illər arası 4413 yer (şəhər, qəsəbə, kənd v s.) adı dəyişdirildi. Buna əlavə olaraq, köhnə yer adlarını işlədən (şifahi və yazılı) şəxslər qanuna görə mənsuliyyətə cəlb olunurlar.[190][191] 2005-ci ildə yazılan Yunanıstandakı ad dəyişiklərini qeyd edən siyahı son dəyişiyi 1994-cü ilə aid edir.
adların ikisi də yunancadır, lakin Midilli (Mytilene Μυτιλήνη) tarixi daha çox işlənilir, bunun səbəbi مدللی sözün türkmənşəli sayılması ola bilər (yəni -li'ni şəkilçi saymışlar) – مدللی (bütün mənbələrdə yazılışı eynidir) sözdə qoşalı ləm hərfi (ل) yan-yana durur (لل), bu hal ancaq ləm ilə qutarıb şəkilçi qoşulan halda yarana bilər, əks halda qoşa ləm deyil, bir ləmin üstündə şəddə olmalı idi
Dictionnaire Turc - Français tome second (1837) 8-ci səhifədə yazılıb. Müxtəlif yerlərdə Samuz (ساموز) da yazılıb. Türkiyə dilində Sisam və Susam deyilir
Çeh, Xırvat, Macar və s. bənzər adlardan sonra adətən "məmləkəti", "dövləti", "vilayəti" kimi sözlər əlavə olunurdu, indiki qaydaya görə bu sözlərə "±stan5" şəkilçisini əlavə etmək olar, amma daha köhnə mənbələrdə bu söz həm ölkə, həm millət, həm dil üçün işlənilirdi (əlavə şəkilçiyə və ya sözə ehtiyac olmadan)
Köhnə dildə bəzi sözlərin yazılışı və deyilişi fərqli idi, amma transliterasiyada sözlər müasir Azərbaycan dilinin qaydalarına uyğunlaşdırılmışdır, məsələn, "dəŋiz" yerinə "dəniz", söz əvvəli "Ğ" yerinə "Q", birinci hecada "I" yerinə "İ" və s. kimi yazılmışdır.
1939-cu ildə SSRİ hökuməti Azərbaycan dilini kirill əlifbasına keçirtdi və bu səbəblə Avropa ölkələrinin adlarının sonundakı "-ya" (köhnə latın əlifbasında "-ja") şəkilçisi "-ия" (-iya) olaraq dəyişdi: Romanya–Romaniya, Almanya–Almaniya, İtalya–İtaliya və s.
ی hərfi həm "İ" həm "Y" olduğuna görə Avropa ölkə adlarında "-iya", "-ia", "-ya" fərqi bilinmir (İtaliya–İtalia–İtalya, Rusiya–Rusia–Rusya və s.)
↑ 12"Azərbaycan" qəzeti, 13 noyabr 1918-ci il, nömrǝ 38
↑Grammatiche e Colloquj per imparare le lingue Italiana, Greco - Volgare, e Turca, e varie scienze, Bernardino Pianzola, Tomo III, 1789 (s.125)
↑Amirchanianz, A. Kitabi Müqəddəs (az.). Leypsiq. 1891. 1.
↑https://www.jstor.org/stable/community.33004119?seq=6 Azərbaycan Qəzeti. 1918–1920. II Cild. 11 noyabr 1918-ci il, nömrǝ 36 (s.180) Londrada Balfur öz nitqində Britaniya müstəmləkatı miyanında laqəni saxlamaq barəsində demişdir ki: Biz işbu əlaqənin heç bir düşmən tərəfindən kəsilməsinə razı ola bilmərik.
↑Sitat səhvi: Yanlış <ref> teqi; ReferenceB adlı istinad üçün mətn göstərilməyib
↑ 12Goodman, Leo A. "Notes on the Etymology of Serendipity and Some Related Philological Observations". Modern Language Notes. 76 (5). May 1961: 454-457. doi:10.2307/3040685.
↑Sheila Hollihan-Elliot. Muslims in China. Mason Crest Publishers. 2006. səh. 55. ISBN1-59084-880-2. For most of their history, the Uyghurs lived as tribes in a loosely affiliated nation on the northern Chinese border (sometimes called East Turkestan).
↑William Samolin. East Turkistan to the Twelfth Century. The Hague: Mouton & Co. 1964. səh. 9. The general boundaries of East Turkistan are the Altai range on the northeast, Mongolia on the east, the Kansu corridor or the Su-lo-ho basin on the southeast, the K'un-lun system on the south, the Sarygol and Muztay-ata on the west, the main range of the T'ien-shan system on the north to the approximate longitude of Aqsu (80 deg. E), then generally northeast to the Altai system which the boundary joins in the vicinity of the Khrebët Nalinsk and Khrebët Sailjuginsk.
↑Bazin, Louis; Hamilton, James (1991), “L’origine du nom Tibet”, in Ernst Steinkellner, editor, , pages 9–28.
↑ 12345Qarapapaqlar və onların XIX əsr hərb tarixi. Müəllif, Hacıyev Fəxri Valeh oğlu. Nəşriyyat, Səda. Nəşr yeri, Bakı. Nəşr ili, 2005. ISBN, 586874-032-7.
↑Дманиси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 488.
↑Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 135.
↑https://demokratikmusavat.com/az/article/24357Arxivləşdirilib 2023-12-20 at the Wayback Machine Bolus-Bolnisi, Sarvan-Marnauli, Qarayazı-Qardabani, Başkeçid -Dmanisi, Barmaqsız-Tsalka, Ağbulaq-Tetriçkaro, Qaraçöp-Saqareco, Xəzəryurdu-Kaspi, Qara El -Kareli, Telav-Telavi, Səfiabad-Qori, Qaval-Laqodexi, Sığnaq-Siqnaxi, Bəytaxtı-Xaşuri, Tiflis-Tbilisi, Bostandərə-Rustavi Azərbaycan türklərinə məxsus olan adlar gürcü adları ilə əvəzlənib.
↑https://xudaferin.eu/gurcustanda-soydaslarimizin-son-durumu.htmlArxivləşdirilib 2023-12-20 at the Wayback Machine Gürcüstanda soydaşlarımız əsasən Tiflis, Marneuli (Sarvan), Bolnisi (Bolus), Qardabani (Qarayazı), Dmanisi (Başkeçid), Salka (Barmaqsız), Tetritskaro (Ağbulaq), Saqareco (Qaraçöp), Kaspi (Xəzəryurdu), Kareli (Qara El), Telavi, (Telav), Qori (Səfiabad), Aqara, Laqodexi (Qaval), Siqnaxi (Sığnaq), Kutaisi, Rustavi, Batum və Xaşuri (Bəytaxtı) kimi şəhərlərdə yaşayırlar.
↑Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 232.
↑Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 128.
↑Ағбулаг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 216.
↑Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 125.
↑Steven I. Wilkinson Votes and Violence: Electoral Competition and Ethnic Riots in India 2006 Page 23 "The BJP proposed in 1990 and 2001 that Ahmedabad be renamed "Karnavati." Hindu, June 1 1, 2001. Similar proposals have been made to restore Allahabad to "Prayag", as it had been known as before the Mughal era.
↑Abishek, Kumar (17 October 2018). "From now on, Allahabad to be Prayagraj". India Today.
↑Abrahamian, Ervand (1982). Iran Between Two Revolutions. Princeton, New Jersey: Princeton University Press. pp. 123–163. ISBN 9780691053424. OCLC 7975938.
↑Dictionnaire Turc - Français, Tome Premier, 1835 (s.296)
↑Hussein Munis (1987). Atlas of the history of Islam. Cairo (1st edition). Al-Zahraa for Arab Media(الزهراء للإعلام العربي). p.163 ISBN 977-14-7049-3. QID: Q114648616.
↑ 12Лазар Будагов, Сравнительный словарь турецко-татарских наречий, Том II, Санкт-Петербург, 1871
↑[2]Arxiv surəti 12 yanvar 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2019-01-12 at the Wayback Machine В разное время Анапа была известна и под другими названиями: греч. Горгиппия, генуэзск. Мапа (или Maparium), тюрк. Бугуркала (см. Бугур).
↑http://elib.shpl.ru/ru/nodes/20264-vyp-61-stavropolskaya-guberniya-po-svedeniyam-1873-goda-stavropol-1874#mode/inspect/page/13/zoom/6 Arxivləşdirilib 2016-04-05 at the Wayback Machine Св. Крестъ (по армянски Карабаглы)
↑Энциклопедический словарь (rus). 32. Sankt-Peterburq: F. A. Brokgauz, I. A. Efron. 1895. 647.
↑Исторические сочинения Дагестана на тюркских языках, Оразаев, 2003
↑http://calilbook.musigi-dunya.az/p/peterburg.htmlArxivləşdirilib 2019-10-31 at the Wayback Machine Peterburq, Sankt-Peterburq… İstər "Molla Nəsrəddin" jurnalında çap edilmiş satirik teleqramlar içərisində, istərsə də yazıçının ayrı-ayrı personajlarının nitqində P. adına (bəzi mənbələrdə "Fitilbörk" şəklində) tez-tez təsadüf olunur.
↑Название свое город получил, по преданию, от рч. Царицы, на берегах которой во времена татарского владычества жила какая-то царица; вероятнее же, что в основании его лежат татарские слова «сари-су» (Желтая река) или «сара-чин» (желтый остров)
↑Słownik karaimsko-rosyjsko-polski. Wydawnictwo “Russkij Jazyk”. Bednarczuk, L. (1976) (s.684)
↑Эвлия Челеби. Книга путешествия: (Извлечения из сочинения турецкого путешественника XVII века): Перевод и комментарии. Вып. 1: Земли Молдавии и Украины / Институт народов Азии АН СССР. — М.: ИВЛ, 1961. — (Памятники литературы народов Востока. Переводы. VI).
↑Словарь української мови / Упор. з дод. влас. матеріалу Б. Грінченко : в 4-х т. — К. : Вид-во Академії наук Української РСР, 1958. Том 3, ст. 46. Дата обращения: 22 октября 2018. Архивировано 22 октября 2018 года.
↑Карта Украины с изображением реки Днепр с притоками и размещёнными на них крепостями (вторая половина XVII - первая половина XVIII вв.)
↑Херсонская губерния // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
↑Скальковский, А. А. Болгарские колонии в Бесарабии и Новороссийском крае. Статистический очерк. Одесса, 1848, с. 52-53
↑Zacharia, Katerina (2012). Hellenisms: culture, identity, and ethnicity from antiquity to modernity. Martinus Nijhoff Publishers. pp. 230–233. ISBN 9789004221529.
↑Zacharia, Katerina (2012). Hellenisms: culture, identity, and ethnicity from antiquity to modernity. Martinus Nijhoff Publishers. pp. 230–233. ISBN 9789004221529.
↑Zacharia, Katerina (2012). Hellenisms: culture, identity, and ethnicity from antiquity to modernity. Martinus Nijhoff Publishers. pp. 230–233. ISBN 9789004221529.
↑Zacharia, Katerina (2012). Hellenisms: culture, identity, and ethnicity from antiquity to modernity. Martinus Nijhoff Publishers. pp. 230–233. ISBN 9789004221529.
↑Tsitselikis, Konstantinos (2012). Old and New Islam in Greece: From Historical Minorities to Immigrant Newcomers. Martinus Nijhoff Publishers. p. 50. ISBN 9789004221529.
↑Whitman, Lois (1990). Destroying Ethnic Identity: The Turks of Greece. Human Rights Watch. p. 1. ISBN 9780929692708. Since 1977, all Turkish village names have been changed to Greek names; it is forbidden to use Turkish names for official purposes, on pain of fines or imprisonment. In addition, giving the Turkish name in parentheses following the Greek name is not allowed. The Minority Rights Group, Minorities in the Balkans, op. cit., page 33.
↑Complementum thesauri linguarum orientalium, seu onomasticum latino-turcico-arabico-persicum, Vienna, 1687 (s. 484)
↑Peter Mackridge, Language and National Identity in Greece, 1766-1976, Oxford, 2009, p. 21.
↑Antonia Ciadyrgy, Dizionario Italiano e Turco, Milano, 1834 (s.734)