Əclafların qanunu — Çingiz Abdullayev tərəfindən yazılmış roman.
Əclafların qanunu | |
---|---|
Müəllif | Çingiz Abdullayev |
Janr | Dedektiv |
Qısa məzmunu: Dövlət Dumasının deputatı Lazarev Dumanın binasında güllələnir. Qüdrətli cinayətkar avtoritet Moseşvili də öldürülür. Moskva küçələrində Qafqaz və slavyan qruplaşmaları arasında müharibə başlamasına az qalıb. Kriminalist Dronqo qəzəblənən kriminal canavarını əhliləşdirməyə qadir olan adamlardan biridir. Yolunun üstünə çıxmağa çalışan hər kəsin öhdəsindən amansızcasına gələn Dronqo ən gizli mafiyaya yaxınlaşır. Öyrəndiklərindən hətta o da diksinir.
Bu kitabda, öz təsiri ilə bütün keçmiş nəhəng dövləti(SSRİ) əhatə edən və indi yeni, transmilli hücumları nümayiş etdirən güclü milli mafiyaların fəaliyyətini göstərməyə və danışmağa cəhd olunub. Çox vacib bir şərtə oxucuların diqqətini çəkmək istərdim. “Milli mafiya” sözü ilə, tullantısı bu quldurlar olan xalq sözünü səhv salmaq olmaz. Pis xalq olmur, bu elementar həqiqəti hələ bir çoxları dərk etməyib. Cinayətkar, milliyyətindən asılı olmayaraq cinayətkar olaraq qalır. Zərurət olarsa, onlar razılığa gələrək birgə fəaliyyət göstərə bilirlər. Bu kitabı oxuyanların hamısının yadında qalsın. İnsana onun əməksevərliyinə, ağlına və şərəfinə görə; xalqa onun tarixinə, mədəniyyətinə və ənənələrinə görə; özünüzəsə primitiv milliyyətçilik səviyyəsinə düşməyərək başqalarına hörmət bacarığına görə hörmət edin. Nəticə etibarilə, insan olmaq o qədər çətindir ki.