Ədəbi əlaqə və təsir

Ədəbi əlaqə və təsir — bir әdәbi hadisәnin başqa әdәbi hadisә ilә ideya yaradıcılıq әlaqәlәri. Ayrı-ayrı yazıçılar, yaxud әdәbi cәrәyanlar, mәktәblәr vә bütöv әdәbi dövrlәr sәviyyәsindә yaranır. Ədәbiyyatla digәr sәnәt növlәri (teatr, rәssamlıq, musiqi vә s.) arasında da әlaqә vә qarşılıqlı tәsir mövcuddur. Bir sәnәtkarın yaradıcılığında olduğu kimi, ümumi әdәbi prosesdә dә hәr şey bir-biri ilә qarşılıqlı әlaqәdә olur [1].

Haqqında[redaktə | mənbəni redaktə et]

Ədәbi әlaqә iki aspektdә öyrәnilir: yazıçı, yaxud әdәbi mühitin tәsir altında olması vә onun özünün tәsir göstәrmәsi. Bir milli әdәbiyyat daxilindә әdәbi әlaqә bir yazıçı, yaxud yazıçılar qrupunun öz müasirlәrinә, yaxud sonrakı әdәbi nәsillәrә tәsiri, millәtlәrarası әdәbi әlaqә isә bir xalqın bәdii kәşflәri vә nailiyyәtlәrinin başqa bir xalqa tәsiridir.[1] Başqa ədəbiyyatlarla əlaqə, qarşılıqlı mübadilə və hətta təsirlənmə milli ədəbiyyatın zəiflik əlaməti yox, dinamik inkişaf əlamətidir. Milli ədəbiyyat qapalı, yalnız öz çərçivəsində inkişaf edə bilməz, milli ədəbiyyatın gücü onun qeyri-milli ədəbiyyatlarla, inkişaf etmiş ədə-biyyatlarla yaradıcılıq ünsiyyətinin dərinliyində və çoxcəhətliliyindədir [2].

Antik yunan әdәbiyyatı, orta әsrlәr Azәrbaycan, fars-tacik şeiri, İtaliya İntibah dövrü әdәbiyyatı, Fransa Maarifçilik әdәbiyyatı, rus realist әdәbiyyatı beynәlmilәl әhәmiyyәtә malikdir. Sәnәtin inkişafında müәyyәn nisbi müstәqilliyә baxmayaraq, bәdii şüurun inkişafında ümumi, tәkrarlanan cәhәtlәri mәhz sosial-tarixi vә ictimai-iqtisadi prosesin ümumi qanunauyğunluqları şәrtlәndirir. Ədәbi әlaqәnin fәrdi әlaqә, iqtibas, yaradıcılıq yarışı, epiqonçuluq vә s. tiplәri dә var. Ədәbi әlaqәlәr hәm bәdii yaradıcılıq, hәm dә elmi-nәzәri cәhәtdәn araşdırılır [1].

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Ədəbi təsir qarşılıqlı proses olub, ədəbiyyatın inkişafı üçün stimul yaradır. Azərbaycan ədəbiyyatı da müxtəlif dövrlərdə dünya xalqlarının mədəniyyəti, ədəbiyyatı ilə qarşılıqlı təsirdə olmuş, onun qabaqcıl ənənələrindən bəhrələnərək inkişaf etmişdir. Lakin bu əlaqələrin tarixi əsrin 50-ci illərinə qədər çox zəif öyrənilmiş, ciddi tədqiqatların obyekti olmamışdır [2]. Müharibədən sonrakı dövrdə ədəbiyyatşünaslığın əsas tədqiqat istiqamətlərindən biri milli ədəbiyyatlar arasında ədəbi əlaqələr problemi, onun tarixi, inkişaf yolları və nəticələrinin öyrənilməsi olmuşdur. Bu baxımdan həmin dövrün tədqiqatlarında rus ədəbiyyatının klassikləri ilə yaradıcılıq əlaqələri ön plana çəkilir. Aleksandr Sergeyeviç Puşkin, Mixail Yuryeviç Lermontov, Nikolay Vasilyeviç Qoqol, Lev Nikolayeviç Tolstoy, Anton Pavloviç Çexov, Aleksandr Ostrovski və başqa görkəmli rus yazıçıları ilə milli ədəbiyyatın əlaqələrinə həsr edilmiş əsərlər ən mühüm tədqiqatlar hesab olunurdu. Həmin məqsədlə dövrün görkəmli ədəbiyyatşünasları Məmməd Arif, Mikayıl Rəfili, Məmməd Cəfər, Cəfər Cəfərov, Feyzulla Qasımzadə, Əliəjdər Seyidzadə və başqa tədqiqatçılar Azərbaycan-rus ədəbi əlaqələrinin müxtəlif problemlərinə dair məqalələr, əsərlər yazıb dərc etdirmişdilər. Lakin 50-ci illərdə ədəbiyyatşünaslığın bu mühüm sahəsində aparılan bütün 97 tədqiqatlarda saxta metodoloji təhlillər, yanlış təfərrüatlar aydın şəkildə nəzərə çarpırdı. Həmin dövrün tədqiqatlarında, hətta 70-ci illərə qədər yazılmış məqalə və monoqrafiyaların demək olar ki, hamısında ədəbi əlaqələr problemi obyektiv mövqedən işıqlandırılmayıb, yanlış metodologiya ilə tədqiq edilirdi. Bu illərdə milli ədəbiyyatlar arasında yaradıcılıq əlaqələri rus ədəbiyyatının SSRİ tərkibinə daxil olan digər xalqların ədəbiyyatlarına təsiri kimi birtərəfli izah şərh olunurdu. Ədəbiyyatşünas Nizaməddin Şəmsizadə məsələyə belə münasibəti həmin vaxtlarda elmin, incəsənətin bütün sahələrində olduğu kimi, ədəbiyyatda da rus şovinizminin hakimlik prinsiplərinin ön plana keçməsi ilə əlaqələndirirdi. Tədqiqatçı göstərirdi ki, o dövrün ədəbiyyatşünaslığında «…C.Məmmədquluzadədən danışanda Nikolay vasilyeviç Qoqol təsiri, Nəcəf bəy Vəzirovdan bəhs olunanda Aleksandr Ostrovski təsiri, Əbdürrəhim bəy Haqverdiyevdən söz düşəndə Anton Çexov təsiri həlledici sayılıb. Halbuki XIX əsrin rus ədəbiyyatı çoxəsrlik Şərq ənənələrindən, o cümlədən Azərbaycan ədəbi-bədii fikrinin yaradıcılıq və poetik təcrübəsindən az bəhrələnməmişdir.» [3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası. Bakı: NPB. 2019. səh. 600.
  2. 1 2 Rəhimli T. Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri. Bakı: «Avropa». 2009. səh. 95-105.
  3. Şəmsizadə N. Türk təfəkkürü məcrasında. Bakı: Təhsil. 1998. səh. 40-41.