Ələkbərbəy Nəzərli (azərb. Ələkbərbəy Cavad oğlu Nəzərli; 30 aprel 1882, Sayadlı, Xızı rayonu – 13 noyabr 1951, Bakı) — xeyriyyəçi, Azərbaycanın Kor Əhəddən sonra ilk qarmon ifaçısı.
Ələkbərbəy Nəzərli | |
---|---|
Ələkbərbəy Cavad oğlu Nəzərli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xızı, Sayadlı kəndi |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Dəfn yeri | Bakı, Yasamal rayonu |
Vətəndaşlığı | Azərbaycan SSR |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi |
Musiqi aləti | Qarmon |
XIX-XX əsrin tanınmış simalarından olan Bakının kiçik milyonçusu-xeyriyyəçi, musiqişünas, öz dövrünün pedaqoqu Ələkbərbəy Cavad oğlu Nəzərli Xızı qəsəbəsinin Sayadlı kəndində anadan olmuşdur. İstedadlı qarmon ifaçısı olaraq Üzeyir Hacıbəylinin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının premyerasının ilk müşayətçisi olmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrının Üzeyirbəy orkestrinin aparıcı solisti olan Ələkbərbəy Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında öz xidmətləri ilə müəyyən töhfələrini vermişdir. Ələkbərbəy Nəzərli Azərbaycanın ilk qarmon ifaçısı kimi, dünyanın ən nadir qarmon alətlərini toplayan kolleksiyasının XIX-XX əsrdə Azərbaycanda ilk və yeganə sahibi olmuşdur. Milli qarmonlarla bərabər "fizi qarmon" (ayaq hərəkəti ilə işləyən), piano "Şreyder" (alman istehsalı), "Ağ və qırmızı" royallar, "Karpuşkin", "Aziatskiy", "Nəfəs ilə idarə olunan qarmon" və s[1].
Ələkbərbəy Nəzərlinin 17 övladının dünyaya gəlməsinə baxmayaraq 2 qız övladı və 1 qız övladından dünyaya gələn 9 nəvəsi Ələkbərbəyin varisləri olmuşlar. Hazırda, varisi olan yeganə oğul nəvəsi Ələkbər, babası Ələkbərbəy Nəzərlinin adını daşıyır. Ələkbərbəy Nəzərlinin nəvəsi və yeganə davamçısı Respublikanın Əməkdar artisti - xanəndə Ədilə Əflaki Nəzərli babasının davamçısı olaraq, milli musiqi mədəniyyətinə xidmət edir.
Ələkbərbəy Nəzərlinin Bakının mərkəzində yerləşən və qeyri-adi yaşıllığı ilə hər kəsi heyran edən, mülkünə valeh olan Üzeyir Hacıbəyli və Cabbar Qaryağdıoğlunun "İsa bulağı" adı verdikləri mülkə, Ələkbərbəy Nəzərli 1925-1930-cu illərdə Qarabağın və Zaqafqaziyanın sayılıb-seçilən musiqişünas və muğam ustadlarını öz şəxsi mülkünə dəvət edərək, Ələkbərbəy Nəzərli Bakıda ilk dəfə "Məclisi-üns" Muğam-musiqi, xeyriyyə məclisinin ilk yaradıcısı olmuşdur. Ələkbərbəy Nəzərli Bakı, Qarabağ və Zaqafqaziyadan dəvət etdiyi xanəndələri və musiqişünasları öz şəxsi mülkündə qəbul edirdi.
Ələkbərbəy Nəzərli su olmayan rayonda yaşadığı 1686 kv.m. ərazi sahəsi olan şəxsi mülkünə ilk olaraq su və qaz təchizatı çəkdirərək "İsa bulağı" adlı mülkündə ehtiyat "Su anbarı" inşa etdirərək, Dağlı məhəlləsi və ətraf rayonların sakinlərini su ilə təmin edən xeyriyyəçi şəxsiyyət idi. Bakının kiçik milyonçusunun Azərbaycan xalqına göstərdiyi bu və digər xeyriyyə işləri barədə o vaxtın Bakı şəhər İcra Komitəsinin məsul işçisi olan Aleksandr Novikov adlı deputat tərəfindən yazdığı 4 avqust 1926-cı ildə "Bakinskiy raboçiy" qəzetindəki "Muzıkant-Blaqatvaritel" başlıqlı məqaləsi, 1924-cü ildə "Yeni yol" qəzetindəki "Xeyriyyə üçün doğulan insan", 1941-1945-ci il müharibəsi zamanı "Kaspi" qəzetində dövlətə yardımlar etməsi barədə dərc olunan "Xeyriyyəçi" başlıqlı və bu kimi məqalələri, Ələkbərbəy Nəzərlinin şəxsi qazancını xalqı ilə bölüşdüyünü və Azərbaycan xalqına – millətinə hədsiz sevgisini və milli-mənəvi dəyərlərinin qorunmasında əvəzsiz xidmətləri olduğunu kifayət qədər göstərərək bir daha təsdiq etmişdir.
Nazirlər Soveti sədri tərəfindən dövlət sərəncamı ilə Ələkbərbəy Cavad oğlu Nəzərlinin şəxsi mülkünün qapısında "barelyef-lövhəsi" vurulan bir musiqişünas – xeyriyyəçi idi.
1926-cı ildə Bakı şəhər İcra Komitəsinin məsul işçisi Aleksandr Novikov adlı deputatın Bakinskiy raboçiy qəzetində "Qarmonist sadovod" adlı məqaləsində Ələkbərbəy Nəzərlinin musiqişünas, təbiətsevər və xeyriyyəçiliyi barədə məqaləsi getmişdir.
1960-1970-ci illərdə Azərbaycan Dövlət Televiziyasında Xalq artisti Əfrasiyab Bədəlbəyli, sonralar Firudun Şuşinskinin apardıqları müəllifləri olduqları "Azərbayacanın Opera Musiqi tarixi" adlı proqramlarında korifey musiqişünas Ələkbərbəy Nəzərli haqqında verilişlərində məlumatlar verərək işıqlandırmışlar.
Azərbaycanın incəsənət xadimi Firudin Şuşinskinin "Opera Musiqi sənəti" adlı yazdığı kitabında, Xalq artisti bəstəkar Eldar Mansurov, Xalq artisti Bəhram Mansurov haqqında yazdığı kitabında, pedaqoq Fərəh Əliyevanın XX əsr musiqişünasları adlı və pedaqoq Əhsən Rəhmanlının "Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi" adlı, müəllifləri olduqları kitablarında musiqişünaslar Ələkbərbəy və Mehdibəy Nəzərli qardaşlarının Dövlət Opera Musiqi sənəti sahəsinə verdikləri töhfələri- xidmətləri barədə geniş məlumatlar vermişlər[1].
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra isə;
Hazırda Ələkbərbəy Nəzərlinin həyat – yaradıcılığı və "Qarmon sənəti" adlı kitabda olan metodikasından 5 musiqi təhsil ocaqlarında istifadə olunaraq musiqi təhsilində tədris olunur:
Korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin arxiv materiallarının qorunub saxlanıldığı dövlət arxivləri:
Ələkbərbəy Nəzərli 13 noyabr 1951-ci ildə 69 yaşında öz şəxsi mülkündə dünyasını dəyişmiş və Yasamal qəbirstanlığında dəfn olunmuşdur[1].