Əli İsmayılov (şəhid)

Əli Vaqif oğlu İsmayılov (21 mart 2001; Qaradağlı, Goranboy rayonu, Azərbaycan25 mart 2021; Şelli, Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin iştirakçısı.

Əli İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaradağlı, Goranboy rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Şelli, Ağdam rayonu, Azərbaycan
Dəfn yeri Qaradağlı, Goranboy rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Vaqif İsmayılov
Təhsili Bakı Biznes və Kooperasiya Kolleci
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019—2021
Rütbə Əsgər
Vəzifəsi topçu, baş tuşlayıcı
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Ağdam döyüşləri
Təltifləri "Xocavəndin azad olunmasına görə" medalı — 2021

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli İsmayılov 21 mart 2001-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Atası Vaqif İsmayılov Birinci Qarabağ müharibəsi qazisidir. Əli 2007-2018-ci illərdə Goranboy rayon Qaradağlı kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ildə Bakı Biznes və Kooperasiya Kollecinə gömrük işi ixtisası üzrə qəbul olmuşdur. Lakin, 2019-cu ildə təhsilini dayandıraraq hərbi xidmətə yollanmışdır. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əli İsmayılov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yerləşən "N" saylı hərbi hissədə, Azərbaycan-Ermənistan təmas xəttində artilleriya divizionunun baş tuşlayıcısı kimi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Əli İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində topçu və baş tuşlayıcı olaraq iştirak etmişdir. XocavəndinAğdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Silah-sursat anbarında qarşı tərəfin atəşi nəticəsində çıxan yanğının söndürülməsində fərqlənmişdir. Döyüşlərdən sonra Əli İsmayılov Ağdam rayonunda xidmətinə davam etmişdir.

27 fevral 2021-ci ildə Ağdam rayonunun Şelli kəndində yerləşən "N" saylı hərbi hissədə ehtiyatsızlıq nəticəsində yanğın baş vermişdir. Nəticədə, əsgər Səhman Musayev şəhid olmuş, Əli İsmayılov və onunla birgə bir neçə hərbi qulluqçu yaralanmışdır. Əli İsmayılov yanğından çıxarılaraq Bakı şəhərinə, Hərbi Hospitala aparılmışdır. 1 aylıq koma vəziyyətindən sonra 25 mart tarixində müalicə aldığı xəstəxanada şəhid olmuşdur. Goranboy rayonunun Qaradağlı kəndində dəfn edilmişdir.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli İsmayılov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.azertag.az. 24.06.2021. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2022.
  2. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.