Əli Əbdülrəhman

Əli Əbdülrəhman (rus. Eliyê Ebdilrehman; 1920, Van ili1994) — kürd əsilli SSRİ yazıçısı.

Əli Əbdülrəhman
kürd. Eliyê Ebdilrehman
Doğum tarixi 1920
Doğum yeri
Vəfat tarixi 1994
Fəaliyyəti yazıçı

Əli Əbdülrəhman 1920-ci ildə Türkiyənin Van ilində anadan olmuşdur. Dövrün Türkiyə hökumətinin təzyiqi ilə ailəsi ilə birlikdə Qafqaza köçmək məcburiyyətində qalmışdır. O, 1933-cü ildə Ermənistana köçmüş və Üçkilsə rayonunun Həsənli kəndində məskunlaşmışdır. Əbdülrəhman Kürd Dili Müəllimləri İnstitutuna daxil olmuş, 1937-ci ildə oranı bitirmişdir. O, İrəvan Universitetində təhsil almışdır. Əbdülrəhman Bakı Pedoqoji İnstitutunda müəllim kimi çalımışdır. O, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə cəbhəyə getmişdir. Əbdülrəhman Rumıniya, Polşa, Çexoslovakiya, UkraynaBelarus ərazisində nasistlərə qarşı döyüşmüşdür. O, müharibə başa çatdıqdan sonra 1945-ci ilin mayında Ermənistana qayıtmış, ədəbi əsərlər buraxmağa başlamışdır. Əbdülrəhman 1955-ci ildə "Riya Təzə" qəzetində işləməyə başlamışdır. O, kürdlər haqqında ədəbi məqalələrlə yanaşı, ictimai mövzularda da məqalələr yazmışdır. Əbdülrəhmanın ilk kitabı 1959-cu ildə nəşr olunmuşdur. O, 1994-cü ildə vəfat etmişdir.[1]

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Morof
  • Gundê mêrxasan
  • Şer çiya da
  • Hesreta min
  • Gulistan (çeviri)
  • Xatê Xanim
  1. "Eliyê Ebdilrehman: Jîyan û berhemên wî" (Kürtçe). Riya Təzə. 31 Ocak 2017. 30 Mayıs 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 Mart 2020.