Əli Fətulla oğlu Rəhimov (1 iyun 1995, Köçəkli, Masallı rayonu – 1 avqust 2014, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Əli Rəhimov | |
---|---|
Əli Fətulla oğlu Rəhimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Əli Rəhimov 1 iyun 1995-cı ildə Masallı rayonunun Köçəkli kəndində anadan olub.
Əsgər Əli Rəhimov 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Əli Rəhimov doğulduğu Masallı rayonunun Köçəkli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Rəhimov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Əli Rəhimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.