Mustafa Əhmədcan oğlu Coşqunov (10 yanvar 1996, Yeni Həyat, Xaçmaz rayonu – 1 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Mustafa Coşqunov | |
---|---|
Mustafa Əhmədcan oğlu Coşqunov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (18 yaşında) |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Mustafa Coşqunov 10 yanvar 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində anadan olub.
Əsgər Mustafa Coşqunov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-si isə Mustafa Coşqunov doğulduğu Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Coşqunov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Mustafa Coşqunov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.