Vüqar Hidayət oğlu Poladov (1 aprel 1995, Aşağı Öysüzlü, Tovuz rayonu – 1 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Vüqar Poladov | |
---|---|
Vüqar Hidayət oğlu Poladov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1995 |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 2014 (19 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbə | Əsgər |
Təltifləri |
Vüqar Poladov 1995-cı ilin 1 aprel günündə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub.
Əsgər Vüqar Poladov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-i isə Vüqar Poladov doğulduğu Tovuz rayonunun Aşağı Öysüzlü kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Poladov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Vüqar Poladov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.