Səftər Əlihüseyn oğlu Məmmədov (1995, Seyidsadıqlı, Salyan rayonu – 1 avqust 2014, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Səftər Məmmədov | |
---|---|
Səftər Əlihüseyn oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 2014 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbə | Əsgər |
Təltifləri |
Səftər Məmmədov 1995-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub.
Əsgər Səftər Məmmədov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-i isə Səftər Məmmədov doğulduğu Salyan rayonunun Seyidsadıqlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Səftər Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.