Anar Vidadi oğlu Qarazadə (24 aprel 1996, Nərimankənd, Biləsuvar rayonu – 4 avqust 2014, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı yaralansada, bir gün sonra şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Anar Qarazadə | |
---|---|
Anar Vidadi oğlu Qarazadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Anar Qarazadə 24 aprel 1996-cı ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub.
Əsgər Anar Qarazadə 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı ağır yaralandı və avqustun 4-ü Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olub. Elə avqustun 4-ü isə Anar Qarazadə doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qarazadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Anar Qarazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.