İsə Ziyad oğlu Almazov (1977, Cəfərli, Qazax rayonu – 1 avqust 2014, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
İsə Almazov | |
---|---|
İsə Ziyad oğlu Almazov | |
Şəxsi məlumatlar | |
Digər adı | İsə Almazov |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | dörd övlad |
Atası | Ziya Almazov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | N-saylı |
Rütbə | Gizir |
Təltifləri |
İsə Almazov 20 iyun 1977-cı ildə Qazax rayonunun Böyük Cəfərli kəndində anadan olub. İsə Almazov ailəli idi; dörd azyaşlı övladı yadigar qalıb.
2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 13 yanvar 2001-ci ildə gizir, 29 iyun 2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. 2001-2007-ci illərdə hərbi hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir. 2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir.
Gizir İsə Almazov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-i isə İsə Almazov doğulduğu Qazax rayonunun Böyük Cəfərli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Almazov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
İsə Almazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.