Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003).[1] AMEA "Akademkitab" idarəsinin direktoru.
Əliağa Cəfərov | |
---|---|
Əliağa Qafar oğlu Cəfərov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı |
Vətəndaşlığı | Azərbaycan→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Sumqayıt Politexnik Texnikumu Bakı Dövlət Universiteti |
İxtisası | kitabşünas |
Fəaliyyəti | şair, yazıçı, publisist |
Fəaliyyət illəri | 1960-cı illərin sonundan indiyə qədər |
Əsərlərinin dili | Azərbaycan |
Janr | tarixi roman |
İlk əsəri | "Ov" hekayəsi |
Tanınmış əsərləri | "Xocalı faciəsi", "Qırğın" |
Mükafatları | Qızıl qələm mükafatı |
Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur.[2]
1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır.
1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1982–1991-ci illərdə Sumqayıt şəhərindəki 69 saylı kitab mağazasında satıcı, müdir, 1991–1993-cü illərdə isə həmin təşkilatın Plan-İqtisad şöbəsinin rəisi olmuşdur.
1977–1982-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin "Kitabxanaçılıq" fakültəsində təhsil almışdır. Universiteti bitirmiş və kitabxanaşünas-biblioqraf ixtisası almışdır. 1982–1994-cü illər "Azərkitab" kitab ticarəti birliyinin 69 saylı mağazasında direktor, Sumqayıt şöbəsinin direktoru və birliyin plan şöbəsinin rəisi işləmişdir.
1988–1991-ci illərdə Moskva Dövlət Mətbuat Akademiyasının aspiranturasında qiyabi təhsil almış, 1992-ci ildə "Azərbaycanda kitab ticarətinin meydana gəlməsi və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1994-cü ildən indiyədək Milli Elmlər Akademiyası "Akademkitab" kitab evinin direktorudur. Eyni zamanda 1997-ci ildən "Çıraq" nəşriyyatının təsisçisidir.[2]
1999–2003-cü və 2018-ci ildən indiyə kimi Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş. "Bukinist ədəbiyyatı", "Antikvar ədəbiyyat", "Kitab ticarətinin təşkili" fənlərini tədris etmiş, mühazirələr aparmış, elmi işlərə rəhbərlik etmişdir.
2015-ci ildə AMEA Folklor İnstitutunun "Klassik folklor" şöbəsində "Şifahi və yazılı ənənədə "Koroğlu" sujetləri"(eposun Azərbaycan versiyası əsasında) mövzusunda elmi işi yekunlaşdırmışdır. 2015-ci ildə dissertasiya müdafiə edərək Filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.[3]
Əliağa Cəfərov ötən əsrin 60-cı illərindən bədii yaradıcılıqla və jurnalistika ilə məşğuldur. Müxtəlif məbuat orqanlarında müxtəlif səpkili məqalələrlə, hekayələr , mənsur şeirlər, felyatonlar və oçerklərlə çıxış etmişdir. Orduda xidmət zamanı "Krasnaya zvezda" qazetinin nəzdində olan jurnalistika kursunu qırmızı diplomla bitirmiş və bu qazetdə yüzə yaxın məqaləsi çap olunmuşdur.
Bədii yaradıcılığa erkən başlayan Əliağa Cəfərovun ilk hekayəsi "Ov" adı ilə 1974-cü ildə "Pioner" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeir, hekayə, oçerk, publisitik və elmi-kütləvi məqalələrini dərc etdirən şair "Qurani-Kərimi", "Azərbaycan nağılları"nı (5 cilddə), "Koroğlu", "Qaçaq Nəbi" dastanlarını, "Azərbaycan dilinin izahlı lüğəti"ni (3 cilddə) kütləvi tirajla nəşr etdirmişdir. 2011-ci ildə Bəhlul Behcətin "Qaçaq Nəbinin tarixi" (vəsiqə və sənədlər üzrə) əsərini arxivdən taparaq elmi redaktoru və naşiri olmuşdur.
Əliağa Cəfərov 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Türkiyə, Rusiya, Kanada, ABŞ, Latviya, Qazaxıstan Respublikalarında elmi məqalələri və konfrans materialları çap olunmuşdur. Bir çox elmi konfranslarda çıxışlarla iştirak etmişdir. 1997-ci ildən müstəqil "Çıraq"nəşriyyatının təsisçisi və direktorudur.
Cəfərov "Xocalı faciəsi", "Bəlalı dağlar", "Puç olmuş arzular", "Qırğın" romanlarının, "Сасанитская держава в 3–5 вв", "O insanlara yaxşılıq üçün gəlmişdi", "Arzular ümüdlər məktəbi", "Aşıq repertuarında "Koroğlu" dastanı", "Azərbaycan "Koroğlu" dastançılığı ənənələri", "Qırğın" əsərlərinin müəllifidir.[4] Üç cilddə "Azərbaycan dilinin izahlı lüğəti"nin tərtibçilərindən biridir.[4] Beş cildlik "Azərbaycan nağılları", "Azərbaycan folkloru antalogiyası", "Koroğlu", "Qaçaq Nəbi" dastanlarının yenidən işləyib nəşr etdirmişdir. İlk dəfə olaraq 170 ildən sonra Londonda ingilis dilində nəşr olunmuş "Koroğlu" dastanının ilk nəşrini üzə çıxarmış, ölkəyə gətirmişdir. Tərcümə etdirmiş və ön söz yazaraq ana dilimizdə nəşr etdirmişdir.[4]
2020-ci ildə yazıçının "Qırğın" ("Katliam") romanı Türkiyədə 2000 min tirajla nəşr edilmişdir.[5][6]
Əliağa Cəfərov səksənə yaxın elmi və bədii əsərlərin redaktoru olmuşdur. Bir çox ictimai təşkilatların diplomlarına və mükafatlarına layıq görülmüşdür. 2001-ci ildə "Xocalı faciəsi" romanına görə "Qızıl qələm" medalı mükafatı laureatı olmuşdur.
Əliağa Cəfərov ailəlidir. İki qızı, bir oğlu və altı nəvəsi var.