Malqaç basqını

Malqaç basqını — 16 iyun 1919-cu ildə Yörük Əli Əfə və qoşunlarının yunanların nəzarət etdiyi Malqaç körpüsünə basqını. Basqının hədəfi yunanlar tərəfindən Nazilliyə və onun hüdudlarından kənara hərbi texnika daşımaq üçün istifadə edilən Malqaç dəmir yolu körpüsü olub. Bu, Anadolunun qərbində işğalçı yunan qüvvələrinə qarşı ilk təşkil edilmiş mülki müqavimət hücumlarından biri idi.

Malqaç basqını
Türkiyə–Yunanıstan müharibəsi
Yörük Əli Efe (ortada oturub) dostları ilə. 19 iyun 1919-cu il.
Yörük Əli Efe (ortada oturub) dostları ilə. 19 iyun 1919-cu il.
Tarix 15 iyun 1919 (1919-06-15) – 16 iyun 1919 (1919-06-16) (1 gün)
Yeri Malqaç körpüsü, Aydın vilayəti
Nəticəsi Türklərin qələbəsi
Münaqişə tərəfləri

Qüvayi-milliyə

Yunanıstan krallığı

Komandan(lar)

Yorgiyes

Tərəflərin qüvvəsi

60 nəfərlik canlı qüvvə[1]

20 nəfər əsgər körpüdə[1]
1 tabor dəstək qüvvə[2]

İtkilər

1 nəfər yaralanmışdır[1]

20+ nəfər həlak olmuşdur[1]

Körpü Osmanlı imperiyasında tikilən ilk dəmiryolu olan İzmirAydın dəmir yolunun bir hissəsi idi. Malqaç körpüsü Sultanhisar və Atça arasında yerləşirdi və Malqaç dərəsinn üzərində tikilmişdi.

Körpü pulemyotlarla dəstəklənən 20 ağır silahlı yunan əsgəri tərəfindən müdafiə olunurdu. İyunun 15-dən 16-na keçən gecə türklər Dondurandan irəliləyərək səhər saat 02:00-da sallarla Böyük Məndərəs çayını keçdilər. Keçid zamanı onlar iki qrupa bölündülər, hər qrupda 30 nəfər var idi. Onlar Malqaç körpüsünə çatanda qarğıdalı tarlalarında irəliləyərək körpünü mühasirəyə aldılar. Eyni zamanda, bəzi qoşunlar telefon dirəklərinə dırmaşaraq yunanların əlavə qüvvələr çağırmasının qarşısını almaq üçün telefon xətlərini kəsdilər. Onlar körpüyə üç tərəfdən hücum etdilər, yunan qoşunlarını təəccübləndirdilər və hamısını öldürdülər. Onlar körpü dayaqlarına dinamit qoyaraq körpünü dağıtmışdır. Partlayış və yüksək atəş səslərinə görə əraziyə gələn yunan qoşunları yaxınlıqdakı qərargahdan kömək almağa çalışsalar da, türk qoşunları onları saxlamışdır. Dəstək qüvvələrinə bəzi itkilər verdikdən sonra türk qüvvələri geri çəkilmişdir. Hücum bir neçə saat davam etmiş və yunan əsgərləri 20-dən çox itki vermişdir. Türk basqınçılardan yalnız biri yaralanmışdır.

Türklər yunanlardan bəzi silah və sursatları ələ keçirmişdilər. Körpünün və dəmiryolunun dağıdılması nəticəsində yunanlar xeyli müddət Aydın–Nazilli marşrutu üzrə texnika daşımaq üçün dəmiryolundan istifadə edə bilməmişdir.

  1. 1 2 3 4 MALGAÇ BASKINI’NIN YILDÖNÜMÜ KUTLANDI Arxiv surəti 23 iyun 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-06-23 at the Wayback Machine, gozumuzaydin.com (türk.)
  2. Sıtkı Aydınel: Güneybatı Anadolu'da Kuvâ-yı Milliye harekâtı, Vadi Yayınları, 2008, page 156. (türk.)