İzmirdə Yunanıstan desantı (yun. Ελληνική απόβαση στη Σμύρνη) — Yunanıstan qüvvələri tərəfindən 15 may 1919-cu ildə başladılan, İzmir şəhəri və ətraf ərazilərə desant qoşunlarının daxil edildiyi hərbi əməliyyat. Antanta gücləri əməliyyatın planlaşdırılmasına icazə vermiş və ona nəzarət etmişdir. Onlar öz qüvvələrini bəzi əsas yerləri ələ keçirməyə yönəltməklə və döyüş gəmilərini İzmir limanına köçürməklə əməliyyatın gedişatına kömək etmişdir. Eniş zamanı Yunanıstan 1/38 Evzon alayına atəş açılmış, Yunanıstan qoşunları və İzmir yunanlarının iştirakı ilə şəhərdə əhəmiyyətli dərəcədə zorakılıq halları baş tutmuşdur. Bu, İzmirin Yunanıstan tərəfindən işğalına gətirib çıxaran əhəmiyyətli bir hadisə idi. İşğal üç il davam etmişdir və Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) üçün əsas qığılcım olmuşdur.
İzmirdə Yunanıstan desantı | |||
---|---|---|---|
Türkiyə–Yunanıstan müharibəsi | |||
| |||
Tarix | 15 may 1919 | ||
Yeri | Aydın vilayəti, Osmanlı imperiyası | ||
Səbəbi | Osmanlı imperiyasının parçalanması | ||
Nəticəsi | Yunanıstanın qələbəsi | ||
Ərazi dəyişikliyi | İzmirin işğalı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Birinci Dünya müharibəsinin (1914–1918) sonunda və Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsində döyüşləri sona çatdıran Mudros barışığı ilə Antanta dövlətləri Osmanlı imperiyasının parçalanmasına yönəlmiş bir sıra sülh danışıqlarına başlamışdılar. 1919-cu ildə Paris Sülh Konfransı zamanı İtaliya qoşunları Anadoluya eniş edərək Antalyanı ələ keçirmiş və İzmirə doğru hərəkət etməyə başlamışdılar.[12] İtalyanlar digər məsələlərə etiraz olaraq iclası tərk etmiş,[13] bu zaman Britaniya Baş naziri Devid Lloyd Corc və Yunanıstanın Baş naziri Elefterios Venizelos sülh danışıqlarında xristian əhalinin birbaşa təhlükə altında olduğunu iddia edərək Fransa və ABŞ-ni Yunanıstanın mərkəzi İzmirdə olan Aydın vilayətinin ələ keçirməsini dəstəkləməyə inandırmaq üçün uydurulmuş hesabat irəli sürmüşdülər.[14] İşğal zonasının hüdudları və şərtləri müəyyən ediləmişdi, lakin 1919-cu il may ayının əvvəlində Antanta dövlətləri Yunanıstan qoşunlarının İzmir şəhərinə desant qüvvəsi endirməsinə dəstək vermiş və bir sıra döyüş gəmilərini əraziyə köçürmüşdülər.
Danışıqlar hələ davam etdiyi müddətdə Venizelos Aydın vilayətində vəziyyətin pisləşməsi barədə Klemansoya məlumat vermişdir. Burada yerli vali Nurəddin paşa müsəlman qruplarına yunan əhaliyə qarşı sərt tədbirlər görmək əmri vermişdir. Britaniya kəşfiyyatı da ərazidə asayişin pozulması və bu vəziyyətin yaranmasında İtaliyanın rolu barədə məlumat vermişdir. Mayın əvvəlində Venizelos İtaliya ilə Türkiyə arasında əməkdaşlıq hallarını Antanta Ali Şurasına bildirmiş və Antanta gəmilərinin İzmirə göndərilməsini istəmişdir. Bu tələb şura tərəfindən əvvəlcə qəbul edilsə də, dərhal icra edilməmişdir.[15] Bu kontekstdə Britaniya Baş naziri və Xarici İşlər Nazirliyi "ictimai asayişi bərpa etmək və qırğınların qarşısını almaq" məqsədi ilə Yunanıstanın desant qüvvələrinin əsas dəstəkçiləri olmuşdur.[16]
İzmir Osmanlı Hüquqlarını Müdafiə Cəmiyyəti Yunanıstan qoşunlarının gəlişinə hazırlıq məqsədilə təşkil edilmişdi.[17][18] Nurəddin paşa Aydın vilayəti və Aydın Region Komandanlığına vali təyin edilmiş, İzmir Osmanlı Hüquqlarını Müdafiə Cəmiyyətinin fəaliyyətinə dəstək olmuşdur. Buna baxmayaraq, o Antanta dövlətlərinin təzyiqi ilə istefa vernişdir. 11 mart 1919-cu ildə "Qambur" Kürd Əhməd İzzət Paşa yeni vali, 22 mart 1919-cu ildə isə istefada olan general Əli Nadir Paşa hərbi komandan vəzifəsinə təyin edilmişdir.[7]
Yunanıstan ordusu ilk növbədə müvəqqəti işğal üçün deyil, daimi ilhaq üçün gəldiklərini göstərməyə başlamışdı. Onlar Qərbi Anadolunu Yunanıstana birləşdirmək istəyirdilər. Yunanıstanın hansı əraziləri işğal etdiyini gördükdən sonra bəzi türklərə bu niyyət artıq aydın idi. Türkiyənin bu hadisələrə reaksiyasının bir hissəsi olaraq bəzi türk qrupları işğal zonasından kənarda yaşayan mülki yunan icmalarına qarşı sərt tədbirlər görmüşdür.[15] İstanbulda Antanta dövlətlərinn əleyhinə böyük nümayişlər keçirilmiş, 28 mayda Anadoluda türklərlə yunanlar arasında ilk silahlı toqquşma Ödəmişdə baş tutmuşdur. Bu, kiçikmiqyaslı türk silahlı qrupu ilə Yunanıstan qoşunları arasında gerçəkləşmişdir. Bundan sonra Yunanıstanın irəliləmə xətti boyunca türk gerilla müharibəsi alovlanmışdır.[19]
Yunanıstan 1919-cu ildən 9 sentyabr 1922-ci ilə qədər ərazini idarə edən İzmir zonasını yaratmışdır. 1919-cu ilin mayında baş vermiş zorakılıqdan sonra Antanta dövlətlərinin bir çoxu əməliyyata dəstəyini məhdudlaşdırmağa başlamışdı. Fransa və İtaliya Yunanıstanın daimi işğalına qarşı müqavimət göstərmişdilər. 1920-ci ildə Sevr müqaviləsinə görə, regiona inzibati nəzarət Yunanıstana verilmiş, Türkiyə region üzərində suverenliyini qoruyacaqdı, daimi suverenliyə isə 5 ildən sonra qərar veriləcəkdi. İzmirdəki desant əməliyyatı Osmanlı sultanı VI Mehmed adından Osmanlı imperiyasının böyük vəziri tərəfindən də imzalanmış 69-cu maddə ilə təsdiqlənmişdi.[20] Bu, diigər tərəfdən, Mustafa Kamal dövründə türk milliyətçi hərəkatını alovlandırmış və Şərqi Anadoluda yunan əhaliyə qarşı genişmiqyaslı qırğınlara səbəb olmuşdur.[21] 9 sentyabr 1922-ci ildə Türkiyə qüvvələrinin İzmirə daxil olması ilə işğal sona çatmışdır.
the Turkish troops comprising about 3,000 men were to remain confined to their barracks behind the Konak.
<ref>
teqi; stavros
adlı istinad üçün mətn göstərilməyib