Əzablı yollar ("Məlikməmməd") — kinorejissor Tofiq İsmayılovun filmi.[1]
Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır.
Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah (Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd (Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd (Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd (Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar.
- Film "Məlikməmmədin nağılı" adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir.
- Film Amerika kinoprodüserlərinin seçib 1989-cu ildə ABŞ-də nümayiş etdirdikləri 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilmişdi.
- Ssenari müəllifi: Oqtay Məmmədov
- Quruluşçu rejissor: Tofiq İsmayılov
- Quruluşçu operator: Şərif Şərifov, Vladimir Sapojnikov
- Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov
- Bəstəkar: Tofiq Quliyev
- Səs operatoru: Vladimir Savin
- Rejissor: H. Səlimov, Yefim Abramov
- Operator: Nemət Rzayev
- Montaj edən: Tahirə Babayeva
- Montaj üzrə assistent: Esmira İsmayılova
- Geyim rəssamı: Tatyana Əmirova
- Qrim rəssamı: V. Şikin
- Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev, Gennadi Tişşenko
- Quraşdırılmış səhnələrin operatoru: A. Ertel
- Redaktor: Nadejda İsmayılova, F. Aşurov
- Rəqslərin quruluşu: Əminə Dilbazi
- Mahnıların mətni: Ramiz Rövşən
- Çalır: Azərbaycan Dövlət Mahnı Teatrının Musiqi Ansamblı
- Dirijor: Rafiq Babayev
- ????: Ə.Əliyev
- ????: V. Nəbiyev
- ????: Arif Səfərov
- ????: R. Lev
- ????: N. Daşdəmirov
- ????: T. Əlizadə
- ????: A. Əliyev
- Çəkilişə kömək etmişdir: S. Quliyev
- Filmin direktoru: Gennadi Lapşuk
- Mahnı ifa edən: Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə, Eldar Axundov, Lütfiyar İmanov, Yaşar Nuri, Səyavuş Aslan
- Ötkəm İsgəndərov — Məlikməmməd
- Elşad Qazıyev — Şahməmməd
- Viktor Dəmirtaş — Xanməmməd
- Sonaxanım Əliyeva — Pərizad
- Həmidə Ömərova — Nurzad
- Leyla Manafova- Gülşad
- Həsən Məmmədov — padşah
- Məmmədrza Şeyxzamanov — nağılçı
- Həşim Qadoyev — qarayel
- Rafiq Kərimov — kosa
- Eldəniz Zeynalov — böyük div
- Səyavuş Aslan — ortancıl div
- Yaşar Nuri — kiçik div
- Ə. Əliyev
- Ömür Nağıyev
- Mayak Kərimov
- R. İsrafilov
- Vəliəhd Vəliyev
- L. Bobrikov
- N. Aslanova
- K. Vəliyeva
- V. Nəbiyev
- N. Kərimova
- Səməndər Rzayev — hökmdar (Həsən Məmmədov) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — qarayel (Haşım Qadoyev) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — kosa (Rafiq Kərimov) (titrlərdə yoxdur)
- Rasim Balayev — Məlikməmməd (Ötkəm İsgəndərov) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Xanməmməd (Viktor Dəmirtaş) (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — Şahməmməd (Elşad Qazıyev) (titrlərdə yoxdur)
- ↑ “Əzablı yollar” (“Məlikməmməd”) film-nağılı Rusiyada bərpa edilib: [kinorejissor Tofiq İsmayılovun eyni adlı filmi] //525-ci qəzet. — 2011.- 16 noyabr.- S. 7.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.