Ağamusa Nağıyev

Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1849[1], Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası4 mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi.

Ağa Musa Nağıyev
Ağa Musa Hacı Nağı oğlu Nağıyev
Doğum tarixi 1849[1]
Doğum yeri
Vəfat tarixi 4 mart 1919(1919-03-04)
Vəfat yeri
Dəfn yeri Biləcəri qəbiristanlığı
Həyat yoldaşları Yelizaveta Qriqoryevna
Ümməsəlmə Kərbalayı Cəfərqızı[2]
Uşaqları İsmayıl Nağıyev
Ümbülbanu
Atası Hacı Nağı Nağıyev
Fəaliyyəti sahibkar, sənayeçi, mesenat[d], xeyriyyəçi
Mükafatları 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni
musanagiyev.az/az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub.[3] Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır.[4]

Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin var-dövləti beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var-dövləti 10 milyonlarla qızıl pula çatmışdı.[5]

Milyonçu Ağa Musa "əfsanəvi" bir şəxsiyyətə dönmüşdü. "Cəmiyyəti xeyriyyə" üçün şəhərin mərkəzində əzəmətli "İsmailiyyə" binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realni məktəbin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməsinə[6], şəhər kənarında keçmiş Semaşko[7], indiki 1 saylı Şəhər Klinik Xəstəxanasını tikdirməyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə və digər çoxlu xeyriyyə işləri görməyinə baxmayaraq camaat tərəfindən xəsis adıyla damğalanmaşdı.[8]

Ağa Musa bəhai dinini qəbul etmişdi. Onun şərəfinə əzəmətli əfsanəvi "İsmailiyyə binası"nın əsas fasadında, lap yuxarıda Şeyx Bəhanın qranitdən böyük bir heykəlini qoydurmuşdu. Onun altında, girdə pəncərələrin birində isə vaxtsız vəfat etmiş oğlu Ağa İsmayılın kresloda oturmuş halda mərmərdən yonulmuş heykəli dururdu.[9]

Ağa Musa cavanlıqda dalında palan biri üç qəpiyə, beş qəpiyə ona-buna şələ daşıyarmış. Zəhmət-əmək hesabına pul yığıb əvvəl Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə aldı. Gecə gündüz quyu qazanların yanından çəkilmir, heç kimi bekar qalmağa, hədər vaxt itirməyə qoymurdu. Adətən xoş dillə onları işləməyə vadar edirdi. Yeri gələndə acıqlanarmış. Hər iki halda da fəhlələrə "atam-atam" deyə müraciət edirmiş.[10]

Özüdə fəhlələrlə bərabər ağır işlərdə işləyirdi. Nəhayət tale üzünə gülür, quyu fontan vurur, şələçi Musa dönüb olur Ağa Musa, milyonçu Ağa Musa Nağıyev. Özüdə get-gedə bacarıqlı bir iqtisadçı olur. Sərvət artdıqca, tamah, həvəs, ehtiras da artır, gecə-gündüz işləyir, iş artdıqca isə qüvvə, arzu da böyüyür. 1893-cü ildə qonşu Sabunçuda, Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən Bibiheybət dərəsində, Naftalan körfəzi sahilində mədən ələ keçirir. Qazılan quyuların hamısı güclü fontan vurur. İnsan tamahının hüdudu yoxdur. Çox keçir ki, Ağa Musa Suraxanıda da mədən salır. Qaraşəhərdə xüsusi neftayırma zavodu tikdirir. Öz mədənlərində alınan neftdən başqa həm də kənar neftxudalar üçün neft təmizlətdirib haqqını alır. Mexaniki emalatxana düzəltdirir. Hər yerdən qara neft qızıla çevrilib bulaq kimi sandıqlarına axır.[11]

XIX əsrin lap sonlarında Ağa Musa "Neftçıxarma firması" yaradır. Şəhərdə çoxlu mülk tikdirir və alır, yüzə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi olur.[12]

Ağa Musa Nağıyevin yaşadığı evin kənardan görünüşü
Musa Nağıyevin yaşadığı ev. Hal hazırda Bakının mərkəzində yerləşir

O, uzun müddət Bayır şəhərdə, Qasım bəy məscidinin arxasında Zərgərlər küçəsi ilə Gimnazist (Lev Tolstoy) küçəsinin tinində, ikimərtəbəli, səkili binada yaşayırdı. Evin tinindəki daş fənərə "səng fənər" deyirdilər. Daş fənərə qırmızı, yaşıl, abı, firuzəyi şüşələr salmışdılar. Axşamlar fənər əlvan işıqlarla yanırdı. Uşaqlar toplaşıb "səng fənər"ə heyran-heyran, maraqla tamaşa edərdilər.

Ağa Musa təmtərağı, dəbdəbəni sevməzdi, şan-şöhrətdən məst olmazdı, artıq xərcdən, israfçılıqdan qaçardı. Məddahlığı səmimilikdən mahir psixoloq kimi ayırardı. Tərifi milçək vızıltısı hesab edirdi. Ağa Musa həmin evdə axıradək qalmadı, sonralar Hacı Zeynalabdin Tağıyevin təkidi ilə xanəndə Seyid Mirbabayevdən aldığı dəniz qırağında, Bağ küçəsindəki əzəmətli mülkə kirayənişin köçdü. Təbiətdə, cəmiyyətdə, eləcə də insanların özündə bəzən daban-dabana bir-birinə zidd cəhətlər, xüsuiyyətlər olur. Xəsislikdə ad çıxarmış Ağa Musa bəzən elə səxavət göstərirdi ki, hamı heyrətlənirdi.

İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. İki ildən sonra borcunu qaytarır və parça alveri ilə məşğul olur. 5 ildən sonra 2 000 manat qənaət toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələri alaraq neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fontanları başqaları kimi onu da milyonçu edir. 1908-ci ildə onun şirkəti rekord miqdarda — 12 328 300 pud xam neft istehsal edir. Bu Azərbaycanın neft şirkətləri arasında ən yüksək göstəricidir.

Musa Nağıyevin məzarı

Ağa Musa Nağıyev 1919-cu ilin mart ayında vəfat etmişdir.[13] Məzarı Biləcəri qəsəbəsində salınmış məzarlığın girəcəyində yerləşir.[14]

Haqqında olan mif

[redaktə | mənbəni redaktə et]

Musa Nağıyev "Cəmiyyəti xeyriyyə" üçün şəhərin mərkəzində əzəmətli "İsmailiyyə" binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda "Realnı" məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki 1 saylı Kliniki Tibbi Mərkəz) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı. Hacı Zeynalabdin Tağıyev ona bu binanı baha satmaq istədi amma Ağa Musa onun bu fikri ilə razılaşmadı. Bu onun oğlu Ismayılın adı ilə bağlı və onun şərəfinə tikdirmək istəyirdi sonra isə belə bir "İsmailliyə" binası tikildi.

Kasıblara kömək ("Molla Nəsrəddin" jurnalı, № 23, 9 iyun 1908-ci il)
Mərdəkanda qəbristan məsələsi ("Kəlniyyət" jurnalı, № 8, 13 iyul 1912-ci il)

28 may küçəsindəki qoşa imarətlər, həmçinin həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözəgəlimli binaları Ağa Musa Nağıyevin pulu ilə tikilmişdir.

O, birinci "Realnı" məktəbinin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə 25 müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı 50%-ə çatmışdı.

Oğlu İsmayıl Nağıyev

Oğlu İsmayıl bəy Nağıyev gənc yaşda vəfat etdikdən sonra atası tərəfindən İsmailiyyə Sarayı onun şərəfinə tikilmişdir.

2008-ci ildə "Bakı milyonçuları. Ağa Musa Nağıyev" adlı qısametrajlı sənədli film çəkilmişdir.

  1. 1 2 https://musanagiyev.az/az.
  2. "Məşhur neft milyonçusu Musa Nağı oğlu Nağıyev – xaricdə yatan milyonlar və qızıllar…'". anspress.com. İstifadə tarixi: 7 mart 2018.
  3. "Бакинский миллионер Ага Муса Нагиев" (rus). portal.azertag.az. İstifadə tarixi: 11 mart 2018.
  4. Pəri Mirzəyeva. "Baku Oil and Oil Magnates" (ingilis). vyshka.azeurotel.com. İstifadə tarixi: 24 dekabr 2007.
  5. "Nağıyev Ağamusa – neft sənayeçisi, milyonçu, xeyriyyəçi". Socarplus.az. 2019-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-02.
  6. "Куда делись миллионы Нагиева — рассказывает внучка миллионера". ru.sputnik.az. İstifadə tarixi: 11 mart 2018.
  7. "Бакинские миллионеры - Ага Муса Нагиев (Часть 2)". banco.az. İstifadə tarixi: 2018-03-02.
  8. Suleyma ov, Manaf. Memories. Azerneshr. 1987. ISBN 5-552-00349-7.
  9. Национальная буржуазия в период Азербайджанской Демократической Республики. 2007.
  10. Stories of Taghiyev: Baku's Most Renowned Oil Baron Arxivləşdirilib 2007-04-01 at the Wayback Machine by Manaf Suleymanov. Azerbaijan International. Summer 2002 (10.2). Retrieved 25 December 2007
  11. "В отличие от Тагиева, это был беспощадный, жестокий эксплуататор, к тому же, очень скупой, прижимистый. Этот никогда не бросал денег "на ветер"" (rus). baku-eto.az. 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2018.
  12. Okan Yeşilot. "Aga Musa Nagiyev: Azerbaycan için birçok ilki gerçeleştirmiş efsanevi petrol kralının hazin sonu: şöhreti, serveti ve hayırseverliği" (PDF) (türk). kutuphane.tbmm.gov.tr. İstifadə tarixi: 14 mart 2018.
  13. "Arxivlənmiş surət". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-27.
  14. "İki dəfə məzarı dağıdılan BAKILI MİLYONÇU…" Arxivləşdirilib 2021-11-01 at the Wayback Machine. Modern.az