Sword Art Online: Infinity Moment (ソードアート・オンライン -インフィニティ・モーメント-, Sōdo Āto Onrain: Infiniti Mōmento?) — Sword Art Online ranobe seriyasına əsaslanan 2013-cü il istehsalı videooyun. Videooyun Yaponiyada PlayStation Portable platforması üçün 14 mart 2013-cü ildə həm məhdud, həm standart nəşrdə buraxılmışdır.[1] Sikvel oyunu "Sword Art Online: Hollow Fragment" (PlayStation Vita) oyununa bu oyunun bütün məzmunu daxildir.[2]
Sword Art Online: Infinity Moment | |
---|---|
Hazırlayan | Aquria |
Yayımlayan | Bandai Namco Games |
Seriya | Sword Art Online |
Buraxılış tarixi | 14 may 2013 |
Janrlar | Rol oyunu |
Texniki məlumat | |
Platformalar | PlayStation Portable |
Oyun rejimi | birnəfərli oyun |
İdarəetmə | təkoyunçulu |
Rəsmi saytı |
Geympleyin MMORPG oyunlarınkına çox bənzərdir, lakin oyun onlayn deyil. Oyunda silahlar almaq və inkişaf etdirmək, missiyalara getmək, digər personajlarla qrup şəklində döyüşmək mümkündür.[3] Baş qəhrəman Kirito qılınclar və baltalar kimi 10 cür silah gəzdirə bilər.[4]
Oyunun məzmunu orijinal hekayənin birinci arkından sonra baş verən alternativ hekayə haqqındadır. Hitklifi məğlub etmələrinə baxmayaraq Kirito və digər personajlar Sword Art Online oyununun içərisində qalırlar və digər VMMORPG oyunçuları (ikinci və üçüncü arkların personajları Lifa və Sinon kimi) özləri bu oyuna daxil olurlar.[5]
Oyun 14 mart 2013-cü ildə Yaponiyada PlayStation Portable platforması üçün buraxılmışdır. 2014-cü ilin iyununda Bandai Namco Games oyuna yeni oyun modu əlavə etmişdir. Yeni mod sayəsində oyunun əsas hekayəsini tamamladıqdan sonra əlavə geympleyə keçmək mümkündür.[6]
Oyunun ilk həftəsində Yaponiyada 138,180 nüsxəsi satılmışdır. Həmin həftə oyun Yaponiya proqram təminatı siyahısına başçılıq etmişdir.[7] 2013-cü ilin iyun ayına qədər satılan nüsxələrinin sayı 200.000 keçmişdir.[6] Famitsu oyuna 10 xal üzərindən 8, 7, 7 və 7 xal (ümumilikdə 29/40 xal) vermişdir.[8]