Sword Art Online II seriyalarının siyahısı

"Sword Art Online"-ın davam mövsümü olan "Sword Art Online II" Reki Kavahara tərəfindən yazılan və abec tərəfindən çəkilən eyniadlı fentezi ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialı A-1 Pictures və SAO Project tərəfindən istehsal olunmuş və Tomohiko İtonun rejissorluğu ilə çəkilmişdir. Serial üç arka bölünmüşdür: Ölüm gülləsi, Kalibur və Ananın rosariosu. Anime serialı ranobenin 5-7 cildlərini, eləcə də, 8-ci cildin bəzi hissələrini əhatə edir. İkinci mövsümdə Kazuto "Kirito" Kiriqaya Gun Gale Online (GGO) adlı yeni virtual reallıq oyununa daxil olur, orada Şino "Sinon" Asada adlı oyunçu ilə tanış olub onunla müttəfiq olur və virtual reallıqda oyunçuların avatarlarını öldürməklə onları real həyatda da öldürə bilən "Ölüm silahı" adlı oyunçunu araşdırmağa başlayır. Daha sonra Kirito və dostları ALfheim Online-a (ALO) qayıdıb Yotunheymin əvvəlki qüdrətini bərpa etmək üçün buz divlərinin kralı Trimdən Ekskalibur qılıncını əldə etməyə çalışırlar. Sonuncu arkda Asuna Yuuki Yatan cəngavərlərinin lideri olan və sonuncu missiyada onlara qatılmasını xahiş edən Yuuki Konno adlı qızla tanış olur. Lakin daha sonra Asuna onun ağır xəstə olduğunu və tezliklə öləcəyini öyrənir.

Sword Art Online II
Anime serialının posteri.
Anime serialının posteri. Personajlar: SinonKirito.
Ölkə Yaponiya
Seriya sayı24
Ekranlaşdırma
Orijinal kanalTokyo MX
Orijinal efir5 iyul 2014 (2014-07-05) – 20 dekabr 2014 (2014-12-20)
Mövsüm xronologiyası
← Əvvəlki
Sword Art Online

Anime serialı 5 iyul 2014-cü ildən 20 dekabr 2014-cü ilə kimi Tokyo MX kanalında yayımlanmış və 24 seriya davam etmişdir. Daha sonra başqa 11 kanal tərəfindən yayımlanmışdır. Aniplex animeni bütün dünyada yayımlamışdır. İlk DVD və BD cildi Yaponiyada 1 fevral 2015-ci ildə buraxılmışdır. Son cild isə 26 iyun 2015-ci ildə buraxılmışdır. 9 cildin hamısına "Sword Art Offline II" (ソードアート・オフラインつー, Sōdo Āto Ofurain?) adlı bonus seriyalar əlavə edilmişdir. Şimali Amerikada Aniplex of Amerika 30 iyun 2015-ci ildə animenin 4 BD/DVD cildini ildə buraxmışdır. Avstralasiya regionunda Madman Entertainment animeni 4 BD/DVD cildi şəklində buraxmışdır. Avropada Anime Limited ildə animenin 4 cildini buraxmışdır. "Sword Art Online: Ordinal Scale" adlı davam anime filmi 18 fevral 2017-ci ildə ekranlaşdırılmışdır. Davam mövsümü – "Sword Art Online: Alicization" 2018-cü ilin oktyabrında yayımlanmağa başlacaqdır.

Anime serialı üçün 5 parça mahnıdan istifadə edilmişdir: 2 açılış mahnısı və 3 bağlanış mahnısı. İlk 14 seriyanın açılış mahnısı Eyr Aoy tərəfindən ifa olunan "Ignite" mahnısı, bağlanış mahnısı isə Luna Haruna tərəfindən ifa olunan "Startear" mahnısı olmuşdur. 15-ci seriyadan istifadə olunan ikinci açılış mahnısı Haruka Tomatsu tərəfindən ifa olunan "Courage" mahnısı olmuşdur. İkinci və üçüncü bağlanış mahnıları "No More Time Machine""Shirushi" mahnıları olmuşdur. Hər iki mahnı LiSA tərəfindən ifa olunmuşdur. Anime serialının saundtreki Yuki Kaciura tərəfindən bəstələnmişdir.

Seriya siyahısı[redaktə | mənbəni redaktə et]

Sword Art Online II (2014)[redaktə | mənbəni redaktə et]

Ölüm gülləsi arkı[redaktə | mənbəni redaktə et]

Kalibur arkı[redaktə | mənbəni redaktə et]

Ananın rosariosu arkı[redaktə | mənbəni redaktə et]

Media[redaktə | mənbəni redaktə et]

Yaponca buraxılış[redaktə | mənbəni redaktə et]

İngiliscə buraxılış[redaktə | mənbəni redaktə et]

Sword Art Offline II[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]