Abxaz-adıge xalqları

Abxaz-adıge xalqları – Şimali Qafqazda , Cənubi Qafqazda, Yaxın Şərqdə və qismən dünyanın bir çox ölkələrində diasporalarında yaşayan və mənşəcə qohum olan xalqların – abxazlar, adıgelər, kabardalılar, şapsuqlar, abazinlər, ubıxlarçərkəzlərin ümumi adı. Daha çox islam dini üstünlük təşkil edir. Az miqdarda pravoslavlar mövcud. Ateizm yetərincə geniş yayılmış.[1] Abxaz-adıge xalqları Şimali Qafqazın ikinci böyük xalqlar qrupudur[2].

Abxaz-adıge xalqları
Ümumi sayı
4 milyon
Yaşadığı ərazilər
Qafqaz
Yaxın Şərq
Dili

Abxaz-adıq dilləri

Dini

islam, az miqdarda pravoslav

Qohum xalqlar

Dağıstan xalqları

Ümumi məlumat 

[redaktə | mənbəni redaktə et]
Qafqazda abxaz-adlge xalqlarının say tərkibi

Abxaz-adıge dillərində danışırlar. Qədimdən Şimali Qafqazın cənub-qərbində, KubandaQara dəniz sahillərində yaşamışlar. Abxaz-adıge xalqlarının etnogenezində skiflər, sarmatlar, alanlar və başqaları iştirak etmişlər. Kubanətrafı tayfalar antik müəlliflərin əsərlərində meotlar adı ilə qeyd olunmuşlar. Təqribən V–X əsrlərdə abxaz-adıge tayfaları ittifaqına zixlər başçılıq etdiyindən, bu ad ilə tanınmışlar. Sonradan həm Kuban, həm də Qara dəniz sahillərində yaşayanlara zix və kerket adı şamil edilmişdir. Əlavə olaraq müxtəlif araşdırmaçıların fikirlərinə görə bu xaqlar sino-qafqaz makroailə dil qrpuna daxildir. Ancaq nəzərə almaq lazımdır ki, göstərilən bu elmi hipotez hələlik əksər linqvistlər tərəfindən dəstəklənmir.

Şərq (xüsusilə ərəbfars) mənbələrində kaşaklar, keşeklər, monqol istilası (XIII əsr) dövründə isə çərkəzlər adlanmışlar. XIII–XIV əsrlərdə bu tayfaların bir hissəsi Terek çayı hövzəsinə doğru irəliləyərək, burada alanların qalıqları ilə qarışmış və nəticədə Kabarda xalqı formalaşmışdır. Digər tayfalar isə adıgelər kimi təşəkkül tapmışlar.

Qafqaz müharibəsinin (1817–64) sona çatması ilə onların bir qismi kütləvi şəkildə Osmanlı imperiyası ərazisinə, qərbi adıge tayfalarının nəsillərindən olan adıgelər isə XIX əsrin 30–40-cı illərində Kubana köçürülmüşlər.

Abxaz-adıge xalqları təsərrüfat fəaliiyətinə görə Mərkəzi və Şərqi Qafqazın yüksək dağlıq xalqlarından kəskin fərqlənirlər. Çərkəzlərin və kabardinlərin məskunlaşdığı ərazilərdə daha çox düzənlik relyefi üstünlük təşkil edir. Ancaq abadzexlər Qafqazın daha yüksək qurşaqlarında məskunlaşmış. Əsasən əkinçilik və meyvəçilik üstünlük təşkil edir.[2]

  • Hoiberg, Dale H., redaktorAbkhazo-Adyghian languages // Encyclopedia Britannica. I: A-ak Bayes (15th). Chicago, IL: Encyclopedia Britannica Inc. 2010. 33. ISBN 978-1-59339-837-8.
  • Chirikba, Viacheslav. Common West Caucasian. The Reconstruction of its Phonological System and Parts of its Lexicon and Morphology. Leiden: Research School CNWS, School of Asian, African, and Amerindian Studies. 1996. ISBN 978-9073782716.
  1. "Абхазо-адыгские народы". 2019-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  2. 1 2 "Абхазо-адыгейские народы". 2019-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.