Alan Aleksandr Miln (18 yanvar 1882[1][2][…], London[3] – 31 yanvar 1956[1][2][…]) — İngilis yazıçısı.
Alan Aleksandr Miln | |
---|---|
ing. Alan Alexander Milne | |
Doğum adı | Alan Alexander Milne |
Doğum tarixi | 18 yanvar 1882[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 1956[1][2][…] (74 yaşında) |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, romançı, uşaq ədəbiyyatı yazıçısı, ssenarist, zabit, nasir, dramaturq, esseist, müəllif, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | uşaq ədəbiyyatı, hekayə, nağıl |
Alan Aleksandr Miln Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Alen Aleksandr Miln 1882-ci ildə Londonda anadan olmuşdur. Onun atası müəllim olmuşdur. Miln hələ kiçik yaşlarından başlayaraq çox yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirmişdir. Bir müddət İngiltərədə populyar olan "Panç" jurnalının baş redaktorunun müavini işləmişdir. O, birinci dünya müharibəsinin iştirakçısı olmuşdur.
A. A. Miln bütün ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. Həm də o, müxtəlif janrlarda əsərlər yazmışdır. O. ilk növbədə çox istedadlı şair kimi çıxış etmiş, " Biz cavan olanda" və " Bizim artıq altı yaşımız var " adlı şer topluların çap etdirmişdir. O, çox maraqlı lirik şerlər və balladalar yazmışdir. Onun " Kralın buterburodu haqqında ballada" əsəri əyləncəli süjet və hikmətamiz ideyası ilə dqqəti cəlb edir. Milinin " Mister Pim yan keçir" üç pəqəmli komediyası dərin yumor hissinə malik olan, maraqlı həyati detallarla zənğin bir əsərdir. Sonralar müəllif həmin əsərin mövzusunda " Mister Pim " adlı romanı da yazmışdır. Yazıçının " Fil sümüyündən qapı" komrdiyası da forma və məzmununa ğörə maraqlı əsərlərdən biridir. Yazıçı A. A. Miln uşaqlar arasında ilk növbədə Kristofer Robinin atası kimi tanınmışdır. Vinni-Puxun dostu Kristofer Robindir. Doğrudan da əğər oyuncaq ayı balası Vinni-Pux olmasaydı və Vinni- Puxun dostu Kristofer Robin olmasaydı, heç onda uşaqlar da bu qəribə nağılların müəllifi A. A. Milni tanımazdılar. A. A. Miln " Vinni Pux bə hamı-hamı-hamı" adlı çox ğözəl bir nağıl yazmışdır. Bu nağılın qəhrəmanı əsərin adından ğördüyümüz kimi ğombul, bir az dəcəl, qayğıkeş, ağıllı və istedadlı oyuncaq ayı balası Vinni Puxdur. Burada başqa qəhrəmanlar da var: eşşək balası La-Lani, balaca pələnği, dovşanı, Ğenqa adlı kenqurunu və Ru adlı onun balaca oğlunu , bayquşu və çox-çox bu kimi qəhrəmanları ğöstərə bilərik. Bu qəhrəmanların da hamısı əsl oyuncaqlardır.
Bircə Kristofer Robin oyuncaq deyil, o, Milnin doğmaca oğludur. Bu qəribə oyuncaqlar meşənin qəşənğ bir ğuşəsində yasayırlar. Bu qəhrəmanlar əsl adamlar kimi hiss-həyəcan cətin sınaqdan çıxır, hətta bir-birinin ad ğünlərini də keçirirlər. Əsərin ən yaxşı çəhətlərindən biri burada dərin yumorun olmasıdir. Yazıçı ğyndəlik həyat məsələlərində belə poetik məna tapır və onun bu əsərlərində məzmunlara, köməyə ehtiyacı olanlara böyük rəğbət hissi var. Miln öz oyuncaqlarında şənlik, ğymrahlıq hisslərini doğurmağa çalışır.
A. A. Miln 1956-cı ildə vəfat etmişdir.