Alazan-Əyriçay vadisi

Vadinin Kaxetidən olan hissəsindən görüntü

Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi[1]) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca ƏyriçayQanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir

Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi.[2]

Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar.

Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori.

Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu.

Heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır. Hazırda burada tirandaza (oxlu kirpi), yarasalar, safsar, çaqqal, canavar, tülkü, süleysin, yunan tısbağası, kərtənkələlər, ilanlar və s. rast gəlinir. 1942-ci ildə Amerikadan gətirib İsmayıllı rayonunda meşəyə bupaxılan çəkisi 7-8 kq olan və olduqca tez çoxalan yırtıcı məməli heyvan - yenot Böyük Qafqazın cənub yamacı rayonlarında yayılaraq kiçik həşəratlardan tutmuş, quşlarla, məməli heyvanlarla və meyvələrlə qidalanır. Turac, qırqovul, bildirçin və s. quşların sayının azalmasında yenotlar əsas yer tutur. Qanıx-Həftəran vadisində olduqca çoxlu quş növləri, vəhşi bal anları, bir çox gecə və gündüz kəpənək növləri geniş yayılmışdır.[3]

  1. Алазан-Һәфтәран вадиси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 211.
  2. "C запада Шеки, как мы уже знаем, граничил с Санарией, т.е. Кахетским княжеством. Приблизительную линию гранцы в IХ - первой половине Х века можно представить по данным грузинских историков: в Алазанской долине она проходила немного западнее сел. Веджини и Гавази (Ахалсопели); на Иорском плато − немного восточное Гареджийского монастжря и сел. Бодбе. С востока Шаки граничил с маленьким царством Кабалой. Так как местоположение Кабалы, древный столицы Алвании, известно (около сел. Чухур_Кабала Куткашенского р-на Аз. ССР), то приблизительно можно считат, что граница между Кабалой и Шаки проходила где-то р. Алджиган-чая (Гюрджа-даг? - хребет и гора)... На севере границей служил, конечно, Кавказский хребет, причем, нет сомнения, что и юго-западный район Дагестана входил в состав этого царства. Что касается южной границы, то, можно было бы предположить, что она проходила по Куре." ,- Д.Л.Мусхелишвили, Из исторической географии восточной Грузии (Шаки и Гогорена), Тбилиси, 1982, c. 37
  3. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit Bakı 2003