Əyriçay — Qanıxçayın sol qolu. Oğuz, Şəki və Qax rayonları ərazisindən axır. Yuxarı hissəsində Daşağıl adlanır. Böyük Qafqazın cənub yamaclarından axan Kiş, Murdal, Şin, Küngüt və s. dağ çayları bu çaya tökülür. İlk dəfə VII əsrə aid mənbələrdə Kri adı ilə qeydə alınmışdır. Hidronim çayın əyri formada qərbə tərəf axması ilə bağlı olaraq yaranmışdır.[2]
Əyriçay | |
---|---|
Ölkə | |
Mənsəbi | Qanıxçay |
Uzunluğu |
|
Su sərfi | 21,7 m³/s[1] |
Hövzəsinin sahəsi | 1.810 km²[1] |
Uzunluğu 134 km, hövzəsinin sahəsi 1810 km²-dir.[3] Başlanğıcını Böyük Qafqazın cənub yamacından, Təkləbaşıdağın 1,5 km qərbindən (3509 m) götürür, Cənub yamacından axan Küngüt, Kiş, Şin və Kürmükçay və bir sıra başqa kiçik çaylar Əyriçaya tökülür.
Çayın illik axımının 14%-i qar, 32%-i yağış, 54.%-i isə yeraltı sular hesabına əmələ gəlir. Yazda qar, payızda yağış suları çayda daşqın əmələ gətirir. Daşqın martda başlayıb iyunun əvvəllərinə kimi davam edir. Yaz daşqını dövründə keçən suyun sərfi illik su sərfindən 50-60 dəfə çox olur. Yağış sularından əmələ gələn daşqınlarda keçən su sərfindən xeyli artıq olur. Belə küclü daşqınlar bəzən çayda sel hadisəsinə çevrilir.
İllik axımının 25-35%-i yaz və yay fəsillərində, 15%-i payızda, 12%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) illik axımının 10-12%-i axıdılır.
Çayın suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta mineral-laşması mənbədən mənsəbə doğru 150 mq/l ilə 300 mq/l arasında dəyişir.
Əyriçayın suyu Oğuz, Şəki və Qax rayonlarının əkin sahələrinin suvarılmasına məsrəf edilir.
Həmçinin, çayın su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə Şəki rayonu ərazisində Əyriçay su anbarı tikilmişdır.