Alazan Baycan

Alazan Baycan və ya Hacı Həsənzadə ― azərbaycanlı mühacir şair və həkim.

Alazan Baycan
Hacı Həsənzadə
Doğum tarixi
Doğum yeri Qazax
Vəfat tarixi Frayburq, Almaniya (76 yaşında)
Vəfat yeri Frayburq, Almaniya
Təhsili Qazax Müəllimlər Seminariyası
Bakı Dövlət Universiteti
İstanbul Universiteti
Fəaliyyəti şair, müəllim
Əsərlərinin dili Azərbaycan dili

Qazax Müəllimlər Seminariyasında, Azərbaycan Dövlət Universitetində və İstanbul Universitetində təhsil alıb.

Mühacir kimi Türkiyə və Almaniyada yaşayıb. 1943-cü ildən 1947-ci ilədək əsir düşərgələrində həkim və tərcüməçi kimi fəaliyyət göstərib.

Hacı Həsənzadə 1913-cü il may ayının 12-də Qazaxda anadan olub[1]. Orta məktəbi Qazaxda bitirdikdən sonra Qazax Müəllimlər Seminariyasına daxil olub[2]. 1929-cu ildə seminariyanı bitirib bir il müddətində Balakəndə müəllimlik edib. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub[3].

1933-cü ildə universiteti ataraq əvvəlcə İrana, daha sonra isə Türkiyəyə keçib. 1934-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub. 1939-cu ildə universiteti bitirdikdən sonra İstanbulda Gülhanə Tətbiqi Məktəb və Klinikasında həkim kimi fəaliyyət göstərməyə başlayıb. Daha sonra isə Gemlik Hərbi Xəstəxanasında çalışıb[4].

Mühacirətdə özünə Alazan Baycan ad soyadını götürüb.

1942-ci ildə mühacir Fuad Əmircanla birlikdə Almaniyaya gedərək, bir il Berlin Universitetində çalışıb. 1943-cü ildən Frayburq Universitetində fəaliyyət göstərib. 1943-cü ildən 1947-ci ilədək əsir düşərgələrində həkim və tərcüməçi kimi fəaliyyət göstərib[5]. 1949-cu ildə daxili xəstəliklər üzrə mütəxəssis adını qazanaraq həmin ildən etibarən özəl müayinəxana açaraq fəaliyyət göstərib[6].

Höte və Nitşenin əsərlərindən tərcümələr edib[4].

1989-cu il noyabrın 8-də Freyburqda vəfat edib[1].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Alazan Baycanın şeirlərində əsas tənqid hədəfi rus işğalı, ruslaşdırma siyasəti, fars şovinizmi, eyni zamanda onlara köləlik edən satqınlardır. "Könül sazından", "Ana dili", "Dilican yollarında", "Vallis dağlarında", "Ruslaşma", "Bilməcə" adlı şeirlərində, "Azərbaycan satqınlarına", "Bitdili iman", "Qızıl şeytan" poemalarında şair, rus və fars rejimlərinin xalqımıza, onun milli, mənəvi dəyərlərinə, dilinə düşmən münasibəti tənqid edir[1].

Alazan Baycan Məmməd Əmin Rəsulzadəyə "Məhəmməd Əmin Rəsulzadənin əziz ruhuna", Mirzə Ələkbər Sabirə "Mirzə Ələkbər Sabiri anarkən", Səməd Vurğuna "Səməd Vurğunun eşqi", Əhməd Cavada "Göygöl", Mirvarid Dilbaziyə "Könül sazından III", Qulu Xəlilova "Atam və mən", Abbas Zamanova "Könül sazından V", Nəbi Xəzriyə "Könül sazından IV", Fuad Əmircana "Taksim; Gəl" şeirlərini həsr edib[1].

Azərbaycan Kültür Dərnəyi 1983-cü ildə Alazan Baycanın “Könül sazından”, 1987-ci ildə isə “Dağ çiçəkləri” şeir kitablarını çap etdirib[7].

2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "Alazan Baycan. Əsərləri" kitabı nəşr edilib. Kitabda Alazan Baycanın şeirləri, poemaları, alman poeziyasından etdiyi tərcümələr və yazdığı məktublardan nümunələr toplanılıb. Kitabın tərtibçisi Nikpur Cabbarlıdır[8].

  1. 1 2 3 4 Abid Tahirli. "Vətən həsrəti ilə çırpınan misralar, yaxud qəlbinin sağalmayan yerindən vurulan şair - "Alazan Baycan. Əsərləri" kitabı haqqında" (az.). Ədəbiyyat qəzeti. 2022-02-23. 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  2. Vaqif Sultanlı. Azərbaycan Mühacirət Ədəbiyyatı (PDF). Bakı: Şirvannəşr. 1998. səh. 29. 2023-04-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-04.
  3. Rəhman Salmanlı. "Alazan Baycan" (az.). Azərbaycan qəzeti. 2019-12-06. 2019-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  4. 1 2 Dilqəm Əhməd. ""Azərbaycan...Qazax...Səməd" - Mühacir Baycanın son sözləri" (az.). teleqraf.com. 2018-12-06. 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  5. Dilqəm Əhməd. ""Əsir düşərgəsində bir həkim- tərcüməçi – Alazan Baycan"" (az.). infonews.az. 2021-09-07. 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  6. Barat Vüsal. "Sən kimsən, doktor Alazan Baycan yaxud baş tutmamış ziyarət..." (az.). 525-ci qəzet. 2014-01-08. 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  7. Taşkın İşgören. "Azerbaycan Muhaceret Şairi Olarak Alazan Baycan Ve Poetikası" (türk). Turkish studies. 2016. 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
  8. "Alazan Baycan. "Əsərləri" ("Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası, V cild)" (az.). literature.az. 2022-02-08. 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.