Bakı yeparxiyası

Bakı yeparxiyası, Bakı və Xəzəryanı yeparxiya, yaxud Bakı-Azərbaycan yeparxiyasıRus Pravoslav Kilsəsi tabeliyində dairə, sayca 128-ci yeparxiya. Bakının mərkəzində yerləşən, gözəl memarlıq üslubu ilə seçilən Jen Mironosets Baş Kafedral kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır. Hazırda Yeparxiyanın Yepiskopu Aleksey Smirnovdur

Bakı yeparxiyası
Rus Pravoslav Kilsəsi

Yeparxiya mərkəzi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı

Məlumat
Ölkə Azərbaycan Azərbaycan
Ərazi 86,600
Kilsə üzvü sayı 200,000 [1]
Yeparxiya mərkəzi Bakı
Qurulub 1919, 1998
Ləğv olunub 1934
Müqəddəslər sayı 2
Məbəd sayı 6 məbəd, 1 şapel
Din adamı
sayı
30+
Baş kafedral məbədi Jen Mironosets Baş Kafedral kilsəsi
Arxiyerey dərəcəsi Yepiskop
Arxiyerey titulu Bakı və Azərbaycan yepiskopu
Sayt Bakı Yeparxiyası
Fəaliyyətə başlayıb 28 dekabr 1998

XX əsrin əvvəllərində Azərbaycana böyük sayda rus mənşəli insanların gəlməsi və onların dini həyatlarının tənzimlənməsi ilə əlaqədar 1905-ci ildə yaradılan bu idarə ilk vaxtlar Bakı arxiyerey kafedrası adını daşımış, daha sonra ona "Bakı və Xəzəryanı" statusu verilmişdir. Çar Rusiyası dövründə Bakı və Xəzəryanı Yeparxiyanın səlahiyyəti Xəzər dənizinin qərb sahilində yerləşmiş pravoslav təsisatları ilə məhdudlaşırdı. Bu idarənin ilk yepiskopu Nikandr Fenomenov təyin edilmişdir. Qısa müddət yeparxiyaya rəhbərlik etmiş bu din xadimi ilahiyyat və xristianlıq sahəsində dərin biliyi ilə seçilmiş, yüksək idarəçilik qabiliyyətinə və natiqliq məharətinə malik olmuşdur.

Bu yepiskoplar arasında Mitrofan Polikarpov yeparxiyanın tarixində xüsusi rol oynamışdır. Repressiya illərində idarəyə başçılıq etmiş həmin şəxs çətin dövrdə yeparxiyanın fəaliyyətini istiqamətləndirmi, bu işdə bir çox çətinliklərlə üzləşmişdir. Sovet hakimiyyəti tərəfindən bir neçə dəfə həbs edilmiş, təqiblərə məruz qalmış yepiskop Mitrofan 1931-ci ildə Bakıya gələrək, Bakı və Xəzəryanı yeparxiyanın rəhbərliyini öz üzərinə götürmüş və patriarx Tixonun tutduğu yolu davam etdirmişdir. Həbsxana həyatı onun sağlamlığını zəiflətmiş və o, 1934-cü il dekabrın 16-da vəfat etmişdir. O, Bakı şəhər qəbirstanında dəfn edilmişdir. Onun qəbir daşında bu cümlələr həkk olunmuşdur: "Burada 1871-ci ildə dünyaya gəlmiş və 16 dekabr 1934-cü ildə vəfat etmiş Bakı və Xəzəryanı yeparxiyanın yepiskopu Mitrofan dəfn edilmişdir".

Yepiskop Mitrofandan sonra yeparxiyaya bir neçə ay Aleksandr Rayevski rəhbərlik etmişdir. 1934-cü ildə onun vəzifədən uzaqlaşması ilə Bakı və Xəzəryanı yeparxiyanın fəaliyyəti dayanmışdır.

Yenidən fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalqının yenidən azadlığa qovuşması, müstəqilliyini bərpa etməsi və öz dövlətçilik ənənəsini dirçəltməsi Bakı və Xəzəryanı yeparxiyanın ikinci dəfə həyat qazanmasına səbəb olmuşdur. 1998-ci il dekabrın 28-də Moskva və Ümumrusiya Patriarxı II Aleksi və Müqəddəs Sinodunun qərarı ilə Bakı və Xəzəryanı yeparxiya bərpa edilmişdir.

Bərpa edilmiş yeparxiyanın səlahiyyyətləri daha da genişləndirilmiş, Azərbaycan və Dağıstan Respublikalarının ərazilərində yerləşən pravoslav təsisatları onun idarəçiliyinə verilmiş və Aleksandr İşein buranın yepiskopu təyin edilmişdir.

Hazırda yeparxiyanın tərkibində 4 blaqoçınni, yəni şöbə fəaliyyət göstərir. Onlardan ikisi Azərbaycanda (Bakı və Azərbaycan rayonlarının blaqoçinnilərı), ikisi isə Dağıstanda (Mahaçkala və Qızlar blaqoçinnilərı) yerləşir. Burada otuzdan artıq keşiş və rahib dindarlara xidmət göstərir. Onlar arasında müxtəlif kilsə rütbələrinə mənsub ruhanilər var.

Bundan başqa, Bakı və Xəzəryanı yeparxiyanın tərkibində iyirmidən artıq məbəd var ki, onlardan üçü Bakıda, digərləri isə Sumqayıt (Serafim Sarovski məbədi), Gəncə (Aleksandr Nevski kilsəsi) və Xaçmaz (Möcüzə göstərən Nikolay kilsəsi) şəhərlərində fəaliyyyət göstərirlər. Eyni zamanda, Dağıstanın müxtəlif şəhər və qəsəbələrində yeparxiyanın ondan artıq məbədi var.[2]

Bakı viqariyası
Bakı yeparxiyası
Bakı viqariyası
  • Valentin Mişuk (26 fevral 1994 – 17 iyul 1995)
Bakı yeparxiyası
  1. Trend.az saytı[ölü keçid]
  2. "Bakı Yeparxiyası". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-15.