Aleksandr Nevski Kilsəsi[1] — Gəncə şəhərində 1887-ci ildə tikilmiş pravoslav kilsəsidir. Kilsə Bakı yeparxiyası tabeliyindədir. Kilsənin baş rahibi yerey Andrey Bezatosnıydır.
Aleksandr Nevski kilsəsi | |
---|---|
Александро-Невская церковь | |
40°40′45″ şm. e. 46°21′23″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Nizami rayonu, Hacı Əli Hüseynzadə küç. 2 |
Aidiyyatı | Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası |
Tikilmə tarixi | 1887 |
Üslubu | Bizans memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | baku-eparhia.ru/church/a… |
İstinad nöm. | 3855 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə Gəncə şəhərinin Nizami rayonunda yerləşir. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biridir (Bakıdakı Mixaylo-Arxangelsk kilsəsindən sonra ikinci). Azərbaycan Respublikası Tarixi Abidələrinin Milli Reyestrinə daxil edilmişdir.
Məbəd 1887-ci ildə köhnə qəbirstanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Mənbələrə görə 1916-cı ildə, bu məbəd bir kafedral statusuna sahib idi. Bina Bizans üslubunda plint kərpicdən tikilmişdir.[1]
Kilsə 1931-ci ildə Sovet höküməti tərəfindən bağlanmışdır. 1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilmişdir. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi.[2].
1946-cı ildə məbəd Rus Pravoslav Kilsəsinə qaytarılmışdır. Kilsənin qədim interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır. Məbəddə ibadət mərasimləri altıncı və bazar günləri, həmçinin pravoslav bayramlarında keçirilir.
1997-ci ildə kilsənin yaradılmasının 110 illiyi qeyd olunmuşdur.[3] 2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.[4]