Aleksandr Bakulev

Aleksandr Bakulev (tam adı: Aleksandr Nikolayeviç Bakulev; 25 noyabr (7 dekabr) 189031 mart 1967[2], Moskva[2]) – rus cərrahı, SSRİ-də döş cərrahlığının banilərindən biri. SSRİ Elmlər Akademiyasının akademiki (1958), Tibb Elmlər Akademiyasının akademiki (1948) və prezidenti (1953–60).

Aleksandr Bakulev
Doğum tarixi 25 noyabr (7 dekabr) 1890
Vəfat tarixi 31 mart 1967(1967-03-31)[2] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti rus
Atası Nikolayeviç Bakulev
Elm sahələri Aorta koronar şuntlama, cərrahiyyə[1], siyasət[1]
Elmi dərəcəsi
İş yeri
  • Bakulev adına Ürək-damar Cərrahiyyəsi Elmi Mərkəzi[d]
Təhsili
  • Saratov Dövlət Universiteti[d],
  • İmperator Nikolay Universiteti[d]
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"Lenin" mükafatı "Stalin" mükafatı RSFSR əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Bakulev 1890-cı il dekabrın 7-də Vyatka quberniyasının Nevenikov kəndində anadan olmuşdur. 1918-ci ildə Saratov Universitetinin Tibb fakültəsini bitirmiş, S. İ. Spasokukotskinin tələbəsi olmuşdur.

Bakulev 1943-cü ildən ömrünün sonunadək İkinci Moskva Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasının müdiri olmuşdur. 1956-cı ildən özünün yaratdığı Döş Cərrahlığı İnstitutuna (indiki Rusiya Tibb Elmlər Akademiyasının A. N. Bakulev adına Ürək-Damar Cərrahlığı Elmi Mərkəzi) başçılıq etmişdir. Əsas işləri mədə-bağırsaq yolu cərrahlığı, neyrocərrahlıq, urologiya, ağciyər və ürək-damar cərrahlığı məsələlərinə həsr edilmişdir. Qida borusunun plastikası üsulunu (Bakulev üsulu), baş beynin ödemi zamanı araxnoidal boşluğa piltə qoyulması üsulunu (1935) təklif etmişdir;

Beyin abseslərinin müalicə üsulunu, mədə kənar edildikdən sonra qida borusu və nazik bağırsağın birləşdirilməsi qaydasını (Gertsen – Bakulev qaydası), 1940-cı ildə nazik bağırsaqla onikibarmaq bağırsağın ilgəkşəkilli anastomozunun yaradılması qaydasını (Bakulev – Delbe qaydası) işləyib hazırlamışdır. 1948-ci ildə SSRİ-də ilk dəfə olaraq botal axacağın bağlanması əməliyyatını yerinə yetirmiş, 1952-ci ildə ürək qüsuru – mitral dəliyin stenozu zamanı mitral komissurotomiyanı uğurla həyata keçirmişdir; kəskin miokard infarktı olan xəstələrin əməliyyatını təklif etmişdir. Perikard boşluğuna dərman yeritmək üçün inyeksiya iynəsi (Bakulev iynəsi) ixtira etmişdir.[3]

  • Пневмонэктомия и лобэктомия. M., 1949 (А. V. Gerasimova ilə birlikdə);
  • Хирургическое лечение болезней сердца и магистральных сосудов. М., 1952;
  • Врождённые пороки сердца. M., 1955 (Y. N. Meşalkin ilə birlikdə);
  • Хирургическое лечение опухолей и кист средостения. M., 1967 (R. S. Kolesnikova ilə birlikdə).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Бакулев Александр Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 94. ISBN 978-9952-441-07-9.